İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 172
Məhərrəm-2 - 1426


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!

 

AŞURA GÜNÜNÜN YAXINLAŞMASI İLƏ ƏLAQƏDAR "HƏR GÜN AŞURADIR, HƏR YER - KƏRBƏLA" MÖVZUSUNDA ELMİ KONFRANSIN İŞTİRAKÇILARININ ÖLKƏNİN İNANCLI İNSANLARINA
MÜRACİƏTİ


     18 fevral 2005-ci il.
     Bakı şəhəri


     Mehriban və Bağışlayan Allahın adı ilə!
     Əziz inanclı bacı və qardaşlar! Rəhim və Rəhman Yaradanın həqiqi bəndələri olan mömin və möminələr!
     Növbəti Məhərrəm ayı daxil olmuşdur. Mərdliyi, ləyaqəti, dönməzliyi və Uca Allaha həqiqi bəndəliyi simvolizə edən bir ay. Bir ay ki, bunda Aşura günü vardır. Qiyamət gününədək dayanmadan insan vicdanına yönəlik bir həyəcan təbili olan Aşura. Bəşəriyyətə yüksək vəzifəsini xatırladan Aşura.
     Aşura günü, Kərbəla çölündə İmam Hüseyn (ə) öz qəhrəman məsləkdaşları ilə zülmə və ədalətsizliyə qarşı qiyam edib, Yezid istibdadına "YOX!" demişlər. Onlar Həqiqət və Ədalət amalı uğrunda ən qiymətli olan öz həyatlarını qurban vermişlər. Və öz həyatları hesabına İlahi həqiqəti unutdurmağa imkan verməmişlər. Gerçəkdə, Kərbəla çölündə İmam Hüseyn (ə) və silahdaşları şücaət və mərdliyə, qəti vətəndaş mövqeyinə bir abidə ucaltmışlar.
     Əziz xalqımız əsrlər boyu öz daxilindən gələn ədalətsevərlik və zülmə nifrət bəsləmə hissindən bəhrələnərək, Kərbəla qəhrəmanlarını yad etmişdir. Hətta Sovet dönəmindəki allahsız recim də xalqımızı Məhərrəm-Səfər mədəniyyətindən, Aşura vücudi oyanışından ayrı sala bilməmişdir. Bu da öz növbəsində xalqımızın özünüdərkində, öz mədəniyyətini qoruyub saxlamasında, ən əsası isə, bu gün bütün dünyanın üz tutduğu İslam dinindən ayrı düşməməsində öz tövhəsini vermişdir.
     Təəssüflər olsun ki, son illərdə Məhərrəm ayı və onun keçirilməsi ilə bağlı ucuz, spekulyativ, məs'uliyyətsiz, təxribat xarakterli, inanclı insanların heysiyyatına toxunan yersiz söz-söhbətlər eşidilməkdədir. Belə ki, Məhərrəm ayında şəhidləri yad etmə ilə bağlı mərasimlər haqqında məs'uliyyətsiz, cəfəng fikirlər söylənilir. İctimaiyyətin bütün diqqəti nə üçünsə, "Aşuranı bütün dünyada qəbul edilmiş klassik formada və yaxud ayrı cür keçirməli" kimi mövzulara yönəlir.
     Aydındır, bu ondan irəli gəlir ki, Aşura mərasiminin zahiri atributikası barədə populist çıxışlar etmək, analitik işlə məşğul olmaqdan, mühüm tarixi hadisələrin mahiyyətini açıqlayan təhqiqatlar aparmaqdan qat-qat asandır.
     Bütün bunları nəzərə alaraq hörmətli inanclı insanların nəzərinə aşağıdakıları çatdırmağı lazım bilirik:
     1. Milli adət-ən'ənələrin və mərasimlərin destruktiv və nigilist formada təftiş etmək cəhdləri özündə böyük bir təhlükə daşıyır. Çünki, adət və ən'ənələr, xalq folkloru millətin mentalitetinin mahiyyəti, onun sütunudur. Əlbəttə ki, həyat, öz gedişatı ilə bu və ya digər adətə, ənə'nəyə müəyən düzəlişlər verir. Lakin, hazırki halda söhbət normal inkişaf prosesindən yox, millətin mental əsaslarına mexaniki tə’sir etmək cəhdlərindən gedir.
     2. Allah aşiqləri, Əhli-Beyt (ə) sevərlər əsrlər boyu Kərbəla qəhrəmanlarının xatirəsinə əzadarlıq məclislərini həqiqi formada keçiriblər və bu gün də dünyanın bütün guşələrində keçirməkdədirlər. Məhərrəm və Səfər aylarındakı əzadarlıq mərasimləri əsrlər boyu bizim klassik ədəbiyyatımızın, incəsənətimizin şah damarını təşkil edən mövzulardan biri olub. Xalqımız bu mədəniyyətin həqiqi formada keçirilməsində, qoruyub saxlanmasında həmişə avanqardda olmuşdur və bu gün də olmaqdadır. Bu baxımdan burada hansısa fərdi təsəvvürləri insanlara məcburən yeritmək yersizdir, spekulyasiyadır və mahiyyətcə ictimai rə'ydə çaşqınlıq yaratmaqdır. Ən əsası isə milli-mə'nəvi dəyərlərə xəyanətdir və milli özünəməxsusluğun dağıdılması cəhdidir.
     3. Məhərrəm və Səfər aylarındakı şəhidi yad etmək mədəniyyətinin bir tərəfdən hüzn, kədər, qəmlənmə, daxili tövbəyə yönəldən əzadarlıq məclisləri, digər tərəfdən zülmə nifrət, rəzilliyə, alçaqlığa "Yox!" deməyə, fədakarlığa, özünüdərkə, şücaətə, keyfiyyətli və dinamik vətəndaş mövqeyinə gətirib çıxarır. Kərbəla və Aşura əzadarlıq məclislərini aradan aparmaq hər zaman milli-mə'nəvi dəyərlərimizə qarşı təxribat aparan, torpaqlarımızı işğal edən yağı düşmənlərin işi olub və bu, görünür ki, bu gün də davam etməkdədir. Lakin, bu - əbəsdir. Xalqımız hər zaman öz milli-mə'nəvi dəyərlərinə sahib çıxmış və bu cür eybəcərliklərə nifrətini bildirmişdir.
     4. Məhərrəm və Səfər aylarında keçirilən əzadarlıq, tə'ziyyə mərasimləri əsrlər boyu insanların bir çox problemlərinin həllində böyük rol oynamışdır. Günümüzdə də bu, özünün digər bərəkətləri ilə bərabər, "Əsma-ul-Hüsna" proqramının həyata keçirilməsinə - artıq 7 ilə yaxındır ki, İçərişəhər "Cümə" məscidində xəstə körpələrə qanvermə kimi nəcib bir əmələ də gətirib çıxarmışdır. Bə'zi cahil insanlar isə bu nəcib qanvermələrlə əzadarlıq mərasimlərini əvəz etmək kimi cəfəng fikirlər irəli sürürlər. Əslində onlar bununla qanverən inanclı insanları təhqir etmiş olurlar. Çünki, bu qanvermə proqramını məhz Məhərrəm və Səfər aylarında keçirilən, əcdadlarımızın əsrlər boyu qoruyub saxladığı eşqlə dolu əzadarlıq və tə'ziyyə məclislərinin bir nəticəsi olaraq həyata keçirmək mümkün olmuşdur. Bu əzadarlıq və tə'ziyyə mərasimləri insanları daxili paklanmağa və vücudi qeyrət hissinə gətirib çıxararaq gündəlik həyatda həqiqi bir inanc sahibi kimi yaşamağa dəvət edir. Üstəlik "Əsma-ul-Hüsna" proqramı çərçivəsində xəstə körpələrə qanvermə mərasimləri ilboyu keçirilir. Və necə Qurban Bayramında qan verilərkən kimsə heç ağlına belə gətirmir ki, bayram namazı və yaxud qurban kəsməyi qanvermə ilə əvəz etsin, o cür də Aşura günü də əzadarlığı və tə'ziyyəni qanvermə ilə əvəz etmək fikirləri cəfəng xarakterli bir fikirlərdir.
     Ey əziz inanc sahibləri!
     Bəs, gəlin çalışaq bu mübarək günləri elə keçirək ki, bunlar İmam Hüseynin (ə) və Kərbəla qəhrəmanlarının əziz xatiərələrinə layiq olsun. Və onların uğrunda həyatlarını qurban verdikləri müqəddəs dəyərləri unudulmağa qoymayaq. Elə edək ki, bizim üçün hər gün, sözün həqiqi mənasında Aşura - Uca Allaha həqiqi bəndəçiliklə səciyyələnən bir gün olsun.
     Allah amanında!


 1426-cı hicri qəməri (2005-ci miladi) ili üçün Məhərrəm ayının azan vaxtlarının CƏDVƏLİ  


Məhərrəm ayı
Fevral
Sübh azanı
Günəş çıxır
Zöhr azanı
Şam azanı
Gecə yarısı
08
18
6-11
7-31
12-55
18-36
00-22
09
19
6-09
7-30
12-55
18-37
00-22
10
20
6-08
7-29
12-54
18-38
00-22
11
21
6-07
7-27
12-54
18-39
00-22
12
22
6-05
7-26
12-54
18-40
00-22
13
23
6-04
7-25
12-54
18-41
00-22
14
24
6-03
7-23
12-54
18-42
00-22


 TARİX 

     Məhərrəm ayının 9-u (bu il üçün - fevral ayının 19-na uyğun gəlir) müsəlmanlar tərəfindən Tasua günü kimi qeyd edilir. Bu, Kərbəla faciəsi öncəsi olan bir gündür.


 AŞURA 

     Məhərrəm ayının 10-u (bu il üçün - fevral ayının 20-nə uyğun gəlir) - Aşura günüdür. Aşura günü İmam Hüseyn (ə) və onun ardıcılları İslam Peyğəmbərinin (s) dininin qorunması və bəşəriyyətin xilas edilməsi uğrunda qəhrəmanlıqla şəhadət zirvəsinə çatmışlar.
     Həmin günün axşamı isə "Şamu-Qariban" mərasimi keçiriləcəkdir.



 ŞƏHADƏT 

     95-ci hicri-qəməri il Məhərrəm ayının 12-də (bu il üçün - fevral ayının 22-nə uyğun gəlir) dördüncü imam - İmam Zeynəl-Abidin (ə) şəhadət zirvəsinə çatmışdır.
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi