HEYHAT MİNNA ZİLLƏH!

N 161
Şəvval-4 1425
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!
1425-ci hicri qəməri (2004-cü miladi) ili üçün
Şəvval ayının azan vaxtlarının
CƏDVƏLİ
Şəvval ayı |
Dekabr |
Sübh azanı |
Günəş çıxır |
Zöhr
azanı |
Şam
azanı
|
Gecə
yarısı |
20 |
3 |
6-20 |
7-46 |
12-31 |
17-33 |
23-57 |
21 |
4 |
6-21 |
7-47 |
12-31 |
17-33 |
23-57 |
22 |
5 |
6-22 |
7-48 |
12-31 |
17-33 |
23-58 |
23 |
6 |
6-22 |
7-49 |
12-32 |
17-33 |
23-58 |
24 |
7 |
6-23 |
7-50 |
12-32 |
17-33 |
23-58 |
25 |
8 |
6-24 |
7-51 |
12-33 |
17-33 |
23-59 |
26 |
9 |
6-25 |
7-52 |
12-33 |
17-33 |
23-59 |
HƏDİS. Qiyamət günü haqqında
Həzrət Peyğəmbərdən nəql (s) edirlər:
"O vaxt ki, Qiyamət günü gələr, carçı ucadan nida edər: "Hər kim ki, Allahdan qeyrisi üçün iş görmüşdür, əcrini (mükafatını) həmin iş gördüyü kəsdən alsın".
Hədisdən çıxan dərslər:
1. İslamın ana xətti olan ixlasın, yəni əməllərin Allaha xatir görülməsinin zərurəti vurğulanır və mükafatın Allah tərəfindən veriləcəyi bildirilir;
2. Hər hansı bir əməlin Allahdan qeyrisi üçün həyata keçirilməsinin vücudi baxımdan mənasız olması bildirilir; hər bir şeyin həqiqi sahibi Allah olduğundan, Ona deyil, hansısa insanlara, öz nəfsinə və bu qəbildən olan digər bütlərə - həqiqətdə amorf kateqoriyalara aid olan süni dəyərlərə tapınmaq məsələsi kinayə ilə qarşılanır;
3. İslam məntiqi, insana vücudi məsələlərdə real nailiyyətlərin əldə edilməsinin yolunu öyrədir və həqiqi realist, praqmatik insan, dünyanın müvəqqəti, aldadıcı konformizmini rədd edərək, əməllərini hansısa fərdlərə, ötəri gözqamaşdırıcı bütlərə görə yox, Qiyamət gününün sahibi mütəal Allaha görə tarazlaşdırmalıdır;
4. Yuxarıda göstərilənlərə müvafiq olaraq, həqiqi inanca malik olan insanlar, xüsusilə də mömin və möminələr, həqiqi Tövhidə sadiq qalaraq, Böyük İslam Peyğəmbərinin (s) və onun pak Əhli - Beytinin (ə) göstərdiyi yola müvafiq, öz əməllərində ixlaslı olmalıdırlar.
HƏDİS.Halal ruzi və bağışlanmaq
Həzrət Peyğəmbərdən (s) nəql edirlər:
"Bir kəs ki, gecəni, halal ruzi ardınca getməyin yorğunluğundan yata, bağışlanmış olaraq yatmışdır".
HAŞİYƏ.
Mübarək hədisdə bir sıra fundamental insani dəyərlər: halal ruzi dalınca getmə, ruzini alın təriylə qazanma, yorğunluğun halal iş görməkdən irəli gəlməsi kimi dəyərlər təqdim edilir. Digər tərəfdən, zəhmətkeş insanın alın tərindən hasil olan yorğunluğun, bağışlanma kimi bir mənəvi kateqoriyaya qədər ucalması məsələsi də açıqlanılır. Bununla, hədisdən mühüm bir cəhət də sezilir ki, bağışlanma diləmə, tənbəl insanın ətalətli durumundan irəli gələn quru bir istək deyil, insanın dinamik inkişafını, aktivliyini, quruculuğunu əks etdirən bir anlamdır.
Nə yaxşı olar ki, insan istənilən bir şəraitdə Allah bəndəsi olmaq şərəfini unutmasın. Bu şərəfə layiq olaraq, zəhmətə qatlaşıb, alın təriylə ruzusunu qazansın. Və çəkdiyi zəhmətdən irəli gələn yorğunluğun şirinliyini dərk etsin. Əməliylə bağışlanma, vücudi xilasolma və nicat arayaraq yaşasın.
ŞƏHADƏT
Hicri 148-ci il, Şəvval ayının 25-i (bu il üçün - dekabr ayının 8-nə uyğun gəlir) - altıncı İmam - İmam Cəfəri-Sadiqin (ə) şəhadət günüdür.
HƏDİS. Kişinin xüsusiyyətləri haqqında
Həzrət Əlidən (ə) nəql edirlər:
"Kişinin üstünlüyü ağlıyla, camal və gözəlliyi isə - mərdliyi və əxlaqi fəzilətlərilədir".
HAŞİYƏ.
Hədisdə kişi üçün həqiqi üstünlüyün və həqiqi gözəlliyin meyarları bildirilir. Bu baxımdan, İslam dininə əsasən, ağıl və mərdlik həqiqi kişiyə aid olan keyfiyyətlər kimi göstərilir. Bu yüksək keyfiyyətlərin əksi olan nadanlıq, cahillik, namərdlik, əxlaqsızlıq isə - malçaqlığı səciyyələndirən xüsusiyyətlərdir. Bu mənfi kateqoriyaların daşıyıcıları, İlahi konsepsiyada cəmləşən həqiqi kişi obrazından təsəvvürəgəlməz surətdə uzaqdırlar.
HƏDİS. Duada israrlılıq barədə
İslam Peyğəmbərindən (s) nəql edirlər:
"Allah Təala, duada israrlı olan insanları sevir".
HAŞİYƏ.
Hədisdən aydın olduğu kimi, Allahdan diləmənin, dua etmənin, münacatın özünəməxsus ədəbləri var. Belə ki, yalnızca bunların quru formada həyata keçirilməsi, məqsədə nail olmaq üçün kifayət etmir. Bu diləmələri, münacatları, duaları, arzu-amalı reallaşdıran, onları effektiv bir vasitəyə çevirən amillər arasında, israrlılıq çox mühüm bir rol oynayır.
Bu baxımdan, nə yaxşı olar ki, insanlar öz dualarında ardıcıl və israrlı olsunlar. Misal üçün, kamil insan olma, gözəl ailəyə, dərin imana sahib olma üçün etdiyi diləklərində, habelə, torpaqlarının düşmən tapdağından azad olunması və sairə bu kimi dualarında daha israrlı və daha ardıcıl olaraq, duaları qəbul edən Rəbbinin sevgisini qazansınlar.
Diqqət etmək lazımdır ki, belə bir israrlılıq və ardıcıllıq, insanın dua etdiyi mövzu ilə bağlı istiqamətli çalışmasını daha da sistemli edir və bu da, nəticə etibarilə, insanın kamilləşməsində mühüm rol oynayır.
HƏDİS. Dua haqqında
İslam Peyğəmbərindən (s) nəql edirlər:
"Azanla iqamənin arasında edilən dua geri qayıtmaz".
HAŞİYƏ.
Mübarək hədisdən göründüyü kimi, dinin sütunu olan namazın önündə gələn azan və iqamə arası edilən dua çox böyük dəyərə malikdir. Belə ki, ilahi buyuruq olan namaza çağırışla onun həyata keçirilməsini elan etmə arasında Allah bəndəsinə səmimi qəlblə öz Rəbbi ilə münacat etməsi tövsiyə edilmişdir.
Nə yaxşı olar ki, Allah bəndəsi namaz kimi gözəl bir ibadətdən öncə, azan və iqamə arası Rəbbi ilə münacat edərək, gözəl iman, gözəl təqva, sağlamlıq, qəlbinin pasdan təmizlənməsini, düşmən tapdağı altında olan torpaqlarının azad edilməsini və başqa bu kimi duaları etməyi unutmasın.
|