İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 176
Səfər-2 - 1426


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!

 


 1426-cı hicri qəməri (2005-ci miladi) ili üçün Səfər ayının azan vaxtlarının CƏDVƏLİ  

Səfər ayı
Mart
Sübh azanı
Günəş çıxır
Zöhr azanı
Şam azanı
Gecə yarısı
7
18
5-27
6-47
12-49
19-07
00-16
8
19
5-25
6-46
12-48
19-08
00-16
9
20
5-23
6-44
12-48
19-09
00-15
10
21
5-22
6-42
12-48
19-10
00-15
11
22
5-20
6-41
12-47
19-11
00-15
12
23
5-18
6-39
12-47
19-12
00-14
13-14
24
5-16
6-37
12-47
19-14
00-14


 HƏDİS. Niyyət haqqında 

     İmam Rzadan (ə) nəql edirlər:
     "Qiyamət günü Allah Təala tərfəindən möminin əməlləri araşdırılar. Pis əmələrinin naməsini, yazısını ona göstərərlər. Mömin günahlarını görməyindən közərər, qorxu və titrəmə canını bürüyər. Sonra yaxşı əməllərinin naməsini, yazısını ona göstərərlər. Bunları gördükdə gözlərinə işıq gələr, sevinc onu bürüyər. Sonra Allah Təala buyurar ki, möminə o yaxşı əməllərə aiddir səhifəni göstəriniz ki, yerinə yetirməyib, amma onun üçün yazılıb . Bu yazını gördükdə, mömin deyər: "Pərvərdigara! And olsun böyukluyünə ki, mən bu həsənatı, gözəl əməli yerinə yetirməmişəm!". Allah Təaladan nida gələr ki, düz söyləyirsən, yerinə yetirməmisən! Lakin onları yerinə yetirmək niyyətin olub. Biz də bu əməlləri qeyd etmişik ki, həmin həsənatın, yaxşı əməllərin savabını aparasan!".
     Əmirəlmuminin Həzrət Əli (ə), Mütəal Allahın inayəti ilə Cəməl döyüşündə qələbə çaldıqdan sonra, o Həzrətin səhabələrindən biri deyir: "İstəyərdim ki, filan qardaşım da bu döyüşdə bizimlə olaydı!". İmam Əli (ə) cavabında buyurur: "Qardaşının ürəyi və istəyi bizimlə idimi?". Deyir: "bəli!". İmam (ə) buyurur: "Həqiqətən bizimlə buradadır! Və o kəslər ki, hələ atalarının bellərində, analarının bətnlərindədirlər və hələ dünyaya gəlməyiblər, həqiqətən, onlar da bizimlə buradadırlar, bu döyüşdə hüzurları vardır. Tezliklə onları zaman üzə çıxarar və iman onlarla qüvvətlənər! Onların əli ilə tüğyan, fəsad əhli məğlub olar!".
     İmam Rza (ə) səhabələrindən birinə buyurur:
     "Əgər arzu edirsənsə İmam Hüseynlə (ə) birgə olan Kərbəla şəhidlərinin savabına malik olasan, hər vaxt onu (İmam Hüseyn (ə)) yada salarkən de: "Ey kaş onlarla olaydım və bu böyük səadətə nail olaydım!"".
     Həzrət Rəsulullahdan (s) nəql edirlər:
     "Ümmətim üçün ən əfzəl əməl fərəcin intizarıdır! Və əgər bir kəs fərəcin, Həzrət Mehdinin (ə.f.) intizarında olaraq dünyadan köçsə, o kəs təkidir ki, o Həzrətlə birgə cihad etmişdir və onun savabı 25 şəhidin savabına bərabərdir".

     HAŞİYƏ.
     Mübarək Əhli-Beyt (ə) çeşməsinin bəxş etdiyi hədis töhfəsindən, niyyətlə bağlı mühüm bir məqam əxz edilir. Məlum olur ki, əslində niyyət - əməlin ruhunu təşkil edən bir anlamdır. Və əməli mənaya mindirən onun zahiri görüntüsü deyil, batinini, məğzini təşkil edən bir kateqoriyadır - xalis niyyətdir. Məhz xalis niyyət əməlin keyfiyyət göstəricisidir.
     Sonsuz mərhəmət sahibi olan Uca Rəbb, xalis niyyətlə bağlı hədiyyələr edir möminə... Hətta etmədiyi, bu və ya digər səbəbdən yerinə yetirməyə müyəssər olmadığı, niyyət mərhələsində qalan əməllərin də savabını hədiyyə edir möminə Rəhman Allah. Pis əməllərin, yol verdiyi xətaların yazısından közərən, xəcalətdən cızdağı çıxan insan... Və İlahi lütflə həsənatının yazısını ona göstərəndə görür ki, nəinki etdiyi, hətta etmək istəydiyi, ancaq xalis niyyətində yaşatdığı gözəl əməlin də savabını ona hədiyyə edirlər! Gözəlrinə işıq gəlir möminin, qəlbi sevinclə çırpınır onun!
     İnsanın niyyəti, qəlbinin durumu, daxili istəklərinin istiqaməti - bunlar hamısı onun əldə edə biləcəyi İlaşi feyzi müəyyən edir, insan üçün səadət qapılarını açır. Həzrət Əli (ə) iəl birgə İslam düşmənlərinə qarşı vuruşmaq feyzinə, Kərbəla şəhidlərinin savabına şərik olmaq mərhəmətinə qovuşdurur insanı xalis niyyət və qəlbinin haqqla birgə olmaq yanğısı! Belə uca məqamlara yüksəldir insanı qəlbində haqqı yaşatmaq durumu!
     İntizar fəlsəfəsini - ədalətin zəfərini və zülmün dayağının sarsılmasını bütün vücudu ilə duyan həqiqi müntəzir, vücudi haqq nidasıyla həmahəng yaşayır. Hər an çirkinliyə, mənfiliyə, zülmə qarşı vücudi bir dirənişdədir həqiqi müntəzir. Budur bir həqiqi İlahi bəndəçilik məqamı ki, insanı 25 şəhidin savabından bəhrələnməyə qədər ucaldır!
     Budur xalis niyyətin əhəmiyyəti! Və zahirən gözəl görünən əməllərin parıltısına aldanmamalıdır insan! Mənəvi ölülərin gözdən pərdə asmaq üçün gördükləri əməllərə inanmamalıdır, Allah eləməmişkən, avamlıq etməməlidir inanclı insan! Unutmamalıdır ki, insanın niyyətinin xalisliyinin göstəricisi bütün həyati müstəvilərdə müsbətliyə can atmaqda öz təzahürünü tapır, bütövlükdə, vücudi harmoniyada ifadə olunur!
     Allahım! Bizləri niyyəti xalislərdən və qəlbən haqqla olanlardan qərar ver!
     Allahım! Həzrət Mehdinin (ə.f.) həqiqi müntəzirlərindən olmaq səadətini bizə nəsib et! AMİN!


 MÖVLUD 

     Hicri-qəməri tarixilə 128-ci il Səfər ayının 7-si (bu il üçün - mart ayının 18-nə uyğun gəlir) yeddinci imam - İmam Museyi-Kazimin (ə) mübarək mövludu günüdür.


 TARİX 

     Hicri 35-cı il Səfər ayının 8-i - İslam Peyğəmbərinin (s) ən sadiq səhabələrindən biri olan Səlman vəfat etmişdir.

     Hicri 37-cı il Səfər ayının 9-zu - İslam Peyğəmbərinin (s) ən sadiq səhabələrindən biri olan Əmmar Yasər, Suffeyn müharibəsi zamanı Müaviyənin başçılıq etdiyi münafiq qoşunları tərəfindən öldürülərək, şəhadətə çatmışdır  

       
 ÖTƏN HƏFTƏ 

     Ötən həftə FAR-centre'nin təşkil etdiyi, Azərbaycan cəmiyyətində İslamın yeri mövzusuna həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir. Konfransda İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu "Cümə: dunən, bu gün, sabah" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə "Cümə fenomeni"nin yaranma tarixçəsi, "Cümə əhli" adlanan yeni inanclı insanlar formasiyası, habelə, icmanın həyata keçirdiyi proqramlar haqqında danışılmışdır. Bu konteksdə irsi qan xəstəliklərinə düçar olmuş uşaqların daimi əsasda donor qanı ilə təchiz etmək üzrə "Əsma-ül-Hüsna", valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı üzrə "Yetimsiz Vətən" proqramları, vətənpərvərliyi, milli-mənəvi dəyərləri aşılayan "Vətəni sevmək imandandır" proqramı, icmanın nəzdində fəaliyyət göstərən "Dar-ül-hikmət" elmi-təhqiqat Mərkəzi və digər layihələr haqqında danışılmışdır. Bundan əlavə, qadının ictimada rolu, inanclı insanın ictimai proseslərdə yerinə aid mühüm məqamlar da məruzədə öz əksini tapmışdır. Qeyd edilmişdir ki, icmanın qarşısında duran mühüm vəzifələri həyata keçirmək, "İslam maarifi" adlanan proqramın sayəsində mümkün olmuşdur. Belə ki, İslamı məntiqi və rasional bir İlahi təlim kimi təqdim edən bu proqramın dinləyiciləri, əldə etdikləri bilgiləri gündəlik həyatda tətbiq etməyə çalışırlar. Bunun da nəticəsində aktiv həyat mövqeli bir inanclı insan fenomeni medana çıxmışdır.
     Tədbirin yekununda mövzu ətrafında suallar cavablandırılmışdır.

 
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi