İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 174
Məhərrəm-4 - 1426


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!
       

 HƏDİS. İctimai münasibətlər haqqında  

     İmam Həsən Əsgəridən (ə) nəql edirlər:
     "Allah-təala mələkə əmr verdi ki, filan abid və zahid kişini, kafir və fasiq xislətli insanlardan daha tez torpağın altına sal, çünki, ona danışmaq qüdrəti və qabiliyyəti verdiyimiz halda, o, əmrun-bil-mə'ruf (yaxşı işlərə də'vət etmə) və nəhyun minəl munkər (pis işlərdən çəkindirmə) etmədi".
     Həzrət Əlidən (ə) nəql edirlər:
     "Bir kəs ki, qəlbilə, əlilə, dililə (cəmiyyətdə) gunahların qarşısını almaya, dirilər arasında hərəkət edən bir ölüyə bənzər".



 HƏDİS. Həqiqi güclü şəxs haqqında 

     Həzrət Peyğəmbərdən (s) nəql edirlər:
     "Güclü və qüdrətli o kəs deyil ki, xalqa və insanlara qalib gələ. Həqiqətdə güclü (insan) və iqtidar sahibi o kəsdir ki, öz nəfsinə qalib gələ".



 HƏDİS. Ən üstün cihad 

     İslam Peyğəmbərindən (s) nəql edirlər:
     "Allah dərgahında cihadların ən üstünü - zalım başçıya deyilmiş həqq sözdür".



 HƏDİS. Əməl haqqında 

     Həzrət Əlidən (ə) nəql edirlər:
     "Hər adamın dəyəri onun etdiyi yaxşılıqlardan asılıdır".



 HƏDİS. Qeyrətli şəxs haqqında 

     İslam Peyğəmbərindən (s) nəql edirlər:
     "Allah-Təala öz bəndələri içərisindən qeyrətli şəxs olanı sevir".



 HƏDİS. Yağlıdil münafiqin zərəri haqqında 

     İslam Peyğəmbərindən (s) nəql edirlər:
     "Ümmətim üçün hər şeydən çox yağlıdil münafiqdən qorxuram".



 HƏDİS. Zülm edənə dəstək vermək haqqında 

     İslam Peyğəmbərindən (s) nəql edirlər:
     "Hər kim zalıma kömək edə ki, o, batil işin vasitəsilə həqqi ayaqlaya, Allahın və Peyğəmbərin (s) himayəsindən kənara çıxmışdır".



 ŞƏHADƏT 

     95-ci hicri-qəməri il Məhərrəm ayının 25-də (bu il üçün - mart ayının 7-nə uyğun gəlir) (birinci rəvayətə görə) dördüncü imam - İmam Zeynəl-Abidin (ə) şəhadət zirvəsinə çatmışdır.


 FACİƏ 

     Mart ayının 3-də İçərişəhər "Cümə" məscidi dini icmasının tanınmış curnalist Elmar Hüseynovun qətli ilə bağlı matəm yığıncağı keçirilmişdir. Məscidin imam-camaatı Hacı İlqar İbrahimoğlu öz çıxışında demişdir: "Elmar Hüseynov - dövrümüzün o nadir insanlarından idi ki, həqiqətdə vətəndaş mövqeyinə malik idi. Və bu mövqeyi öz qısa, lakin mənalı olan həyatı boyunca aparmağa müvəffəq olmuşdur. Ona atılan güllələr, gerçəkdə bütün vətəndaş cəmiyyətinə, bütün azadlıqsevər insanlara ünvanlanmışdır. Lakin, cinayətkarlar öz məqsədlərinə çata bilməmişlər. Əksinə, Elmar Hüseynovun qətli bir çoxlarında vicdanın səsini oyatmışdır. Allah ona rəhmət eləsin!".
     "Cümə" məscidi dini icması bu münasibətlə mərhumun əzizlərinə və yaxınlarına, bütün Azərbaycan xalqına başsağlığı verir.



 ÖTƏN HƏFTƏ 

     Mart ayının 1-də İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu "BBC News" ümumdünya yayım korporasiyasının müxbirinə geniş müsahibə vermişdir. Müsahibənin əsas mövzusu Azarbaycanda ümumilikdə insan haqları, xüsusilə də din azadlığı sahəsində olan vəziyyət olmuşdur. "Cümə" məscidinin bağlanması və çoxminlik dini icma üzvlərinin cəm şəklində ibadət etmək hüququndan məhrum olması problemi söhbətdə xüsusi vurğulanmışdır.

     Mart ayının 3-də "Dəyərlər" curnalının baş redaktoru, hüquq müdafiəçisi İlqar İbrahimoğlu "Mətbuat təhlükədə!" ümumrespublika forumunda iştirak etmişdir.

     Ölkənin aparıcı qəzetləri "Cümə" məscidi dindarlarının hüquqlarının pozulması və məscid icmasının rəhbərliyinin tə'qib edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin qınağı barədə silsilə yazılar dərc etmişlər.

     "Yaydan etibarən, inanclı xanımlar bütün mülki və siyasi hüquqlarından məhrum olacaqlar" - DEVAMM-ın aparıcı koordinatoru, İRLA Azərbaycan bölməsinin baş katibi İlqar İbrahimoğlu Helsinki Komissiyasının nümayəndəsi Noks Temzlə görüşündə bildirmişdir. Pasport və şəxsiyət vəsiqələrinin başörtülü halda çəkdirilmiş şəkillərlə alınmasının mümkünsüzlüyü səbəbindən inanclı xanımların əksəriyyəti, demək olar ki, bütün mülki və siyasi hüquqlardan məhrum olmuşlar. Bu ilin iyulunda isə köhnə formalı olan pasportlar da öz qüvvələrini itirirlər. Bundan sonra, demək olar ki, artıq bütün inanclı xanımlar öz hüquqlarından məhrum olacaqlar. "Bu, din azadlıqları sahəsində ciddi bir problemdir və hökumət yaranmış vəziyyətdən tezliklə çıxış yolu tapmalıdır" - deyə İ.İbrahimoğlu bildirmişdir.
     Görüşdə həmçinin, İ.İbrahimoğlunun sərbəst yerdəyişmə azadlığına olan hüququndan qanunsuz məhrum edilməsi ilə əlaqədar olaraq, böyük narahatçılıqların mövcudluğu da ifadə edilmişdir. Bu halın özü-özlüyündə fundamental insan haqlarının pozuntusu olması ilə yanaşı bu məhduduyyətlər nəticəsində İ.İbrahimoğlu çoxsaylı beynəlxalq forumların işində iştirak edə bilməmişdir. Bu isə ümumilikdə hüquq-müdafiə fəaliyyətinin effektivliyinə öz mənfi təsirini qoymaya bilməz.
     Söhbət zamanı eyni zamanda, "Cümə" məscidinin bağlanması və bir neçə minlik "Cümə" dini icmasının üzvlərinin cəm şəklində dini ayinlərin icra edilməsi hüququndan məhrum olması mövzularına xüsusi olaraq toxunulmuşdur. Eləcə də, dini icmaların eyni statuslu, hökumətyönümlü QHT-yə tabe olmasına dair konstitusiyaya zidd tələb, ayrı-ayrı dini qrupların təqibi və icmaların qeydiyyatı ilə əlaqədar maneələrlə bağlı problemlərə də diqqət yetirilmişdir.

     "Cümə" məscidi dini icmasının inanclı insanları İmam Hüseynin (ə) və onun qəhrəman silahdaşlarının Kərbəlada şəhadətlərinin 7-ci gününə həsr edilmiş "əzadarlıq" mərasimi keçirmişlər. Həmçinin, həftənin çərşənbə axşamı günü cəm şəklində "Təvəssül", cümə axşamı günü isə "Kumeyl" duaları oxunmuş, "əzadarlıq" mərasimləri keçirilmişdir.
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi