HEYHAT MİNNA ZİLLƏH!

N 162
Şəvval-5 - Zilqə'də-1 1425
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!
1425-ci hicri qəməri (2004-cü miladi) ili üçün
Şəvval və Zilqə'də aylarının azan vaxtlarının
CƏDVƏLİ
Şəvval ayı |
Dekabr |
Sübh azanı |
Günəş çıxır |
Zöhr
azanı |
Şam
azanı
|
Gecə
yarısı |
27 |
10 |
6-26 |
7-53 |
12-34 |
17-33 |
00-00 |
28 |
11 |
6-26 |
7-53 |
12-34 |
17-33 |
00-00 |
29 |
12 |
6-27 |
7-54 |
12-34 |
17-33 |
00-01 |
30 və ya zilqə'də 1 |
13 |
6-28 |
7-55 |
12-35 |
17-34 |
00-01 |
|
14 |
6-28 |
7-56 |
12-35 |
17-34 |
00-01 |
|
15 |
6-29 |
7-56 |
12-36 |
17-34 |
00-02 |
|
16 |
6-30 |
7-57 |
12-36 |
17-34 |
00-02 |
HƏDİS. Salam haqqında
"Nə vaxt bir kəs sizi salamlasa, o salamı ondan daha üstün tərzdə və ya onun kimi cavablandırın ki, Allah-təala hər şeyin hesabını nəzərə alandır". ("Nisa" surəsi, ayə 86).
İslam Peyğəmbərindən (s) nəql edirlər:
"İnsanların ən acizi o kəsdir ki, dua etməyi tərk edə və ən simici o kəsdir ki, salam verməkdə xəsislik edə".
İmam Baqirdən (ə) nəql edirlər:
"Allah-təala yemək ehsan edəni və aşkar surətdə salam verəni sevir".
İslam Peyğəmbərindən (s) nəql edirlər:
"Salamı aşkar etmək odur ki, müsəlman heç bir digər müsəlmana salam verməkdə xəsislik etməyə".
İmam Sadiqdən (ə) nəql edirlər:
"Ailə başçısı evə daxil olduğu zaman, gərək öz ailəsinə salam verə; bundan öncə isə ayaqqabısını yerə vura və öskürə ki, nəticə e'tibarilə ailə onun gəlişindən xəbərdar olsun. Nəbadə o, hörmətinə xələl gətirən bir şeylə rastlaşsın".
İmam Əlidən (ə) nəql edirlər:
"Salam verməkdə 70 savab var ki, bunun 69 qismi salam verənə, biri isə salam alana məxsusudur".
Yuxarıdakı mətnlərdən çıxan dərslər:
1. Salam verənin cavabı haqqında Qur'an məntiqi bundan ibarətdir ki, o, ən azı verilən salam formasında olmalıdır;
2. Qur'an məntiqinə əsasən, Allah-təala insanın hər bir işinin, hətta salam kimi zahirdə kiçik görünə bilənin də hesabını aparır;
3. Həqiqi acizlik Rəbblə ünsiyyəti kəsməkdən ibarətdir, çünki, bu halda insan ən böyük silahını - dua etməyi əldən verir;
4. Salam vermək kimi insana heç bir çətinliyi olmayan bir əməlin yerinə yetirilməməsi, bariz xəsisliyin heç cür bəraət qazandırıla bilinməyən bir zirvəsidir;
5. İnsanlar arasında ilişgilərin daha da kamilləşməsi üçün, yemək ehsan etmə və salamı aşkar etmə kimi insanları bir-birinə yaxınlaşdıran amillər mühüm rol oynayır;
6. Peyğəmbər (s) məntiqilə aşkar salamın həddinin müəyyən edilməsi və müsəlmanlar arasında ən azı salam səmimiyyətinin tə'min edilməsidir;
7. Əhli-Beyt (ə) məntiqilə, ailədaxili atmosferin ən gözəl tərzdə formalaşdırılması üçün, ailə başçısı evə daxil olarkən, ailə üzvlərinə hörmət izhar etməli və bununla da, onların izzəti-nəfsini gücləndirməlidir;
8. Ailə başçısı ilə ailənin digər üzvləri arasında münasibətlərdə zəruri olan hörmət pərdəsinin qorunub saxlanılması üçün, ailə üzvləri ilə ünsiyyətdə ton, danışıq tərzi və digər amillərin nəzərə alınmasının zəruriliyi;
9. İslam məntiqilə birinci salam verməyin əhəmiyyəti vurğulanaraq, insanların bir-birilə münasibətdə səmimiyyət yarışına də'vət edilməsi.
DUA MÜJDƏSİ
Bəlaların aradan getməsi üçün dua:
"Bismilləhir-Rahmənir-Rahim. Əllahummə inni əs-əlukəl-əmnə vəl-imənə bikə vət-təsdiqa binəbiyyikə vəl-'əfiyəti min cəmi'il-bələ-i vəş-şukra aləl-'əfiyəti vəl-ğanə 'ən şirarin-nəs".
Tərcüməsi:
Bağışlayan və Mehriban Allahın adı ilə.
Allahım, həqiqətən Səndən əmin-amanlıq istəyirəm, Sənə kamil iman, etiqad, Peyğəmbərinin (s) sözünə təsdiq və bütün bəlalardan afiyət, afiyət nemətinə və pis şər insanlardan ehtiyacsızlıq nemətinə şükr istəyirəm.
GÜNÜN NƏBZİ
İnsan haqları və vətəndaş mövqeyi institutunun (IHRCS) mətbuat xidməti xəbər verir:
10 dekabr - Beynəlxalq İnsan Haqları günüdür. 56 il bundan əvvəl, həmin gün Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Haqlarının Ümumi Bəyannaməsini qəbul etmişdir. Bu hadisə bəşəriyyət tarixi üçün yeni bir başlanğıc nöqtəsi kimi bir əhəmiyyətə malikdir. Artıq dünya ictimaiyyəti insanın ləyaqətini onun ayrılmaz və müqəddəs bir hüququ kimi qəbul etmişdir.
İnsan haqlarının müdafiəsi məsələsinin misilsiz əhəmiyyəti həm də bu sahədəki problemlərin geniş spektr daxilində həllini, o cümlədən də bu dəyərlərin cəmiyyət daxilində təbliğini zəruri edir. İnsan haqlarının müqəddəsliyinin anlamı prosesinə daha da güclü təkan vermək niyyətilə, İlqar İbrahimoğlunun koordinasiyası ilə bir qrup hüquq müdafiəçisi tərəfindən İnsan haqları və vətəndaş mövqeyi institutu (IHRCS) tə'sis edilmişdir. İnstitutun tə'sisi Beynəlxalq İnsan Haqları gününə uyğunlaşdırılmışdır.
İnsan haqları və vətəndaş mövqeyi institutu (IHRCS) artıq ilk lahiyəsi ilə - insan haqlarının Qış məktəbinin təşkili lahiyəsi ilə çıxış etmişdir. Məktəbin qarşısına, ölkənin insan haqları sahəsində çalışan görkəmli nəzəriyyəçiləri və praktikləri tərəfindən tədris ediləcək yetkin proqramın tədrisi sayəsində, insan haqları sahəsində geniş bilgiləri olan onlarla hüquq müdafiəçisi hazırlamaq məqsədi qoyulmuşdur.
İnsan haqları və vətəndaş mövqeyi institutu (IHRCS) həmçinin yeni təşəbbüslə - insan haqlarının müdafiəsi sahəsində, eləcə də vətəndaş mövqeyinin fəal təzahürü məsələsində böyük sə'y nümayiş etdirməyə görə müvafiq fərmanı təqdim etmək təhəbbüsü ilə çıxış etmişdir.
Bu il fundamental insan haqlarının müdafiəsi sahəsində fədakar fəaliyyət və cəsarətli vətəndaş mövqeyi nümayiş etdirməyə görə: Azərbaycan hüquq müdafiəsi təşkilatları Federasiyasını, Hüquq müdafiəsi təşkilatlarının Monitorinq qrupunu, "Turan" mə'lumat agentliyini və professor Əli Abbasovu IHRCS tərəfindən fəxri fərmanla təltif etmək qərara alınmışdır.
IHRCS, vətəndaş cəmiyyətinin inkişafını tə'min edən, onun ayrılmaz atributları olan - aktiv vətəndaş mövqeyi və insan haqlarına riayət etmək kimi məsələlərə təkan verən işi məqsədyönlü və sistemli surətdə bütün zəruri müstəvilərdə həyata keçirmək niyyətindədir.
|