HEYHAT MİNNA ZİLLƏH!
N 200
Ramazan ayı, 1426 (07 oktyabr 2005-ci il)
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!
Ramazan ayında vacib namazlardan sonra oxunulması bəyənilən dualar
Ramazan ayı
Oktyabr-Noyabr
Sübh azanı
Zöhr azanı
Şam azanı
1
05
06-22*
13-29
19-33**
2
06
06-23
13-29
19-31
3
07
06-24
13-28
19-30
4
08
06-25
13-28
19-28
5
09
06-26
13-28
19-27
6
10
06-27
13-28
19-25
7
11
06-27
13-27
19-24
8
12
06-28
13-27
19-22
9
13
06-29
13-27
19-20
10
14
06-30
13-27
19-19
11
15
06-31
13-26
19-17
12
16
06-32
13-26
19-16
13
17
06-33
13-26
19-15
14
18
06-34
13-26
19-13
15
19
06-35
13-26
19-12
16
20
06-36
13-25
19-10
17
21
06-37
13-25
19-09
18
22
06-38
13-25
19-07
19
23
06-39
13-25
20-06
20
24
06-40
13-25
20-05
21
25
06-41
13-25
20-03
22
26
06-42
13-25
19-02
23
27
06-43
13-24
19-01
24
28
06-44
13-24
19-00
25
29
06-45
13-24
18-58
26
30***
05-46
13-24
17-57
27
31
05-48
13-24
17-56
28
01
05-49
13-24
17-55
29
02
05-50
13-24
17-54
30
03
05-51
13-24
17-53
* - Ehtiyata uyğun olaraq, qida qəbulunu göstərilən vaxtdan təqribən 10 dəqiqə əvvəl bitirmək lazımdır;
** - Ehtiyata uyğun olaraq, iftarı göstərilən vaxtdan təqribən 10 dəqiqə sonra başlamaq lazımdır;
*** - qış vaxtına keçid.
Əhya gecələri: I əhya gecəsi - Ramazan ayının 18-dən 19-a keçən
gecə; II əhya gecəsi - Ramazan ayının 20-dən
21-ə keçən gecə; III əhya gecəsi - Ramazan
ayının 22-dən 23-ə keçən gecə.
Ramazan
ayının 10-u - böyük İslam Peyğəmbərinin
(s) həyat yoldaşı, Həzrət Fatimənin (s.ə.)
anası Həzrət Xədiceyi-Kübranın vəfatı.
Ramazan ayının 15-i - İmam Həsən Müctəbanın
(ə) mübarək mövludu. Ramazan ayının 19-u -
Əmirəlmöminin Həzrət Əlinin (ə) zərbətlənməsi.
Ramazan ayının 21-i - Əmirəlmöminin Həzrət
Əlinin (ə) şəhadəti.
İftar duası
Bismilləhir-Rahmənir-Rahim. Əllahummə ləkə sumtu və 'ələ rizqikə əftərtu və 'əleykə təvəkkəltu.Yə vəsi'əl məgfirəti iğfirli.
İlahi! Sənə xatir oruc tutdum. Sənin verdiyin ruzi ilə iftar edirəm və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah! Günahlarımı bağışla!
Ramazan ayının gündəlik duaları
1-ci günün duası
İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan və durub Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən hesab et! Və bugünkü gündə məni qəflətdə yatanların yuxusundan oyat! Günahlarımı bağışla, ey aləmlərin Allahı və ey günahkarları əfv edən!
2-ci günün duası
İlahi, bu gün məni razı olduğun əməllərə yaxın et və məni Öz qəzəbindən uzaqlaşdır! Belə bir gündə məni kitabin sayılan Qur'anın ayələrini oxumağa nail et! Ey, rəhm edənlərin ən rəhmlisi!
3-cü günün duası
İlahi, bu gün mənə yaxşı düşünmək və ayıq fikir ver! Məni ağılsız və səfeh işlərdən uzaq et! Bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır! Ey, səxavətlilərin ən səxavətlisi!
4-cü günün duası
İlahi, Sənin əmrini bərpa etmək ücün mənə qüvvət ver! Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır! Öz kərəminlə məni şükr etməyə hazır et! Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru! Ey, görənlərin ən bəsirətlisi!
5-ci günün duası
İlahi, məni bu gün tövbə və istiğfar edənlərdən qərar ver! Məni dostların sayılan saleh bəndələrindən qərar ver! İlahi, Öz məhəbbət və mərhəmətinlə məni bu gündə Sənə yaxın olan bəndələrindən qərar ver! Ey, mərhəmət edənlərin ən mərhəmətlisi!
6-cı günün duası
İlahi, məni bu gün Sənin sözündən cıxıb, günah etməklə xar və zəlil etmə! Qəzəb şallaqları ilə məni vurma! Məni bu gün qəzəbinə səbəb olan günahlardan Öz minnət və qüdrətinlə uzaqlaşdır! Ey, arzu edənlərin son arzusu!
7-ci günün duası
İlahi, mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər etməkdə kömək ol! Belə bir gündə məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır! Məni Öz köməyinlə Səni daim yad etməkdə müvəffəq et! Ey, yolunu azmışlara yol göstərən!
8-ci günün duası
İlahi, bu gün məni yetimlərə rəhm edən və Sənin yolunda yoxsullara yemək bəxşiş edənlərdən və salam verənlərdən qərar ver! Məni Öz ne'mətinlə kəramətli və yaxşı insanlarla yoldaş et! Ey, arzu edənlərin siğınacaq və pənahı!
9-cu günün duası
İlahi, mənə bu gün Öz geniş və vüs'ətli rəhmətini qismət et və məni aydın, qüdrətli dəlillərinlə hidayət et! Məni Öz məhəbbətinlə istədiyin əməllərin hamısına müvəffəq et! Ey istəklilərin ən yüksək arzusu!
10-cu günün duası
İlahi, bu gün məni Sənə təvəkkül edənlərdən qərar ver! Belə bir gündə Sənin hüzurunda yaxşı işlərə müvəffəq olanlardan hesab et! Məni Öz ehsanınla yaxın bəndələrindən qərar ver! Ey, istəyənlərin son istəyi!
11-ci günün duası
İlahi, bu gün məni yaxsı əməllər etməyə həvəsləndir! Belə bir gündə, məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat! Mənə qəzəb və cəhənnəm atəşini haram et! Ey, pənahsızların ən ulu pənahı!
12-ci günün duası
İlahi, məni bu gün günahdan qorunub, iffətli olmaqla zinətləndir! Mənə kifayət edən halal mal ver və qənaət libasını mənə geyindir! Məni belə bir gündə ədalət və insafla yaşamaqa müvəffəq et! Məni qorxduğum işlərdən amanda saxla! Ey, qorxanların isməti və qoruyanı!
13-cü günün duası
İlahi, məni bu gün çirkin əməl və pis işlərdən pak et! Belə bir gündə qarşımıza çıxan hər bir asan və ya cətin işə qarşı səbr və dözüm ver! Məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et! Ey, yoxsulların gözünün işığı!
14-cü günün duası
İlahi, bu gün məni düzgün əməllərdə çaşıb, səhv etdiyim işlərə görə məzəmmət etmə! Belə bir gündə Səndən üzr diləyib, etdiyim xəta və günahlara qarşı məni bağışla! Öz qüdrətinlə məni bəlalara hədəf qərar vermə! Ey musəlmanların əzəmət və izzəti!
15-ci günün duası
İlahi, bu gün məni Sənə həqiqi tə'zim edib, ulu sayılanlar kimi itaət etməyə müvəffəq et! Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi işıqlandır! Ey, qorxanlara aman verən!
16-cı günün duası
İlahi, bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et! Belə bir gündə məni pis insanlardan uzaqlaşdır! Səni Allahlığına and verirəm, Öz rəhmətinlə məni əbədi məkan olan behiştində məskunlaşdır! Ey, aləmləri yaradan!
17-ci günün duası
İlahi, bu gün məni yaxşı əməllərə yönəlt! Belə bir gündə mənim bütün arzu və ehtiyaclarımı odə! Ey, izahlara ehtiyacı olmayan Allah! Ey, hamının qəlbində olanları bilən, salamın olsun Muhəmməd(s) və onun pak Əhli-beytinə(ə)!
18-ci günün duası
İlahi, bu orucluq ayının səhərlərinin bərəkətini mənə düşündür! Belə bir gündə Ramazan ayının işıq və nuru ilə qəlbimi işıqlandır! Mənim bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə müvəffəq et! Ey, qəlbləri nurlandıran Allah!
19-cu günün duası
İlahi, Ramazan ayında olan bərəkətlərdən mənim qismətimi artıq et! Bu ayda xeyir əməllərin yolunu mənim ücün asanlaşdır! Bu ayda olan yaxşı əməllərin qəbul olmasından məni məhrum etmə! Ey, açıq-aşkar haqqın tərəfinə yol göstərən!
20-ci günün duası
İlahi, bu gün mənim ücün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla! Belə bir gündə məni Qur'an oxumağa müvəffəq et! Ey, möminlərin qəlblərini sakitləşdirib, aram edən!
21-ci günün duası
İlahi, bu gün Öz istəkli əməllərinin yolunu mənə göstər! Belə bir gündə şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə! Məni cənnətdə məskunlaşdır və onu mənim ücün bir məskən qərar ver! Ey, ehtiyaclı olan bəndələrin ehtiyacını ödəyən!
22-ci günün duası
İlahi, bu gün Öz ehsan və kərəm qapılarını mənim üzümə aç və Öz bərəkətini mənə nazil et! Məni belə bir gündə Sənin razılığın olan əməlləri etməyə müvəffəq et! Məni Öz cənnətinin ən gözəl yerində məskunlaşdır! Ey, çarəsizlərin duasını qəbul edən!
23-cü günün duası
İlahi, bu gün mənim günahlarımı təmizləyib, çirkin və eyibli işlərdən pak et! Mənim qəlbimi belə bir gündə qəlblərə aid olan təqva ilə imtahan et! Ey, günahkarların tövbəsini qəbul edən!
24-cü günün duası
İlahi, bu gün Səndən, Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbə gətirən əməllərdən Sənə pənah aparıram. Səndən istəyirəm ki, belə bir gündə məni, Sənə itaət etməyə və günah etməməyə müvəffəq edəsən. Ey, hacəti olanlara səxavət və kərəm edən Allah!
25-ci günün duası
İlahi, məni bu gün dostlarını istəyən və düşmənlərini düşmən sayanlardan qərar ver! Məni sonuncu peyğəmbərin din və şəriətini üstün tutub, ona gözəl əməl edənlərdən qərar ver! Ey, peyğəmbərlərin qəlblərini hər bir sıxıntı və sapqınlıqdan qoruyan Allah!
26-cı günün duası
İlahi, bu gün mənim sə'yimi bəyənilmiş, günahımı bağışlanmış, əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver! Ey, eşidənlərin ən gözəl eşidəni!
27-ci günün duası
İlahi, bu gün Qədr gecəsinin fəzilətini mənə nəsib et! Belə bir gündə mənim bütün çətinliklərimi asanlaşdır və mənim üzrlərimi qəbul et! Mənim günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver! Ey, saleh bəndələrə mehriban olan Allah!
28-ci günün duası
İlahi, bu gün məni öz vəzifəmdən artıq müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və bütün vəzifə və məs'uliyyətlərimi hazırlayıb əməl etməyi kəramət et! Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır! Ey, istəyi olanların israrı və çox təmənna etmələri onu haqdan geri qoymayan Allah!
29-cu günün duası
İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et! Belə bir gündə işlərimin uyğun olmağını və hər bir azğınlıqdan qorunmağı mənə nəsib et! Mənim qəlbimi şübhəli işlərdən, qaranlıq yollardan və töhmət gətirən əməllərdən pak et! Ey, mö'min bəndələrinə rəhm edən Allah!
30-cu günün duası
İlahi, Səni and verirəm ağamız olan Həzrət Muhəmmədə(s) və onun pak Əhli-beytinə(ə). Bu ayda mənim orucumu Özün və Sənin peyğəmbərin razı olduğu kimi mükafatlandırıb qəbul et! Bu ayda Sənin istədiyin və müstəhəb əməllərimi, orucun vasitəsilə qiymətləndir!