İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 166
Zilqə'də-5 - Zilhiccə-1 1425


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!

 


 1425-ci hicri qəməri (2005-ci miladi) ili üçünZilqə'də/Zilhiccə aylarının azan vaxtlarının CƏDVƏLİ  

Zilqə'də- Zilhiccə ayı
Yanvar
Sübh azanı
Günəş çıxır
Zöhr azanı
Şam azanı
Gecə yarısı
25
7
6-37
8-04
12-47
17-48
00-13
26
8
6-37
8-04
12-47
17-49
00-13
27
9
6-37
8-04
12-47
17-50
00-14
28
10
6-37
8-03
12-48
17-51
00-14
29
11
6-37
8-03
12-48
17-52
00-15
12
6-37
8-03
12-49
17-53
00-15
13
6-37
8-03
12-49
17-54
00-15


 HƏDİS. Tövbə haqqında 

     Həzrət Peyğəmbərdən (s) nəql edirlər:
     "Tövbə edənin əlaməti dörddür:
     1) əməllərdə Allaha xatir ürəkyanıqlıq və xeyirxahlıq göstərmək;
     2) batili /düzgün olmayan hər bir şeyi/ tərk etmək;
     3) haqqla birgə olmaq;
     4) yaxşılıqlara doğru son dərəcədə şövqlü olmaq".

     Həzrət Əlidən (ə) nəql edirlər:
     "Tövbə: qəlbdən gələn peşimançılıqdan, dillə bağışlanmaq diləməkdən, günahı əməldə tərk etməkdən və günahın təkrar olunmamasını qət'i qərarlaşdırmaqdan ibarətdir".

     Həzrət Əlidən (s) nəql edirlər:
     "Günah etməmək, tövbə etməkdən daha asandır".

     Həzrət Rəsuli - Əkrəmdən (s) nəql edirlər:
     "Allah dərgahında, tövbə diləyən və iman əhli olan kişi və qadından daha yaxşısı yoxdur".

     Hədislərdən çıxan dərslər:
     Tövbə - insanın özünə qayıdışıdır. Tövbə - maddi və mə'nəvi bütlərin sındırılmasıdır. Tövbə - daxili korrupsiyaya yox deməkdir. Tövbə - şəxsiyyətin ikiləşməsinin yeganə müalicəsidir. Tövbə - əskiklik deyil, əksinə, ucalıq, ruhun kamilliyə doğru pərvaz etməsidir. Tövbə - həm fərdi kamil insan edən, həm də toplumu kamil millət edəndir. Tövbə - təkcə fərdi günahlar deyil, həm də ictimai günahlardan qurtuluşdur. Tövbə - təkcə şəxsin qul zəncirlərdən qurtuluşu deyil, həmçinin, millətin rəzillik buxovlarını birdəfəlik dağıdan bir İlahi praqmatik mexanizmdir. İnsanın özünə qayıdışı, ilk növbədə, fərdi müstəvidə olan zülmlərdən, misal üçün yalan danışmaqdan, böhtan atmaqdan, şaiyələr gəzdirməkdən, yediyinə, içdiyinə, əxlaq normalarına e'tinasız yanaşmasından tövbə etməsinə bağlıdır. Eləcə də, cəmiyyətin özünə qayıdışı, onun, hər növ naqisliklərə, çaiışmamazlıqlara və mənfiliklərə görə dərin və həqiqi tövbə etməsinə bağlıdır.


 ZİLHİCCƏ AYININ ƏMƏLLƏRİNDƏN 

     Ay təqvimi ilə sayca 12-ci, sonuncu olan Zilhiccə ayı girir. Müstəhəbdir ki, bu ayın birinci 9 günündə oruc tutulsun. O kəslər ki, boyunlarında əvvəlki illərin oruc borcu var, onlar "qəza" niyyətilə oruc tutub həmin borcu azalda bilərlər. Və həmçinin, o kəslərin ki, üzərində heç bir "qəza" orucu yoxdur, onlar "müstəhəb" niyyətlə oruc tuta bilərlər. Diqqət etmək lazımdır ki, zilhiccə ayının 10-u - Qurban bayramı günüdür. Həmin gün oruc tutmaq olmaz.

 

 ŞƏHADƏT 

     Hicri-qəməri tarixlə 220-ci il Zilqə'də ayının 30-u (bu il üçün - yanvar ayının 12-nə uyğun gəlir) 9-cu imam - İmam Muhəmməd-Təqinin (ə) şəhadət günüdür.  

       
 TARİX 

     Hicri-qəməri tarixlə 2-ci il Zilhiccə ayının 1-i - İmam Əlinin (ə) İslam Peyğəmbərinin (s) sevimli qızı Həzrəti Fatimeyi-Zəhra (s.ə.) ilə mübarək izdivacı günüdür.

 

 HƏDİS. Əlverişli şərait haqqında 

     Həzrət Peyğəmbərdən (s) nəql edirlər:
     "O kəs ki, üzünə xeyir qapısı açılıb, gərək bunu qənimət bilsin; çünki, bilmir nə zaman bu qapı onun üzünə bağlanacaq".

     Həzrət Peyğəmbərdən (s) nəql edirlər:
     "Həyat günlərinizdə üzərinizə rəhmət küləkləri əsir. Diqqətli və ayıq olun ki, özünüzü o küləklərin səmtinə qoyasınız".

     Həzrət Əlidən (ə) nəql edirlər:
     "Fürsət əldən tez gedər və gec qayıdar".

     Hədislərdən çıxan dərslər:
     1. Mübarək İslam dini 14 əsr bundan öncə həqiqi praqmatizmin fundamental əsaslarını qoymuşdur. O cümlədən, praqmatizmin konseptual əsaslarından biri olan vaxtdan və fürsətdən ən rasional və optimal surətdə istifadə etmək faktorunu müəyyənləşdirmişdir;
     2. Çox maraqlı cəhətdir ki, mübarək İslam dini insanın kamilliyini həm fərdi, həm də ictimai, eyni zamanda, həm mə'nəvi və həm də fiziki müstəvilərdə görür. Bununla əlaqədar, bir fərd kimi insanın və ya onun aid olduğu toplumun, mə'nəvi və fiziki müstəvilərdə nə dərəcədə İlahi tərəfindən əta edilmiş fürsətlərdən istifadə etməsi - kamilliyin bilavasitə göstəricisidir;
     3. Yuxarıdakı tezisə uyğun olaraq, fərdin ümumiyyətlə il boyu saysız-hesabsız verilən hidayət fürsətlərdən, məsələn, sübh namazından sonra, Günəş çıxanadək yatmayaraq, ruzi əldə etmək kimi bir fürsətdən məhrum olmaması - onun həqiqi praqmatizminin təzahürlərindəndir.
     4. Toplumun da həqiqi praqmatizmi bu prizmadan müəyyənləşdirilə bilir. Məsələn, toplumda yetimlərə nəvaziş etmək, xəstələrə qayğı göstərmək kimi İlahi tofiqlərdən istifadə etmək, yaxud, vətəndaş cəmiyyətində İlahi əmin-amanlıq ab-havasını bərqərar etmək, torpaqları azad etmək imkanları olduğu zaman bu fürsəti əldən verməmək kimi amillər, cəmiyyətin dinamik vücudi quruculuğuna həlledici təsir göstərir. Ümumiyyətlə, bu qəbildən, vətəndaş mövqeyini nümayiş etdirməklə əlaqədar olan bütün digər hallarda da konformizm və qətiyyətsizlik təzahür edərək, kamilləşmə fürsətini əldən vermək - cəmiyyətin acınacaqlı sonuncunu labüd edən amillərdəndir. Və cəmiyyət axırıncı imkanlarından istifadə edərək, tövbə etməsə, öz daxilində islahatlar apararaq, vücudi quruculuq yolunu tutmasa, onun məhvi qanunauyğundur.

İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi