İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 175
Məhərrəm ayı - Səfər ayı - 1426


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!
       

 HƏDİS. Qəlbin sağlamlığı haqqında  

     Həzrət Əlidən (ə) nəql edirlər:
     "İnsanın bədəninin 6 haləti var: 1) həyat; 2) ölüm; 3) sağlamlıq; 4) xəstəlik; 5) oyaqlıq; 6) yuxu. Ruhun, canın həyatı - elmdir; ölümü – cəhalətdir; sağlamlığı - yə'qindir; xəstəliyi - şəkk və tərəddüddür; oyaqlığı - qorunmaq və müraqibətdir, yuxusu isə - qəflətdir".
     Həzrət Əlidən (ə) nəql edirlər:
     "Diqqətli ol! İmkansızlıq və ehtiyaclılıq bəlalardır; imkansızlıqdan daha şiddətli bəla - bədənin xəstəliyidir; bədən xəstəliyindən də şiddətli bəla - qəlbin xəstəliyidir. Diqqətli ol! İmkanlılıq - nemətlərdəndir! Bədənin sağlamlığı ondan da böyük nemətdir! Ondan da böyük nemət - qəlbin təqvasıdır!".
     Həzrət Əlidən (ə) nəql edirlər:
     "Ariflər dünya əhlinə nəzər saldıqda, görərlər ki, onlar bədənlərinin, cismlərinin ölümünü böyük bilərlər. Lakin, (ariflərin) özləri isə qəlblərinin ölümünü daha böyük və dəhşətli bilərlər".

     HAŞİYƏ.
     Həzrət Əlidən (ə) nəql edilən mübarək hədislərdən insanın vücudi durumu üçün taleyüklü mətləblər əxz edilir. Mə'lum olur ki, bədən müxtəlif vəziyyətlərdə bulunduğu kimi, insanın ruhu da müxtəlif halətlərdə ola bilir. Yə'ni, insanın cismi ölü və diri, sağlam və xəstə, yuxuda və oyaq ola bildiyi kimi, onun ruhu da eynilə belə durumlarda ola bilir. Göründüyü kimi Rəsulullahın (s) "elm şəhərinin qapısı" adlandırdığı Həzrət Əli (ə), ruhla bədənin oxşadılması üsulunu tətbiq edərək, mühüm bir həqiqəti çatdırmaq istəyir bizlərə.
     Ruh da bədən kimi diri və ölü ola bilir. Amma canın, ruhun diriliyi bədənin diriliyi kimi deyil. Bədənin diriliyi fizioloji dirilikdirsə, hüceyrələrin diriliyindədirsə, ruhun diriliyi elmdədir. Budur İslamın elmə verdiyi ən yüksək qiymət!
     Beləliklə, elm insanın ruhuna dirilik verən amil kimi təqdim edilir.
     Mübarək dinimiz insana xitabən sanki buyurur: "Ey diriliyə can atan insan! Diri olmaq, həyy olmaq istəyirsənsə, ölümdən qurtulmaq istəyirsənsə - elmlən! Xilas ol cəhalət girdabından! Cəhalət - ruhun ölümüdür! Elmdir ruhun diriliyi!".
     Mübarək dinimiz ruhun xəstəlik və sağlamlığını anladır bizə. Bildirir ki, şəkk və tərəddüddür ruhu xəstə edən. Və yə'qinlikdir ruhun sağlamlığı.
     Mübarək dinimiz ruhun yuxuluq və oyaqlığı məsələsinə də dəqiqlik verir. Qəflətdə olmağı ruhun yuxuluğu, müraqibəti - insanın öz durumunu daim nəzarətdə saxlamasını isə ruhun oyaqlığı kimi qəbul edir mübarək dinimiz.
     Ey insan! - deyir bəşəriyyətə mübarək Əli (ə) məntiqi - istəyirsən ruhun diri olsun, elmlən! Cəhalətdən uzaq ol! İstəyirsən ruhun sağlam olsun - yə'qinə çat, şəkk və tərəddüddən qurtul! İstəyirsən ruhun oyaq ola - müraqibət et, qəflətdən uzaq ol!
     Mübarək İslam məntiqi insan üçün ən təhlükəli və ən nemətli durumları müəyyən etməklə, ona həqiqi nicat verən bir yol göstərir. İnsanı tənəzzüldən, şəkkiyyat və sui-zənn girdabından çəkindirir. Ən böyük nemət kimi qəlbin təqvasını, Allah Təbarəkə və Təalanın rizayətinə səbəb olan durumu göstərir. Qəlbin xəstəliyi insan üçün ən dəhşətli mərizlərdən də daha bəlalı olduğuna rəğmən, ən böyük nemət də İlahi eşqlə dolu olan, çirkin xislətlərin yaxın buraxılmadığı bir qəlbə malik olmaqdır. Və insanın fiziki sonuncu nə dərəcədə faciəlidirsə, əslində qəlbin ölümü gerçək bir həlakətdir.
     Allahım! Bizi daima öz durumunu təftiş edənlərdən, şəkk və tərəddüddən uzaq olanlardan qərar ver!
     Allahım! Bizi Öz elminlə nurlandır! Cəhalət girdabından uzaq et!
     Allahım! Bizləri qəlbin xəstəliyindən qoru, yəqin əhlindən qərar ver!
     Allahım! Bizləri qəlbləri dirilərdən qərar ver, qəlbi ölülükdən Özün hifz et! AMİN!



 MÖVLUD 

     57-ci hicri-qəməri il Səfər ayının 3-ü beşinci imam - İmam Muhəmməd Baqirin (ə) mübarək mövludu günüdür.


 ÖTƏN HƏFTƏ 

     Mart ayının 7-də "Nizami" mətbuat klubunda, İçərişəhər "Cümə" məscidi dini icmasının "Dar-ül-hikmət" ("Hikmət evi") elmi - tədqiqat Mərkəzinin elmi disputu keçirilmişdir. Tədbirdə Fransa Mərkəzi Asiya Tədqiqatlar İnstitutunun doktoru Həbibə Fəthi iştirak etmişdir.
     Disputda xanım Fəthi Fransada müsəlmanların durumuna həsr edilmiş mə'ruzə ilə çıxış etmiş, mövzu ətrafında sualları cavablandırmışdır. Sonra tədbir iştiraksçıları Fransada din azadlığına, din azadlığına dair beynəlxalq normalara, Azərbacanda dini e'tiqad və vicdan azadlıqları sahəsində mövcud olan problemlərə dair çıxışlar etmişlər.
     Görüşün yekununda İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu bildirmişdir ki, "Azərbaycan Avropa hüquq məkanına daxil olmaqdadır. Bu fakt, insan haqları sahəsində önəmli nailiyyətlərə malik olan ölkələrin təcrübəsini öyrənmək, bunlarda mövcud olan problemləri araşdıraraq, aradan qaldırma yolları haqqında düşünməyi labüd edir. Belə olan təqdirdə, biz, bir toplum olaraq, problemlər hələ gündəmə gəlmədən öncə onların həlli mexanizmlərinə malik olmaq kimi gözəl ən'ənəni əldə etmiş olarıq".

     Mart ayının 10-da DEVAMM-ın mətbuat xidməti mə'lumat yaymışdır. Mə'lumatda bildirilir ki, BMT və Avropa Şurası yanında məsləhətçi statusuna malik olan insan haqları üzrə Beynəlxalq Helsinki Federasiyası, Avropa Birliyinin 11 ölkəsi üzrə araşdırılmış vəziyyət əsasında hazırlanmış "Avropa Birliyində müsəlmanlara qarşı dözümsüzlk və ayrı-seçkilik" adlı mə'ruzə ilə çıxış etmişdir. Mə'ruzədə əsas diqqət müsəlmanlara qarşı neqativ münasibətə, həmçinin hadisələri qeyri-obyektiv işıqlandıran və müsəlmanları "daxili düşmənlər" kimi təqdim edən kütləvi informasiya vasitələrinə ayrılmışdır.
     Mə'ruzədə, o cümlədən, Fransada dini simvolikanın daşınmasını məktəblərdə qadağan edən qanun qəbul edilədən sonra, müsəlman qızlara qarşı yaranmış ayrı-seçkili münasibət öz yerini tapmışdır. Bu münasibətlə, Beynəlxalq Helsinki Federasiyası xəbərdarlıq edir ki, müsəlmanlara qarşı olan ədalətsiz münasibət, onlar tərəfindən qanunun aliliyinə olan inamı qırır. Bu isə ekstremist əhvali-ruhiyyənin aktivləşməsinə gətirib çıxara bilər.
     Mə'ruzədə irqi ayrı-seçkiliyə qarşı qanunvericiliyin möhkəmləndirilməsi və bu sahədə daimi monitorinqin həyata keçirilməsi təklifləri yer almışdır. Beynəlxalq Helsinki Federasiyası həmçinin, avropalılıar arasında KİV vasitəsilə dözümlülüyün təbliğ edilməsini təklif edir.
     DEVAMM-ın aparıcı koordinatoru, İçərişəhər "Cümə" məscidinin imam-camaatı İlqar İbrahimoğlu insan haqları üzrə Beynəlxalq Helsinki Federasiyasının bəyanatını şərh edərək, qeyd etmişdir ki, "Bu bəyanat çox vaxtında verilmişdir. Bəyanat, Avropa ölkələrinin vətəndaş cəmiyyəti qurumlarını demək olar ki, bütün bəşəriyyətin inkişafı perspektivinə həyəcan və diqqətlə yanaşmağa çağırır. Qadağalar, ayrı-seçkilik, dözümsüzlük - son nəticədə bütövlükdə demokratik nailiyyətlərə sarsıdıcı tə'sir göstərə bilər".
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi