İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 164
Zilqə’də-3, 1425


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!

 


 1425-ci hicri qəməri (2004-cü miladi) ili üçün Zilqə'də ayının azan vaxtlarının CƏDVƏLİ  

Zilqə'də ayı
Dekabr
Sübh azanı
Günəş çıxır
Zöhr azanı
Şam azanı
Gecə yarısı
11
24
6-34
8-02
12-40
17-38
00-06
12
25
6-34
8-02
12-41
17-39
00-07
13
26
6-35
8-02
12-41
17-39
00-07
14
27
6-35
8-03
12-42
17-40
00-08
15
28
6-36
8-03
12-42
17-41
00-08
16
29
6-36
8-03
12-43
17-41
00-09
17
30
6-36
8-03
12-43
17-42
00-09


 HƏDİS. Dada yetişmək haqqında 

     Həzrət Əlidən (ə) nəql edirlər:
     "Yaxşılıqların ən üstünü, haqqı basılaraq, çətin vəziyyətə düşmüş insanın imdadına yetişməkdir".
     Həzrət Əlidən (ə) nəql edirlər:
     "Haqqı basılaraq, çətin vəziyyətə düşmüş insanın imdadına yetişmək, günahi-kəbirələrin (böyük günahların) kəffarələrindəndir (silinməsinə səbəb olur)".


 
 MÖVLUD 

     Zilq'ədə ayının 11-də, hicri 148-ci ildə (bu il üçün - dekabr ayının 24-nə uyğun gəlir) səkkizinci imam - İmam Rzanın (ə) mübarək mövludu günüdür.

 

 HƏDİS. "Yasin" surəsi haqqında 

    İmam Sadiqdən (ə) nəql edirlər:
     "Hər bir şey qəlbə malikdir və Qur'anın qəlbi "Yasin" surəsidir. Hər bir kəs ki, yatmaqdan əvvəl və ya gün ərzində onu tilavət edə, o gün hifz olunmuşlardan və ruzi verilmişlərdən olar. ...bir kəs ki, gecə yatmazdan öncə "Yasin" surəsini tilavət edər, Allah Təala 70000 mələyi həmin şəxsin şeytanın şərindən qorunması üçün mə'mur edər və hər hansı zərərdən hifz edər. Əgər bu insan həmin gecənin sabahı dünyadan köçərsə, Allah Təala onu behiştə aparar, 30000 mələk onun qüslündə hazır olar və onun üçün tövbə diləyər, qəbr evinədək bu halla onu müşaiyət edər. Və o vaxt ki, insan qəbrə daxil olar, həmin mələklər onun qəbri üstündə ibadət edər və bu ibədətlərin savabı bu şəxsə hədiyyə edilər".  

       
 HƏDİS. Qur'ani - Kərimi öyrənmək haqqında 

     Həzrət Peyğəmbərdən (s) nəql edirlər:
     "Sizlərdən ən üstünü - Qur'an öyrənən və digərlərinə öyrədənlərdir".

 

 HƏDİS. Mö'minin heysiyyəti haqqında 

     İslam Peyğəmbərindən (s) nəql edirlər:
     "Ey o insanlar zümrəsi ki, yalnız diliylə iman gətirib, qəlbiylə isə iman gətirməyibdir! Müsəlmanların qeybətini etməyin və onların gizli eyblərini axtarmayın. Çünki, Allah Təala, din qardaşının gizli işlərində araşdırma aparan şəxsin sirrlərini faş edər və onu, öz evinin içində rüsvay edər".
     İmam Sadiqdən (ə) nəql edirlər:
     "Mö'minin eybini axtarmış və abrını aparmış olan şəxs, bu dünyanı ən pis ölümlə tərk edəcək və (ölümdən sonra) arzu edəcək ki, (dünyaya) qayıtsın və yaxşı işlər görsün".
     İmam Sadiqdən (ə) nəql edirlər:
     "Bir kəs ki, camaatın gözündən salmaq niyyətilə, bir mö'min barədə eybini aşkar edən və şəxsiyyətini alçaldan bir şey nəql edər, Allah Təala bu şəxsi Öz himayəsindən xaric edər və onu Şeytanın öhdəsinə buraxar. Və Şeytan da onu qəbul etməz".
     Hədislərdən çıxan dərslər:
     1. Bütün insanların xilası missiyası ilə gələn Allahın Rəsulu (s), xəstəyə ürəyi yanan bir həkim kimi, mə'nəvi xəstəliyin səbəbini açıqlayır və bunu, insanın şəxsiyyətinin ikiləşməsində göstərir;
     2. Şəxsiyyətin ikiləşməsinin İlahi məntiqdə təzahürü, konkret olaraq, fərdin zahirdə büruzə verdiyi inancları ilə onun batini əqidəsi arasında mövcud olan uçurumda sezilir;
     3. Mübarək İslam dini, toplumda hər hansı dağıdıcı amilləri rədd etdiyindən, insanlar arasındakı münasibətləri deformasiyaya mə'ruz qoyan, qeybət və insanların eybini axtarmaq kimi neqativ ictimai fenomenləri qətiyyətlə pisləyir;
     4. Müqəddəs İslam dini, bəşəriyyətə şəxsi həyatın toxunulmazlığı hüququnu 14 əsr bundan öncə töhfə etmişdir. Bununla da, hər bir insana, düzgün yola qayıdış üçün dinamik fürsət qoymuşdur.
     5. İslam dini, toplumda "ictimai bumeranq" prinsipinin mövcudluğunu bildirir. Beləliklə, fərd, cəmiyyətin digər üzvlərinin eyblərini və mənfi cəhətlərini axtarmaq, onlarda səhv tutmağı özünə peşə etmək kimi əməlləri həyata keçirdikdə, bunların toplumda qanuniləşməsi və özünə yer alması, nəticədə, bütün bu fəsadları əvvəl-axır fərdin özünə qaytarır. Bunu bəyan edən din, fərdi bu işdən çəkindirir;
     6. İnsan üçün ən real dəhşət - bu dünyanı ən ağrılı surətdə tərk etmək və artıq dünyadan köçdükdən sonra, aqibətini görərək, yenidən dünyaya qayıtmaq və acınacaqlı aqibəti dəyişmək həsrətində olmaqdır. Əhli - Beyt (ə) tərəfindən çatdırılan İlahi məntiq, insanı vaxtında ayıltmaq, doğru yola qaytarmaq üçün, mə'nəvi - profilaktik şok terapiyası tətbiq edir;
     7. İnsanı varlıqlar arasından seçib, ona vücudi müqəddəslik verən, gözəllik və məhəbbət təcəssümü olan Rəbbimiz, ismət pərdəsini yırtaraq, insanını vücudi müqəddəsliyini məhv etmək istəyən fərdi, onun eybəcər rəftarına görə öz məhəbbət dairəsindən kənarlaşdırır. Amma o fərdin eybəcərliyi o qədərdir ki, hətta daşla qovulmuş Şeytan da onu övladlığa qəbul etmir.



 "YETİMSİZ VƏTƏN" PROQRAMI 

     Dekabr ayının 19-da, İçərişəhər "Cümə məscidi" dini icmasının "Yetimsiz Vətən" proqramı çərçivəsində, 100 nəfərdən çox mö’min və mö’minə valideyn himayəsindən məhrum olmuş uşaqlar evini ziyarət etmişlər. Burada onlar uşaqlarla qayğı və diqqət mühiti yaradaraq onların mə’nəvi-psixoloji bərpa proqramını həyata keçirmişlər. Tədbirin sonunda uşaqlara xatirə hədiyyələri təqdim edilmişdir. Xatırladırıq ki, "Yetimsiz Vətən" proqramı "Cümə məscidi" dini icması tərəfindən 2002-ci ildə təşkil edilmişdir. Proqramın məqsədi kimsəsiz uşaqlarla bağlı vəziyyətin əsaslı surətdə dəyişdirilməsi, onları ictimaiyyətin xüsusi diqqəti sferasına daxil etməkdir. "Yetimsiz Vətən" proqramı çərçivəsində uşaq evlərində, ixtisaslaşdırılmış internatlarda xeyriyyə süfrələri açılır, müxtəlif müsabiqələr, bayramlar təşkil edilir. Proqram çərçivəsində həmçinin, tarix, coğrafiya, xarici dillər üzrə fənnlər də keçirilir. Bundan əlavə, sistematik olaraq uşaqlarla ünsiyyət saxlayan və onların psixoloji bərpası ilə məşğul olan könüllü qrupları da iştirak edirlər.
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi