İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 178
Səfər-4 - 1426


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!

 


 HƏDİS. Axirət azuqəsi haqqında 

     Nəql edirlər ki, Əmirəlmö'minin İmam Əli (ə) insanlara xitabən deyərdi: "(Ey insanlar,) hazır olun! Səfər ləvazimatınızı yır-yığış edin! Allahın sizə rəhməti olsun! Həqiqətən Ölüm carçısı rəhil nidasını, köç nidasını sizin üçün verib. Az yubanın dünyada - dünyadan çıxınız! Saleh əməldən özünüz üçün azuqə düzəltmiş bir halda dünyadan çıxınız! Həqiqətən sizi qarşıda çox çətin yerlər, qorxulu və təhlükəli keçidlər gözləyir ki, gərək onlardan keçəsiniz. Və bunun qeyri bir çıxış yolu yoxdur".
     İmam Həsəndən (ə) nəql edirlər: "Axirət səfərinə hazır ol! Və bu səfərin azuqəsini əcəlinin yetişməsindən öncə tədarük et!".
     Bir gün cənab Əbazər (r.ə.) Məkkeyi-Müəzziməyə varid olur. Kə'bənin yanında dayanır və nida edir, səsləyir dünyanın hər yerindən gələn hacıları: "Yə, əyyuhən-nəs! (Ey insanlar!) Mənəm Cündəb ibni Səkən Ğəffari! Mənəm sizin xeyrinizi istəyən, sizə ürəyi yanan! Mənim yanıma gəlin!". Camaat onun ətrafına yığışır. Əbazər (r.ə.) buyurur: "Ey camaat! Sizlərdən hər biriniz yola çıxmaq qərarına gəldikdə, yol üçün lazım olan həddə azuqə tədarük edər və bunun başqa çarəsi də yoxdur. İndi ki, belədir, onda axirət səfəri azuqə tədarük edilməyə daha layiqdir!"

     HAŞİYƏ. Mübarək mətnlərdən çox böyük mə'nalar əxz olunur. İslamın böyük şəxsiyyətləri çox bədihi bir kateqoriyalarla insanlara axirət səfərinə müvafiq tədarükün görülməsinin zəruriliyini vurğulayırlar. Belə ki, gündəlik məsələlərlə başını qatan insan, proseslərin mexanik axımını dayandırmağa, özünə "Mən kiməm?", "Haradan gəlmişəm?", "Haradayam?", "Haraya gedirəm?" və ən başlıcası da "Nə etməliyəm?" kimi vücudi suallar verməyə bir növ də'vət olunur.
     Bəs nədir bu axirət tədarükü? Bəs nədir bu axirət tədarükü deyilən kateqoriya ki, mübarək simalar onun əldə edilməsində israr edirlər? Müəyyən bir səfərə çıxmaq istəyən insan, səfərin xüsusiyyətlərinə uyğun tədarük etdiyi kimi, axirət səfərinə - böyük keşməkeşlər və çətinliklərlə müşayiət olunan bir yola çıxan insan da, axirət azuqəsi barədə düşünməlidir.
     İnsan İlahi mühakiməyə mə'ruz qalacağını, etdiyi əməllərə görə cavab verəcəyini unutmamalıdır. O çətin səfərə - Qiyamət gününə hazır olmaq üçün xalis və pak niyyətlə Allaha həqiqi bəndəlik etməli, insanlara yaxşılıq və məhəbbət təzahür etməli, durumunu gözəl əməllərlə zənginləşdirməlidir.
     Allahım! Bizləri xalis niyyət və gözəl əməl sahiblərindən qərar ver!
     Allahım! Bizləri o ağır imtahanlardan şərəflə çıxanlardan qərar ver!
     Allahım! Yer üzünü ədalət və gözəlliklə dolduracaq Mövlanın (ə.f.) zühurunu tezləşdir və bizləri bu mübarək zühuru tezləşdirənlərdən qərar ver! AMİN!


 ÖTƏN HƏFTƏ 

     ## Mart ayının 26-da "Amal" Ziyalılar Hərəkatı tərəfindən təşkil edilmiş "Ziyalı və ziyalılıq" mövzusunda konfrans keçirilmişdir. Konfransda çıxış edən "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu qeyd etmişdir ki, "Ziyalılıq - yalnız savadlılıq səviyyəsini əks etdirən bir kateqoriya deyildir. Əslində bu - ruhiyyənin müəyyən halətini əks etdirən, mə'nəviyyat, əxlaq və təqvanın harmonik cəminə əsaslanan bir kateqoriyadır. Hazırki mərhələdə milli ziyalılığın qarşısında duran vəzifə - dinin, milli mə'nəviyyatın möhtəşəm qatlarına müraciət edərək, natamamlıq komplekslərindən yaxa qurtarmaq və bununla da, əlbəttə, öz dininin və milli özünəməxsusluğun daşıyıcısı olmaqdır".

     ## Mart ayının 28-də "Nizami" mətbuat klubunda "Azərbaycan Birlik Təşkilatı" tərəfindən "Müasir Azərbaycan və mə'nəviyyat problemləri" mövzusunda təşkil edilmiş konfrans keçirilmişdir. Hacı İlqar İbrahimoğlu konfransda çıxış edərək, demişdir: "Ölkədə mövcud olan mə'nəviyyat problemlərinin həlli maarifçilik müstəvisindədir. Bu baxımdan, sovet dönəmindən miras qalmış və din üçün "məs'ul" olan qurumların tənəzzülə aparan rolunu xüsusi olaraq qeyd etmək lazımdır. Atavist cərəyanların ziyanverici tə'sirini aradan qaldırmaq üçün ictimai mexanizmlərin yaradılması üzrə sistemli və ardıcıl iş aparılmasının zəruriliyi göz qabağındadır. Və bu işdə gənc, savadlı və mə'nəvi cəhətdən inkişaf etmiş insanların üzərinə taleyüklü vəzifə düşür".

     ## DEVAMM-ın aparıcı koordinatoru, İRLA Azərbaycan bölməsinin baş katibi İlqar İbrahimoğlunun Henrix Bell adına Alman Tədqiqat Mərkəzinin nümayəndəsi ilə mart ayının 28-də apardığı müzakirənin mövzusu din azadlığı və xüsusən də inanclı qadınların baş örtüyü problemləri olmuşdur. Tədqiqat Mərkəzinin nümayəndəsi "Azərbaycandakı qadın aktivliyi: vətəndaş dini və vətəndaş cəmiyyəti" mövzusunda araşdırmalar aparır.

     ## Martın 31-də İHRCS - İnsan Haqları və Vətəndaş Mövqeyi İnstitutunun direktoru İlqar İbrahimoğlu Fransanın ölkəmizdəki səfiri c-b Rolan Blatmannla görüşmüşdür. Görüş Azərbaycanda insan haqlarının, demokratik tə'sisatların vəziyyətinin və hüquqi şüurun səviyyəsinin müzakirəsinə həsr edilmişdir. Din azadlığı sahəsindəki duruma toxunarkən, tərəflər "Cümə" məscidi ətrafında yaranmış vəziyyəti müzakirə etmişlər.

     ## Mart ayının 31-də İlqar İbrahimoğlu din azadlığı sahəsində kanadalı hüquq müdafiəçisi Yanus Şmidtlə görüşmüşdür. Görüşün mövzusu postsovet məkanında, xüsusən də Azərbaycanda din azadlığı sahəsində mövcud olan vəziyyətin araşdırılması olmuşdur. Qeyd etmək istərdik ki, Yanus Şmidt Sovet Pribaltikasındakı dissident hərəkatının görkəmli nümayəndələrindən olmuş və hüquq müdafiəsi fəaliyyətinə görə keçən əsrin 70-ci illərində SSRİ-dən çıxarılmışdır. O, hüquq müdafiəsi fəaliyyətini Kanadada davam etmişdir.

     ## Mart ayının 31-də Beynəlxalq Mətbuat Mərkəzində bir sıra qeyri-hökumət və dini təşkilatlar tərəfindən hazırlanmış və İmam Hüseynin (ə) şəhadətinin 40-cı gününə və azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş mərasim keçirilmişdir. İlqar İbrahimoğlu mərasimdə iştirak etmişdir. O, burada çıxış edərək, o cümlədən, demişdir: "Kərbəla məktəbi - dəyərləri tanimağı, dəyərlər ətrafında toplanmağı və dəyərlər uğrunda mübarizə aparmağı bizə aşılayır". Mart soyqırımına toxunan İ.İbrahimoğlu qeyd etmişdir ki, "Gələcəkdə bu cür faciələrdən sığortalanmaq üçün, günümüzdə olan mənəvi, elmi, vətəndaşlıq müstəvilərindəki böhranlardan çıxmağımız zəruridir".

     ## Mart ayının 31-də "Cümə" məscidinin dini icması ərbə'ini - İmam Hüseynin (ə) və onun silahdaşlarının Kərbəlada şəhadətə yetişmələrinin qırxıncı gününü qeyd etmişdir.
     Artıq iki aya yaxındır ki, "Cümə" məscidinin dini icması həftədə bir neçə dəfə Kərbəla şəhidlərini anma mərasimləri keçirir. Burada əzadarlıq keçirilmiş, dəfələrlə Şəhidlər Xiyabanı ziyarət edilmiş, İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu tərəfindən İmam Hüseynin (ə) qiyamının səbəblərini müxtəlif müstəvilərdən açıqlayan xütbələr oxunmuşdur.
     Bu müddət ərzində iki dəfə - Aşura günündə və Ərbə'in günündə, "Əsma-ul-Hüsna" proqramı çərçivəsində qanvermə mərasimləri təşkil edilmişdir. Qanvermə mərasimlərində onlarla inanclı insan iştirak etmişdir. Yığılmış qanlar tarassemiya xəstəliyinə düçar olmuş uşaqlara verilmişdir.
     Bundan əlavə, Beynəlxalq Mətbuat Mərkəzində, "Cümə" məscidi dini icmasının "Dar-ül-Hikmət" elmi-tədqiqat Mərkəzi tərəfindən "Hər gün Aşuradır, hər yer Kərbəla" və "Kərbəla: vətəndaş mövqeyi və azadlıq idealları" mövzularında iki elmi-praktik konfrans keçirilmişdir.
     Keçmiş dövrə yekun qiymət verərək, "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu bildirmişdir: "Kərbəla vaqeəsini işıqlandırmaq kontekstində icmanın qarşısında çox ümdə bir vəzifə durur. Bu vəzifə, ondan ibarətdir ki, İmam Huseynin (ə) və məsləkdaşlarının uğrunda ömürlərini qurban verdikləri idealların mahiyyəti açıqlandırılsın və topluma çatdırılsın. Bir tərəfdən, bu - ədalətsizliyin, zülmün, istibdadın, rəzilliyin qəbuledilməzliyi, digər tərəfdən - insanlara məhəbbət, Allaha həqiqi bəndəçilik, həqiqi ixlas - niyyətlərin paklığı - İmam Hüseynin (ə) bəşəriyyətə hədiyyə etdiyi bütün dərsləri sadalamaq belə çətindir. Onlar Kərbəlada mərdlik və şücaətə bir abidə ucaltmışlar. Bütün mütərəqqi insnların müqəddəs vəzifəsidir ki, bu böyük idealların unudulmasına rövnəq verməsinlər. Kərbəla - əsrlərdən bəri bütün bəşəriyyətin vicdanına yönəlik bir həyəcan çağırışıdır".
     Həmin gün "Cümə" məscidi dini icması 1918-ci il mart soyqırımının qurbanlarının xatirəsini yad etmiş, onların ruhlarına dualar oxumuşlar.
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi