1425-ci hicri qəməri (2005-ci miladi) ili üçün Zilhiccə ayının azan vaxtlarının CƏDVƏLİ
Zilhiccə ayı
Fevral
Sübh azanı
Günəş çıxır
Zöhr
azanı
Şam
azanı
Gecə
yarısı
24
4
6-25
7-48
12-54
18-19
00-22
25
5
6-24
7-47
12-55
18-20
00-22
26
6
6-24
7-46
12-55
18-22
00-22
27
7
6-23
7-45
12-55
18-23
00-22
28
8
6-22
7-44
12-55
18-24
00-22
29
9
6-21
7-43
12-55
18-25
00-22
10
6-20
7-41
12-55
18-26
00-22
HƏDİS. Pis insanlar haqqında
Həzrət Peyğəmbərdən nəql edilir:
"İstəyirsiniz sizə xəbər verim ki, insanların ən pisi kimdir? O kəs ki, tək yemək yeyir və heç kəsə heç nə vermir və tək səfər edir və qulamını vurur. İstəyirsiniz sizə söyləyim ki, ondan da pis adam kimdir? O kəslər ki, (sadalanan keyfiyyətlərə malik olan) bu şəxsin şərindən qorxur... ... İstəyirsiniz ondan da pisini deyim? O kəslər ki, öz axirətlərini başqasının dünyasına satır. İstəyirsiniz ondan da pis olan kəsi deyim? O kəs ki, dindən, dünya mənfəəti əldə etmək üçün istifadə edir".
Hədisdən çıxan dərslər:
1. Mübarək İslam dini, sosial mahiyyət daşıdığından, maksimum dərəcədə eqosentrik meyllərin qarşısını almaq üçün, yemək, səfər etmək kimi zahirdə fərdi görünən əməllərdə belə, ictimailəşməyə sövq edir və bununla da "toxun acdan xəbəri olmaz" kimi atalar sözlərinin qnoseoloji kökləri bəlli olur;
2. İslam məntiqinə əsasən, tabeçiliyində olan insanlara münasibətdə, misal üçün, sahibin qulama qarşı, atanın övlada qarşı, kişinin həyat yoldaşına qarşı və s. İlahi məs'uliyyətləri və öhdəlikləri vardır. Yə'ni hər hansı özbaşınalıqdan, qəddarlıqdan, zalımlıqdan, özü tox olub, öhdəliyində olan şəxsi ac saxlamaqdan, onu təhqir etməkdən və insan hüquqlarını pozmaqdan çəkinməlidir;
3. Kiminsə tabeçiliyində olan fərdlərin də, öz növbəsində, insana xas olmayan rəftara qarşı e'tiraz etmək - insani vəzifəsidir;
4. Öz insani vəzifələrini yerinə yetirməyib, vətəndaş mövqeyinin olmamasını nümayiş etdirərək, yaltaqlıq, simasızlıq, qorxaqlıq, riyakarlıq edənlər, həqiqətdə öz vücudlarını hərraca qoyanlardırlar;
5. Mübarək hədisdə "yalançı müqəddəslik" libasına bürünərək, dindən dünya mənfəəti əldə eimək üçün istifadə etmək, ən mənfur əməllərdən biri kimi təqdim olunur. Çünki, onların bu eybəcər əməlləri nəticəsində minlərlə insan, dinlə din adından çıxış edənləri qarışdıraraq, dindən uzaqlaşır və öz vücudi xilasolmasından məhrum olur.
TARİX
Hicri qəməri təqvimi ilə 60-cı il Məhərrəm ayının 1-i, Peyğəmbərin (s) nəvəsi - İmam Hüseyn ibn Əli (ə) Yezid istibdadına qarşı qiyam etmişdir.
TARİX
Zilhiccə ayının 24-ü (bu il üçün - fevral ayının 4-nə uyğun gəlir) - Mübahilə günüdür. Həmin gün, hicrətin 10-cu ilində, Rəsulullah (s), onun nübuvvətini inkar edənlərə rəğmən, İlahi vəhy əsasında həzrət Əli (ə), xanım Fatimə (s), İmam Həsən (ə) və İmam Hüseynlə (ə) birlikdə həqiqəti bəyan etmək, öz İlahi missiyasını təsdiqləmək üçün müqabil tərəfi mübahilə etməyə də'vət etdi. Və bunun nəticəsində bir çoxları üçün həqiqət aşkar olundu.
"Mübahilə" ayəsi
Allah-Təala Qur'ani-Kərimdə buyurur:
"(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilənləri bildikdən sonra, bu barədə səninlə mübahisə edənlərə de: "gəlin biz öz oğullarımızı, siz də öz oğullarınızı, biz öz qadınlarımızı, siz də öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü də'vət edək, sonra dua edib yalvaraq ki, Allahın lə'nəti yalançılara olsun" ("Ali-İmran" surəsi, 61)
Peyğəmbər (s) Mədinə şəhərinə hicrət edəndən sonra, İsanın (ə) (nəuzubillah!) Allah olduğunu iddia edən xristianlar, onu yalançı peyğəmbərlikdə ittiham edirlər. Bu məqsədlə onlar Peyğəmbərin (s) hüzuruna gəlirlər və ondan soruşurlar: "Siz görmüsünüz ki, atasız uşaq dünyaya gəlsin?". Cavab olaraq, Peyğəmbər (s) Qur'ani-Kərimin "Ali-İmran" surəsinin 59-cu ayəsini onlara oxudu: "Həqiqətən İsa, Allah yanında Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı, sonra "var ol!"- deyə əmr etdi və o, dərhal mövcud oldu". Bundan sonra, Peyğəmbər (s) həqiqəti aşkar etmək və öz sözlərini isbat etmək üçün, yeni nazil olunmuş ayəni ("Ali İmran", 61) oxuyaraq, onları mübahiləyə (qarşılıqlı lə'nət söyləməyə) də'vət etdi. Onlar səhərə qədər möhlət istədilər. Rəsuli-Əkrəm (c) razı oldu. Xristianlar öz ruhaniləri ilə məsləhətləşdilər. Rahiblər dedilər: "Əgər Muhəmməd (s) öz Əhli-Beyti ilə birlikdə mübahiləyə gəlsə, onunla mübahilə etməyin. Çünki, belə olan halda demək o - həqiqi peyğəmbərdir, yox əgər digər səhabələri ilə gəlsə, mübahilə edin, çünki demək o, yalançı peyğəmbərdir".
Rəsuli Əkrəm (s), Əlini (ə), Fatiməni, Həsən və Hüseyni (ə) özü ilə götürüb, xaçpərəstlərin yanına gedir. Xristian rahibləri onları gördükdə, kimliyini soruşurlar. Peyğəmbər (s) buyurur: "Bunlar mənim Əhli-Beytimdir (ev əhlimdirlər)". Xaçpərəstlər bu mə’lumatı bildikdə, mübahilə etməkdən imtina edirlər. Xristian rahibləri dedilər ki, "onların üzündə imanın elə bir təzahürünü gördük ki, hər kimə lə'nət desəydilər, dərhal Allahın lə’nəti o şəxslərə şamil olardı". Bundan sonra xristianlar müsəlmanlarla sülh bağlayaraq, qarşıdurmadan vaz keçirlər.
Bu tarixi hadisə, eləcə də, sonralar baş vermiş vida həccində Peyğəmbərin (s), Əhli-beyti (ə) Qur'ani-Kərimlə bərabər olaraq, müsəlmanlara əmanət qoyması, Əli, Fatimə, Həsən və Hüseyndən ibarət olan Əhli-Beytin İslamda tutduğu çox yüksək məqamı və kəsb etdiyi mühüm əhəmiyyəti bir daha təzahür edir.
HƏDİS. Ədalət haqqında
İmam Həsəndən (ə) nəql edirlər:
"Adamların səninlə necə davranmağını istəyirsənsə, sən də onlarla elə davran".
HAŞİYƏ.
Mübarək hədisdə dinin ümdə məsələlərindən biri olan ədalət haqqında söhbət açılır. Başqaları ilə münasibətdə ədalətli davranan, özünə arzuladığını başqalarına da arzulayan və özünə qıymadığını başqalarına da qıymayan insan - əsl mömin kimi hərəkət edir. Bu baxımdan cəmiyyət də ədalətli insanlardan ibarət olduqda, onun tərkibində keyfiyyət dəyişiklikləri baş verir və bu cəmiyyət artıq keyfiyyətcə yeni bir funksiyanı - şəxsiyyətin harmonik inkişafını təmin edən ümmət funksiyasını yerinə yetirməyə başlayır.
Allahım! Bizləri ədalətli olanlar və ədaləti sevənlər sırasında qərar ver! AMİN!