İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 171
Məhərrəm-1 - 1426


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!

 

 HƏDİS. İmam Hüseynə (ə) məhəbbət haqqında 

     İslam Peyğəmbərindən (s) nəql edirlər:
     "Əhəbbəllahu mən əhəbbə Hüseynə"
     (Allah Təala, hər bir İmam Hüseyn (ə) aşiqinin aşiqidir).
     Hədisdən çıxan dərslər:
     1. İmam Hüseyn (ə) - ən kamil tərbiyə şəraitində böyümüş bir insan idi. Belə ki, o, Allahın yaratdığı məxluqatın ən kamili olan əziz babası - Rəsulullahın (s), İslam Peyğəmbərindən (s) sonra ədalət rəmzi olan atası - Həzrət Əlinin (ə), Peyğəmbərin (s) gözünün işığı, qəlbinin meyvəsi, namus, qeyrət və iffət təcəssümü olan anası - Həzrət Fatimənin (ə), səbrin, helmin təcəssümü, behişt gənclərinin iki sərvərindən biri olan qardaşı - İmam Həsənin (ə) xüsusi diqqətləri, ixlaslı məhəbbətləri ilə əhatə olunmuşdu;
     2. Allah Təalanın hikmətinə görə, bəşər üçün örnək missiyasını həyata keçirmək məs'uliyyəti, Rəsulullahın (s) və onun mübarək Əhli-Beytinin (ə) üzərinə düşmüşdür;
     3. Gözəllik və kamilliyin mütləqiyyəti olan Allah, bəndəni, məhz həqiqi gözəllik və kamilliyi dərk etməsinə görə qiymətləndirir. Bu baxımdan, təbiidir ki, gözəllik və kamilliyi tərənnüm etdirən İmam Hüseynə (ə) qarşı sevginin olub-olmaması və bu sevginin hansısa mücərrəd bir formada deyil, real həyatda təzahür edilməsi, əslində insanın həqiqi gözəllik və kamillik dərəcəsinin təcəssümüdür;
     4. Təbii ki, İmam Hüseyni (ə) sevmək, həqiqətdə gözəlliyi, kamilliyi, təmizliyi, şücaəti, ixlası sevməkdir. Haqsızlığa baş əyməyən, insanların hüquqlarını qorumaq yolunda canını, əzizlərini qurban verən İmam Hüseyn (ə) fəlsəfəsini dərk etmək - quru iddialarla deyil, hüseynəbənzər həyat sürməklə, gündəlik həyatda İmam Hüseyn (ə) ideallarının daşıyıcısı olmaqla təzahür edilir.

     Allah Təala Qur'ani-Kərimdə buyurub: "Ey Peyğəmbər! (İman gətirənlərə) de: Öz risalətim üçün sizdən, mənim yaxınlarıma məhəbbətdən başqa bir minnətdarlıq istəmirəm". ("Şura" surəsi, 23-cü ayə)
     Peyğəmbər (s) buyurub: "Həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir".
     Göstərilmiş mübarək ayədən görünür ki, Peyğəmbərin (s) yaxınlarını sevmək, onun müsəlmanlar üzərində olan haqqıdır. Əvvəlki mövzularda artıq qeyd edilmişdir ki, Mübahilə günü Rəsuli Əkrəm (s) ən yaxın adamları kimi öz Əhli-Beytini, yə'ni Həzrət Əlini, Xanım Fatiməni, İmam Həsəni və İmam Hüseyni təqdim etmişdi. Qeyd olunan ayədə də, Allah Təbarəkə və Təala məhz onların sevilməsini və əziz tutulmasını tövsiyə etmişdir. Belə olduqda müsəlmanlara onları sevmək, əziz tutmaq, onlar şadlanarkən şadlanmaq, onlar qəmgin olarkən qəmgin olmaq məsləhət görülmüş, onların sevincinə və kədərinə şərik olanlara Allah tərəfindən xüsusi mükafatlar və'd edilmişdir. İmam Hüseyn (ə) də Əhli-Beytin üzvü olduğu üçün və İslam yolunda fədakarlıqla çalışaraq, son nəticədə faciəli surətdə şəhid olduğu üçün Allah yanında xüsusi məqama malikdir.
     Bu gün Hüseyn (ə) əzadarlığını aradan aparmaq, vaxtilə Qur'anı müsəlmanların əlindən alaraq, onları dinin həqiqi mahiyyətindən uzaqlaşdırmaq proqramının bilavasitə davamıdır. Yaxın keçmişimizdə, dinin qadağan olduğu zamanlar müsəlmanlar, Hüseyn (ə) tə'ziyədarlığını saxlayaraq, bu mərasimlərdə dini təbliğ etmək hesabına İslamı yaşada bilmişlər.
     Dünya müsəlmanlarının mövcud vəziyyətlərini təhlil etdikdə görürük ki, öz mə’nəvi dəyərlərini əldən verən, zillətə ən çox boyun əyən müsəlmanlar - Hüseyn (s) məktəbini dərk etməyənlərdir. Bunun əksinə olaraq, Hüseyn (ə) Aşurasına sadiq qalanlar, öz mə'nəvi dəyərlərini qoyurayaraq, heç vaxt zillətə boyun əyməmiş və Peyğəmbərin (s) dinini daha mükəmməl formada yaşada bilmişlər. Peyğəmbər (s) dostları heç vaxt onun istəkli övladının Aşurasını unutmayacaq, o qeyrət məktəbindən həmişə nümunə götürərək zillətə boyun əyməyəcəklər. Bununla da İslam dinini Qiyamətə qədər yaşadacaqlar.


 1426-cı hicri qəməri (2005-ci miladi) ili üçün Məhərrəm ayının azan vaxtlarının CƏDVƏLİ  


Fevral
Sübh azanı
Günəş çıxır
Zöhr azanı
Şam azanı
Gecə yarısı
11
6-19
7-40
12-55
18-27
00-22
12
6-18
7-39
12-55
18-29
00-23
13
6-16
7-38
12-55
18-30
00-23
14
6-15
7-37
12-55
18-31
00-23
15
6-14
7-35
12-55
18-32
00-23
16
6-13
7-34
12-55
18-33
00-23
17
6-12
7-33
12-55
18-34
00-22


 HƏDİS. Aşura qiyamının mahiyyəti barədə 

     İmam Cəfər Sadiqdən (ə) nəql edilir:
     "Hər gün Aşuradır və hər yer Kərbəladır".
     HAŞİYƏ.
     Bu mübarək hədisdə əslində mübarək İslam dininin ana xəttini təşkil edən həqiqi vətəndaş mövqeyinin mahiyyəti açıqlanır. İnsan məs'uliyyətinin və vətəndaş mövqeyinin məkan və zaman məhdudiyyətlərini qəbul etmədiyi bildirilir. Bu baxımdan, İmam Hüseynin (ə) Kərbəla çölündə, Aşura günü göstərdiyi kamil insana xas olan mövqe, bütün məkanlarda və bütün zamanlarda yaşayan insanlar üçün həqiqi vətəndaş mövqeyini simvolizə edən bir ideala çevrilmişdir. Mübarək hədisə görə, həqiqi vətəndaş harada və hansı zamanda yaşamasından asılı olmayaraq, Aşura məktəbindən dərs götürərək, İmam Hüseynə (ə) xas vücudi mə'suliyyət təzahür etdirməli, haqqların tapdanması ilə üzləşdikdə, İslamın ana prinsipi olan vətəndaş mövqeyini nümayiş etdirməlidir və ikiüzlü münafiqləri, din adından möhtəkirlik edənləri, öz şəxsi nəfslərinə görə dini xurafatla dolduranları ifşa etməlidir. O, harada və hansı zamanda yaşamasından asılı olmayaraq, toplumda köməyə ehtiyacı olanlara münasibətdə, Kərbəla qəhrəmanlarıtək canı ilə, qəlbiylə, qanıyla fədakarlıq nümayiş etdirməlidir.
     Beləliklə, mübarək hədis insanın həyatında daimi dinamikanı müəyyənləşdirir və insana həqiqi vətəndaş olmağı aşılayır. Sözsüz ki, belə olan təqdirdə, insan kamillik zirvəsinə ucalaraq, Aşura qəhrəmanlarıtək həyatın bütün səhnələrində - istər işğal olmuş torpaqları yağı düşməndən təmizləməkdə, istər münafiqlərin riyakar mahiyyətini ifşa etməkdə, istər elmi araşdırmalar aparmaqda, istər yetimə nəvaziş göstərməkdə, istər ehtiyaclı körpəyə qan verməkdə, istər haqları pozulanların hüquqlarının müdafiəsinə qalxmaqda, "hər gün Aşuradır və hər yer Kərbəladır" tezisini rəhbər tutmalı və Kərbəla şəhidlərinə layiq həyat sürməlidir.
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi