İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 165
Zilqə'də-4, 1425


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!

 


 1425-ci hicri qəməri (2004-cü miladi) ili üçün Zilqə'də ayının azan vaxtlarının CƏDVƏLİ  

Zilqə'də ayı
Dekabr-Yanvar
Sübh azanı
Günəş çıxır
Zöhr azanı
Şam azanı
Gecə yarısı
18
31
6-36
8-04
12-44
17-43
00-10
19
1
6-36
8-04
12-44
17-43
00-10
20
2
6-37
8-04
12-44
17-44
00-10
21
3
6-37
8-04
12-45
17-45
00-11
22
4
6-37
8-04
12-45
17-46
00-11
23
5
6-37
8-04
12-46
17-47
00-12
24
6
6-37
8-04
12-46
17-47
00-12


 BAYRAM 

     31 dekabr - bütün dünya azərbaycanlılarının həmrə'yliyi günüdür. Bu münasibətlə İçərişəhər "Cümə" məscidinin dini icması xalqımızı təbrik edir, Uca və Əziz Allahdan ona Həzrət Peyğəmbər (s) və onun pak Əhli-Beytinə (ə) layiq ümmətə çevrilməyi, vücudi quruculuq və inkişafa yönələn toplum kimi formalaşmağı arzulayır.


 
 HƏDİS. Hədəfə çatmaq haqqında 

     Həzrət Əlidən (ə) nəql edirlər:
     "Bir kəs ki, bütün gücünü, müəyyən bir iş üçün toplaya, mütləq istədiyi nailiyyəti əldə edəcəkdir".
     Həzrət Əlidən (ə) nəql edirlər:
     "Bir kəs ardıcıl olaraq bir qapını döysə və istədiyini həyata keçirmək üçün israr etsə, nəticədə, o qapı bu şəxs üçün açılar və bu şəxs istədiyinə qovuşar".
     Hədislərdən çıxan dərslər:
     1. Hədislərdən aydın olur ki, mübarək İslam dini, həyata münasibətdə real yanaşmanı tövsiyə edir;
     2. Məsələnin ətrafında iste'dadların və sə'ylərin konsentrasiyası, həmin işdə müvəffəqiyyət əldə etmənin mühüm amili kimi təqdim edilir;
     3. Konsentrasiyadan əlavə, ardıcıllıq və israrlıq kimi xüsusiyyətlər də məqsədə nail olmağın mühüm amilləri kimi vurğulanır;
     4. Aydın olur ki, konsentrasiya, israrlıq, ardıcıllıq, əslində mübarək İslam dininin realist, praqmatik və sistemə əsaslanan yaşama konsepsiyasının tərkib hissəsidir. Maraqlıdır ki, müasir menecmentin çatdığı nailiyyətlər, hələ 14 əsr bundan öncə Mübarək İslam dini tərəfindən açıqlanmışdır.

 

 HƏDİS. Xəbərçilik haqqında 

     Həzrət Əlidən (ə) nəql edirlər:
     "Xəbərçilik - İslamdan kənarda olanların əxlaqına aid xüsusiyyətdir".
     Həzrət Əlidən (ə) nəql edirlər:
     "Xəbərçilikdən çəkin(in) ki, xəbərçilik kinin toxumunu əkir və səni Allahdan və insanlardan uzaqlaşdırır".
     Həzrət Əlidən (ə) nəql edirlər:
     "Bir kəs başqasının pisliyini sənə çatdırırsa, demək o, sənin də pisliyini başqasına çatdırır".  

       
 HƏDİS. Zahiri görkəm haqqında 

     Həzrət Peyğəmbərdən (s) nəql edirlər:
     "Ümmətimin kişilərinə ipək geyim geyinmək və qızıl taxmaq - haram, qadınlarına isə halal buyrulmuşdur".
     Həzrət Peyğəmbərdən (s) nəql edirlər:
     "Allah Təala özlərini kişiyə bənzədən qadınlara və qadına bənzədən kişilərə lə'nət edər". /Hədisdə, insanın sün'i sürətdə özünü əks cinsə oxşatmasından bəhs edilir/.
     Hədisdən çıxan dərslər:
     1. Yaradılan hər bir məxluqun özünəməxsusluğu bildirilir;
     2. Hər bir insan, öz konstitusiyasına uyğun cinsə mənsub olmalıdır və heç bir vəchlə özünü digər cinsə bənzətməməlidir;
     3. Yaratdığı məxluqun vücuduna hansı amillərin müsbət və ya mənfi tə'sir göstərəciyini, məxluqları, onların özlərindən yaxşı tanıyan, onları yaradan və varlıqlarını tə'min edən münəzzəh Allah daha gözəl bilir.

 

 HƏDİS. Dünyaya bağlılıq haqqında 

     Həzrət Əlidən (ə) nəql edirlər:
     "Nə qədər bədbəxtlər var ki, onların əcəli hazır olduğu halda, onlar mal-dövlət yığmağa qurşanmışlar".
     İmam Sadiqdən (ə) nəql edirlər:
     "O kəs ki, qəlbi dünyaya bağlıdır, həqiqətdə özünü 3 şeyə düçar etmişdir: aradan getməyən qəmə, yerinə yetirilməz arzulara və həyata keçməz ümidlərə".
     Hədisdən çıxan dərslər:
     1. Mübarək İslam dini həqiqi bədbəxtlərin və uğursuzların dəqiq tə'rifini vermişdir;
     2. Ən böyük bədbəxtlik - insanın özünü aldadaraq, realistlikdən uzaqlaşması, daimi yaşamaq xülyası ilə dünyaya bağlanması və hətta qəbrin bir addımlığında belə, sərvət toplamaq hərisliyini tərgitməməsidir;
     3. Vücudu yalnız sərvət toplamağa yönəlmiş, İlahi kamillik proqramından tamamilə uzaq düşmüş belə bir bədbəxt insanın qəlbini daima aradangetməz qəm-qüssə dağıdır və bu insan nə qədər sə'y etsə də, öz əlilə qurduğu tordan yaxa qurtarıb, həqiqi dəyərlər müstəvisinə qədəm qoya bilmir;
     4. Bu bədbəxt insanın arzuları ürəyində qalır, ümidləri boşa çıxır və o, yalnız ölümün amansız nəfəsini duyduqda, öz həqiqi durumunu dərk edir, lakin, artıq gecdir, sonrakı peşmançılıq fayda verməz.



 HƏDİS. Süfrə mədəniyyəti haqqında 

     Həzrət Fatimeyi-Zəhradan (s) nəql edirlər:
     "(Yemək) süfrəsi (başında) 12 (gözəl iş) vardır ki, onları tanımaq hər bir müsəlman üçün bəyənilmişdir: dördü vacib, dördü müstəhəb, dördü isə ədəb əlamətidir. Vacibləri bunlardır:
     1) Allah Təalanı tanımaq (bilmək ki, bütün ne'mətlər ondandır);
     2) Allahın ne'mətlərinə razı olmaq;
     3) Yeməyin başlanğıcında "Bismilləhir-Rahmənir-Rahim" söyləmək;
     4) yeməyin sonunda həmd etmək ("Əlhəmdulilləhi rabbil ələmin" demək);
     4 müstəhəb əməllər ibarətdir:
     1) yeməkdən öncə dəstəmaz almaq;
     2) oturduqda, ağırlığı sol tərəfə salmaq;
     3) oturan yerdə yemək;
     4) üç barmaqla yemək.
     Və 4 ədəb nişanəsi olan əməllər bunlardır:
     1) qarşındakı yeməkdən götürmək;
     2) tikələri kiçik etmək;
     3) yeməyi yaxşı çeynəmək;
     4) başqalarının üzünə az baxmaq".



 HƏDİS. Yaxşılıq haqqında 

     İmam Sadiqdən (ə) nəql edirlər:
     "Hər bir m'ömin ki, öz mö'min qardaşına yaxşılıq edər, Rəsulullaha (s) yaxşılıq etmişdir".

İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi