HEYHAT MİNNA ZİLLƏH!

N 160
Şəvval-3 1425
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!
1425-ci hicri qəməri (2004-cü miladi) ili üçün
Şəvval ayının azan vaxtlarının
CƏDVƏLİ
Şəvval ayı |
Noyabr dekabr |
Sübh azanı |
Günəş çıxır |
Zöhr
azanı |
Şam
azanı
|
Gecə
yarısı |
13 |
26 |
6-14 |
7-39 |
12-28 |
17-35 |
23-55 |
14 |
27 |
6-15 |
7-40 |
12-28 |
17-35 |
23-55 |
15 |
28 |
6-15 |
7-41 |
12-29 |
17-34 |
23-55 |
16 |
29 |
6-16 |
7-42 |
12-29 |
17-34 |
23-56 |
17 |
30 |
6-17 |
7-43 |
12-29 |
17-34 |
23-56 |
18 |
1 |
6-18 |
7-44 |
12-30 |
17-34 |
23-56 |
19
|
2 |
6-19 |
7-45 |
12-30 |
17-33 |
23-57 |
HƏDİS. Uşağın tərbiyəsi haqqında
Həzrət Peyğəmbərdən (s) nəql edirlər:"Hər uşaq ki, elm öyrənməklə və ibadətlə böyüyə, Qiyamət günü Allah-Təala ona 72 siddiqin savabını əta edər".
HƏDİS. Günahdan qorunmaq haqqında
Həzrət Əlidən (ə) nəql edirlər: "Qəlbin günah haqqında düşünməkdən oruc tutması (pəhriz etməsi, çəkinməsi) mədənin yeməkdən oruc tutmasından daha əfzəldir".
HƏDİS. Təkəbbür haqqında
İmam Əlidən (ə) nəql edirlər:
"Əvvəli nütfə və sonu pis qoxulu meyit olan, ruzusu digərlərinin ixtiyarında olan və ölümünün qarşısını almaq qüdrətinə malik olmayan bir Adəm övladına nə dərəcədə yaraşır öyünmək?"
HAŞİYƏ.
Hədisdə təkəbbürlü, özünü öyən insanların durumunun absurdluğu və sadəlövhlüyü qeyd edilir. Belə ki, insan öz fizioloji başlanğıcına və sonluğuna nəzər salmalı və ictimai varlıq olaraq, daima digər insanlara möhtac olmasını nəzərə almalıdır. İnsan aylarla anasının bətnində hazır qida alaraq, inkişaf edir. Sonra ana südü kimi bütün zəruri komponentləri olan ruzi alır, yaşayışının hər bir mərhələsində də digər insanlardan az və ya çox dərəcədə asılı vəziyyətdə olur. Bir gün ondan soruşulmadan, qapısı ölüm mələyi tərəfindən döyülür. Kamil insan bu çalarları nəzərə almalı, yaradılışının və yaşayışının fəlsəfəsinə vararaq, təkkəbbür kimi yersiz hisslərdən uzaq olmalıdır.
Təkəbbürlü insanlar, özlərini başqalarından üstün tutan, insanları özünə borclu bilən ünsürlər görünür öz fizioloji başlanğıclarını və sonluqlarını unudurlar. Belələri, kainat miqyasında özlərinin, mahiyyətcə milçəkvari vızıltısının gülünclüyünə varmırlar. Bir gün qapılarını döyən əzab müjdəçisinin ardınca getdikdən sonra, tarixin uzun axarında, insanların yaddaşlarında heç bir iz qoymayacaqlarını dərk etmirlər. Anlamırlar ki, nəticədə onlar digər çoxsaylı milçək vızıltısı müəllifləri olan kəslərin yanına-tarixin zibilliklərinə atılacaqlar.
Həqiqi, əbədi dəyərlər-Əbədi və Əzəli Varlıq qarşısında öz miskinliyini anaraq, səcdəyə qapılan bəşəriyyət dahilərinin daşıyıcısı olduğu dəyərlərdir.
HƏDİS. Hədislər haqqında
İmam Muhəmməd Baqirdən (ə) nəql edirlər:
"Həqiqətən bizim sözlərimiz və hədislərimiz qəlbləri dirildir".
Hədisdən çıxan dərslər:
1. Qəlblərin ölü və diri olması;
2. Qəlblərin dirilməsinin yolunun mövcud olması;
3. Peyğəmbərin (s) və onun mübarək Əhli-Beytinin (ə) təravətli kəlamlarının, Allahın lütfü ilə, daimi həyatverici olması.
İmam Cəfər Sadiqdən (ə) nəql edirlər:"Hər bir hədis ki, Quranla uyğun gəlmir-qondarmadır".
Hədisdən çıxan dərslər:
1. Heç də bütün hədislərin Quran ayələri kimi mötəbər olmaması;
2. Hədislərin mötəbərliyinin meyarının Quranla uyğunluqda olması;
3. Hədisin Quranla uyğun olub-olmamasını müəyyənləşdirmək üçün, təxəssüsün zəruri olması.
İmam Cəfər Sadiqdən (ə) nəql edilir:
"Bizim hədisimizi rəvayət edən bir kəs ki, insanlar arasında onları yayır və həqiqi ardıcıllarımızın qəlbində onları möhkəmləndirir, 1000 abiddən üstündür".
İmam Cəfər Sadiqdən (ə) nəql edilir:
"Bir hədisi anlamaq, 1000 hədisi (anlamadan) nəql etməkdən üstündür".
İslam Peyğəmbərindən (s) nəql edirlər:
"(Hədisi) hifz etmək - rəvayətin zivəridir və bürhanların, dəlillərin hifzi - elmin zivəridir".
HƏDİS. Qeybət haqqında
İslam Peyğəmbərindən (s) nəql edirlər:"Qeybətin müsəlmanın din-imanına təsiri, xora xəstəliyinin onun bədəninə təsirindən daha sürətlidir".
İslam Peyğəmbərindən (s) nəql edirlər:"Merac gecəsi bir qövmə rast gəldim ki, dırnaqlarıyla üzlərini cırırdılar. Cəbrayıldan (ə) soruşdum ki, bunlar kimlərdirlər? Dedi:"O kəslərdir ki, insanların arxasıyca pis-pis danışmışdırlar"".
İslam Peyğəmbərindən (s) nəql edirlər:"Qeybət vasitəsilə camaatın ətini yeyən şəxs, özünü halalzadə hesab edirsə, yanlış fikirdədir. Çünki, qeybət - cəhənnəm köpəklərinin xuruşudur".
Hədislərdən irəli gələn dərslər:
1. Mübarək İslam dini, insanın mənəvi harmoniyasını, toplumda vəhdətə riayət etmək rakursundan qiymətləndirir. Hər nə ki, bu vəhdətin pozulmasına, ictimanın zəifləməsinə gətirib çıxarırısa, İslam dini tərəfindən kəskin surətdə pislənir və əksinə, ictimanın vəhdətinə xidmət edən amillər təqdir olunur;
2. Qeybətin insanın mənəviyyatına göstərdiyi təsirin sürəti, onu digər mənfi amillər arasında xüsusilə səciyyələndirir və bu baxımdan, insan öz gündəlik həm fərdi, həm də ictimai həyatında bu kimi mənfi əməllərdən xüsusilə çəkinməlidir.
TARİX
Hicri 5-ci il şəvval ayının 17-də Mədinə şəhərində müsəlmanlarla kafirlər arasında məşhur "Xəndək" döyüşü baş vermişdir. Kafirlərin ordusu müxtəlif tayfaların birləşməsindən - əhzabdan ibarət olduğundan, bu döyüş həm də "Əhzab" döyüşü adı ilə tanınmışdır. Döyüşün baş qəhrəmanı İslam Peyğəmbərinin (s) göstərişi ilə düşmən ordusunun sərkərdəsi ilə təkbətək döyüşə çıxıb ona qalib gələn İmam Əli (ə) olmuşdur. "Xəndək" döyüşü müsəlmanların qələbəsi ilə başa çatmışdır.
|