İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 169
Zilhiccə-4 - 1425


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!

 


 BAYRAM 

     Hicri-qəməri tarixilə 10-cu il zilhiccə ayının 18-i (bu il üçün - yanvar ayının 29-na uyğun gəlir) - Qədir-Xum bayramıdır.


 HƏDİS. İki böyük əmanət haqqında 

     Həzrət Peyğəmbərdən (s) nəql edirlər:
     "Mən sizin aranızda iki böyük əmanət qoyub gedirəm: Allahın kitabını və Əhli-Beytimi".
     HAŞİYƏ.
     Bu mübarək kəlam, əziz Peyğəmbərimizin (s) sonuncu həcc ziyarətində - "həcc-ül-vida"da bütün zəvvarlar qarşısında söylədiyi xütbədə işlədilmişdir. Bununla, Allahın Elçisi (s) bu iki əmanətin bir-birini tamamlamasını bəyan etmişdir. Belə ki, İlahi kamil insan proqramı, bu 2 əmanətin harmonik birliyinə bilavasitə bağlıdır. Əhli-Beyt (ə) Allah kitabının Rəsullulahın (s) elminə müvafiq açılışını verən, bəşəriyyətə çatdıran bir nur çeşməsi olmaqla yanaşı, bu Kitabın müdrikliyinin real təzahürüdür, əslində kamil insan nümunəsidir. Beləliklə, bu 2 əmanəti bir-birindən ayırmaq, yə'ni, Qur'ani-Kərimin müdriklik okeanına Əhli-Beytin (ə) bələdçiliyi olmadan qərq olmaq, yalnız zahiri mə’nalarını götürüb, sonsuz hikmətlərdən özünü məhrum etmək olduğu kimi, Əhli-Beyti (ə) də yalnızca Rəsulullahın (s) övladları kimi qəbul etmək eyni dərəcədə yanlışdır. Üstəlik, Əhli-Beytin (ə) də ən dəqiq qiyməti də elə Qur'anın özündə verilmiş, Əhli-Beytin (ə) İlahi rəhbərlik funksiyası burada açıqlanmışdır. Odur ki, kamilliyə yetişmək, İlahi proqramı şərəflə yerinə yetirmək, əbədi səadətə qovuşmaq istəyən insan bu 2 mübarək əmanətin vəhdətini qəbul etməli, bu vəhdətə müvafiq həyat yolunu keçməlidir.
     Allahım! Bizi müqəddəs Kitabını və Əhli-Beyt (ə) nurunu anlayanlardan və onların mübarək yolunun ardıcıllarından qərar ver! Bizləri dünya və axirətdə bu 2 əmanətdən ayrı salma! AMİN!


 1425-ci hicri qəməri (2005-ci miladi) ili üçün Zilhiccə ayının azan vaxtlarının CƏDVƏLİ  

Zilhiccə ayı
Yanvar/Fevral
Sübh azanı
Günəş çıxır
Zöhr azanı
Şam azanı
Gecə yarısı
17
28
6-31
7-54
12-53
18-11
00-20
18
29
6-30
7-54
12-54
18-12
00-21
19
30
6-29
7-53
12-54
18-13
00-21
20
31
6-29
7-52
12-54
18-14
00-21
21
1
6-28
7-51
12-54
18-16
00-21
22
2
6-27
7-50
12-54
18-17
00-22
23
3
6-26
7-49
12-54
18-18
00-22


 

 "Qədir-Xum" bayramının qısa tarixçəsi 

     Hicrətin 10-cu ilində Peyğəmbər (s) sonuncu həcc ziyarətindən - "Həss-ül-vida"dan qayıdarkən, Zucan adlı yerə yetişdikdə, ona yeni bir vəhy nazil oldu. Allah-təala Peyğəmbərə (s) buyururdu:
     "Ey Rəsul! Sənə nazil olanları insanlara çatdır, əgər bu işi görməsən, öz risalətini (peyğəmbərlik missiyasını) tamamlamamış olursan...". ("Maidə" surəsi, 67)
     Bundan sonra Peyğəmbər (s) Cuhfə adlı yerdə yol ayrıcına çatanda, dayanmaq barədə göstəriş verdi. Sonra yüz mindən artıq zəvvarın qarşısında, yəhərlərdən düzəldilmiş minbərin üstünə çıxaraq, müsəlmanlara dedi:
     "Ey insanlar! Mən tezliklə sizin aranızdan gedəcəyəm, mənim öhdəmdə də məs'uliyyət var, sizin öhdənizdə də. Siz mənə necə şəhadət verirsiniz?".
     Hamı uca səslə dedi:
     "Biz şəhadət veririk ki, sən peyğəmbərlik vəzifəni yerinə yetirmisən, xeyirxahlıq şərtlərinə əsaslanaraq, bizim hidayət olmağımız üçün son dərəcə əzmlə çalışmısan, Allah bunun əvəzində sənə savab mükafatı versin!".
     Sonra Peyğəmbər (s) buyurdu:
     "Siz Allahın birliyinə, mənim peyğəmbərliyimə, Qiyamət gününün haqq olmasına və həmin gün ölənlərin imtahan vermək üçün yenidən dirilməsinə inanırsınızmı?".
     Hamı cavabında dedi:
     "Bəli, inanırıq!".
     Rəsuli-əkrəm (s) dedi:
     "İlahi, şahid ol!".
     Sonra o, Əlinin (ə) əlindən tutub qaldırdı ki, hamı onu görsün, orada olanlar hamısı onu tanısın. Peyğəmbər (s) buyurdu:
     "Mö'minlərin özlərinə nisbətdə ən üstün olan şəxs kimdir?" - müsəlmanlar cavab verdi:
     "Allah və onun peyğəmbəri daha yaxşı bilir!".
     Peyğəmbər (s) buyurdu:
     "Allah Təbarəkə və Təala mənim mövlam və rəhbərimdir, mən isə iman gətirənlərin rəhbəriyəm və onların işlərində özlərindən daha məs'uliyyətliyəm!". Sonra buyurdu:
     "Mən hər kimin rəhbəriyəmsə, bu Əli (ə) onun rəhbəridir". Bu sözləri dörd dəfə təkrar etdi və sonra dua etdi:
     "İlahi! Əli (ə) ilə dostluq edənlərlə dostluq et, düşmənləri ilə düşmən ol, onu sevənləri sev, ona qarşı qəzəbli olanlara sən də qəzəbli ol, ona kömək edənlərə kömək et, ona kömək etməkdən boyun qaçıranlara kömək etmə, onu haqqdan ayırma və haqqı həmişə onunla birlikdə et!". Sonra əlavə etdi:
     "Burada hazır olanların vəzifəsi, bu xəbəri burada olmayanlara çatdırmaqdır".
     Peyğəmbərin (s) xütbəsi sona çatandan sonra camaat dağılmamış, Qur'ani-Kərimin sonuncu ayəsi nazil oldu: "Bu gün mən sizin üçün dinimi kamil, höccətimi isə tamam etdim. Sizin üçün din olaraq İslamı bəyəndim...".("Maidə" surəsi, 3) Bundan sonra Peyğəmbər (s) buyurdu: "Allah böyükdür, Allah bizim üçün öz dinini təkmilləşdirdi və ne'mətlərini bizim üçün tamam etdi. Mənim peyğəmbərliyimi və Əlinin (ə) məndən sonra canişinim olmasını bəyəndi". Bu zaman sevinc səsləri ucaldı. Əbubəkr və Ömər də daxil olmaqla, bütün səhabələr Həzrət Əliyə (ə) yaxınlaşaraq, dedilər:
     "Ya Əli, sən bizim və bütün iman gətirənlərin rəhbəri oldun! Səni təbrik edirik!".
     Nazil olunan ayədən görünür ki, Peyğəmbərin ömrünün sonunda, mühüm bir məsələ qalmışdı ki, o məsələ həll olunmasa idi, risalət tamamlanmayırdı. Peyğəmbərin 23 illik zəhməti ilə bərabər olan və müsəlmanların bilməsi zəruri olan bu məsələ, onların bildikləri mətləbləri təkrarlamaq deyil, Peyğəmbərdən (s) sonra öz müqəddaratlarının kimə tapşırılması məsələsi idi. Təbii ki, bu mə’suliyyət də insanların ən fəzilətlisinə və ən üstününə tapşırılmalı idi ki, bu şərəfli işin öhdəsindən gələ bilsin. Sonralar, məhz elə bu məsələyə laqeydlik göstərildiyindən, müsəlmanlar çox vaxt acınacaqlı vəziyyətlərə düşüblər. Müsəlmanların bir hissəsi Qur'anı Əhli-Beytdən ayırdıqları üçün, İslamın həqiqi mahiyyətini dərk etməkdən məhrum olublar. Bu məhrumiyyətlər də, təbii olaraq, onları xurafatla dolu əqidələrə tərəf sürükləyibdir. Başqa bir qrup isə Əhli-Beyti Qur'andan üstün tutub, bununla da Qur'anı və nəticə e'tibarilə Əhli-Beytin özünü də dərk etməkdən məhrum olublar. Bu səbəbdən firqələrə ayrılaraq, düşmənin müsəlmanları parçalamaq üçün tərtib etdiyi proqramının faktiki icraçılarına çevrilmişlər. Hal-hazırda dünyanın bir çox yerlərində müsəlmanların düşdüyü acınacaqlı vəziyyətlər, həmin əmanətlərə xəyanətlərin nəticəsidir. İki Əmanətin hər birini qoruyub saxlayan az bir qrup müsəlmanlar vardır ki, onlar həm Qur'anı, həm də Əhli-Beyti dərk etmiş və daima müsəlmanların vəhdətinə çalışmışlar. Həzrət Peyğəmbərin (s) ilahi xəttinin həqiqi ardıcılları olan bu insanlar, hansı regiona, hansı firqəyə mənsubiyyətindən asılı olmayaraq, tökülən hər bir damla günahsız insan qanı üçün narahat olur, buna qarşı kəskin surətdə e'tirazını bildirir və hər bir vaxt məzlumların müdafiəsinə qalxırlar.  

       
 HƏDİS. Əhli-Beytə (ə) düşmən mövqedə duranların aqibəti haqqında 

     İmam Sadiqdən (ə) nəql edirlər:
     "Heç bir şəkk-şübhə yoxdur ki, (hər bir) mö'min öz dostu barədə şəfaət edə biləcək. Bir hal istisnadır ki, (mö'min şəxsin) dostu Əhli - Beytin (ə) düşməni ola. (Hətta) əgər bütün mürsəl peyğəmbərlər (ə) və müqərrəb /Allaha yaxın/ mələklər bir Əhli - Beyt (ə) düşməni üçün şəfaət etsələr belə, onların şəfaəti qəbul edilməz".
     İmam Sadiqdən (ə) nəql edirlər:
     "Həqiqətən, Həzrət Nuh (ə), hətta iti və donuzu da öz gəmisinə mindirmişdi, lakin, haramzadəni mindirməmişdi. Əhli - Beyt (ə) düşməni isə haramzadədən də pisdir".
     Hədislərdən çıxan dərslər:
     1. Əhli-beytə (ə) sevgi - imanı təşkil edən zəruri amillərdən olduğu üçün və onlara qarşı düşmənçilik, İlahi məntiqə görə, Peyğəmbərə (s) və nəticə e'tibarilə, Allaha yönəldiyindən, bu düşmənçiliyi qəlbində daşıyan şəxsin Allahın rəhmətinə nail olması qeyri-mümkündür;
     2. Digər məxluqatlardan fərqli olaraq, insanın yaranmasında məqsəd - iradə və şüurunu tətbiq etməklə, Allahın kamil bəndəsi səviyyəsinə çatmaqdır. Və bu yüksəlmənin zəruri elementi Əhli-Beytə (ə) sevgi olduğundan, bu sevginin daşıyıcısı olmayan şəxs, bu iste'dada heç malik də olmayan canlılardan da, hətta nəcis kateqoriyasına aid olan heyvanlardan da, vücudi kamillik baxımından, aşağı səviyyədədir.

 


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi