İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 179
Səfər-5 - 1426


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!

 

 HƏDİS. Allaha həqiqi bəndəçilik haqqında 

     İmam Sadiqdən (ə) nəql edirlər: "Həzrət İbrahim (ə) çox qonaqpərvər idi. Hər vaxt ki, qonağı olmzdı, evindən çıxıb qonaq sorağına gedərdi. Bir gün, qapını örtüb, yenə qonaq sorağına gedir. Geri dönəndə evdə cənab Cəbrayılı (ə) görür. Cənab Cəbrail (ə) buyurur: "Allah-Təala məni bəndələrindən birinin yanına göndərib ki, bəşarət verim, mücdələyim ki, Allah Təala onu öz xəlili qərar verib". Həzrət İbrahim (ə) buyurur: "Kimdir o bəndə ki, ölənə qədər onun xidmətində durum?" Həzrət Cəbrail (ə) cavab verir: "O bəndə - sən özünsən!" Həzrət İbrahim (ə) soruşur: "Nə olmuş ki, Allah-Təala məni Öz Xəlili qərar verdi?" Həzrət Cəbrail (ə) buyurur: "Çünki, Allah-Təaladan başqa heç kimdən, heç zaman, heç nə istəmədin və heç vaxt istəyəni məhrum etmədin"".

     HAŞİYƏ.
     Mübarək hədisdə insanın kamillik durumu üçün çox mühüm bir məqama iqarə edilir. Burada insanın öz əməllərini böyük bilməmək və özü ilə bağlı xüsusi bir özəlliyə iddialı olmamağın yüksək canlı nümunəsi təqdim olunur. Belə ki, zəmanəsinin peyğəmbəri olduğu bir halda, Həzrət İbrahim (ə) eşitdikdə ki, bəndələrdən biri Allahın Xəlili məqamına ucalmışdır, nəinki bu şəxsin özü olmasını düşünmür, hətta bu şəxsin hər kim olmasına baxmayaraq, ömrünün axırınacan onun xidmətində durmaq hazırlığını təzahür edir. Və bu yüksək məqama ucalmış şəxsin özü olduğunu bildikdə, onu böyük təəccüb hissi bürüyür. Və bu böyük şərafətin səbəbini öyrənmək istədikdə, cavabında məlum olur ki, Allıhın Xəlili kimi vücudi bir zirvəyə ucalmağın yolu sadə bir düsturdan keçir. Bu - həqiqi mənada Allaha bəndəlik etmək və ixlasla insanların xidmətində durmaqdan ibarətdir. Beləliklə, məhz Allah Təaladan başqa heç zaman, heç kəsdən, heç nə diləməyərək, yüksək XƏLİLLİK məqamınadək ucala bilir bəndə. Yalnız Onu ibadətə layiq bilir və yalnız Ona bəndəliyi özünə şərəf bilir. Hər məkanda, hər zamanda Rəbbi ilə olur və yalnız Rəbbindən diləyir öz hacətlərini Rəbbin xəlil bəndəsi.
     Digər tərəfdən, insanlara da əlindən gələni əsirgəmir həqiqi bəndə! Bəşərə sevgi ilə dolu qəlbini insanlara xidmət etməkdə təzahür edir həqiqi bəndə!
     Ey, kaş insanlar bu nümunələrdən bəhrələnərək özlərini islah edərdilər və Allaha həqiqi bəndəçiliyi insanlara sayğılı olmaqla harmonik bir durumda yaşayardılar!
     Allahım! Bizləri həqiqi bəndələrindən qərar ver!
     Allahım! Qəlblərimizi insanlara məhbbətlə doldur!
     Allahım! Bizləri zəmanə İmamını (ə.f.) tanıyanlardan və o mübarək şəxsin zühurunu tezləşdirənlərdən qərar ver! AMİN!


 ŞƏHADƏT 

     ## 11-ci hicri il Səfər ayının 28-də (bu il üçün - aprel ayının 8-nə uyğun gəlir), Allahın bəşəriyyətə göndərdiyi peyğəmbərlərindən sonuncusu və onların ən şərəflisi olan - Həzrət Muhəmməd ibn Abdullahın (Allahın salamı olsun ona və onun pak nəslinə) mübarək şəhadət günüdür.
     ## 50-ci hicri il Səfər ayının 28-də (bu il üçün - aprel ayının 8-nə uyğun gəlir), İslam Peyğəmbərinin (s) nəvəsi, ikinci imam - İmam Həsən Müctəbanın (ə) şəhadət günüdür.
     ## 203-cü hicri il Səfər ayının sonuncu günü, səkkizinci imam - İmam Rzanın (ə) şəhadət günüdür.


 1426-cı hicri qəməri (2005-ci miladi) ili üçün Səfər - Rabbiyəl-Əvvəl aylarının azan vaxtlarının CƏDVƏLİ  

Aprel
Sübh azanı
Günəş çıxır
Zöhr azanı
Şam azanı
Gecə yarısı
8
5-49
7-13
13-42
20-29
01-08
9
5-47
7-12
13-42
20-30
01-08
10
5-46
7-10
13-42
20-31
01-08
11
5-44
7-08
13-42
20-33
01-07
12
5-42
7-07
13-41
20-34
01-07
13
5-40
7-05
13-41
20-35
01-07
14
5-38
7-04
13-41
20-36
01-06



 ÖTƏN HƏFTƏ 

     ## "Başörtülü fotoşəkilli sənədlərə malik olmaq - beynəlxalq normalarla təsbit olunmuş fundamental insan haqlrı normalarındandır. Və Azərbaycanın inanclı qadınlarının bu hüququ, inşəallah, mütləq bərpa olunacaqdır" - İlqar İbrahimoğlunun KİV-lərdə "hicab problemi" ilə bağlı çıxışlarının leytmotivi belə olmuşdur.

     ## Aprel ayının 4-də DEVAMM-ın aparıcı koordinatoru, İRLA Azərbaycan bölməsinin baş katibi İlqar İbrahimoğlu, Cenevrədə keçirilən BMT-nin İnsan Haqları üzrə Komissiyasında Azərbaycanda din azadlığının vəziyyətinə həsr olunmuş mə'ruzə ilə çıxış etməli idi. Lakin, 2004-cü ilin avqust ayından e'tibarən, artıq beşinci dəfədir ki, hakimiyyət nümayəndələri onun ölkədən çıxışına maneə törətmişdilər. Şərti cəza növünün tətbiqinin yerdəyişmə azadlığını məhdudlaşdırmamasına və yalnız yaşayış ünvanının dəyişilməsi barədə mə'lumatlandırmanı tələb etməsinə baxmayaraq, İ.İbrahimoğlunun ölkə hüdudlarından kənara çıxmasına yol verilməyib. İlqar İbrahimoğlu BMT-nin İnsan Haqları üzrə Komissiyasının işində iştirak etmək barədə rəsmi də'vət alması haqqında rəsmi orqanları öncədən xəbərdar etmişdi. Lakin, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, bildirdilər ki, onlara İ.İbrahimoğlunu ölkədən buraxmamaq barədə sərəncam verilmişdir.
     Yaranmış vəziyyəti şərh edərək, İlqar İbrahimoğlu bildirmişdir: "Dövlətin insan haqları sahəsində öz üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməməsini bəyan etmək çox ağrılıdır. Onsuz da mə'ruzəm beynəlxalq vəkillərim tərəfindən Komissiyanın iclasında oxunacaqdır. Üstəgəl, mənim ölkədən çıxmağıma qoyulan qeyri-qanuni qadağa, BMT-nin İnsan Haqları üzrə Komissiyasında ayrıca bəndlə müzakirə ediləcəkdir. Təssüflər olsun ki, bu, ölkəmizin onsuz da aşağı səviyyədə olan beynəlxalq imicini bir qədər də endirəcəkdir. Mə'murların uzaqgörməməzliyi adamı heyrətə gətirir. İnsan haqları və demokratiya sahəsində ölkənin müsbət inkişaf dinamikası onları tamamilə maraqlandırmır.
     Bir il öncə məni beş il şərti cəzaya mühakimə etmişdilər və mən özümü vicdan məhbusu hiss etməkdə davam edirəm. Məni beynəlxalq səviyyədə hüquq müdafiəsi fəaliyyəti ilə məşğul olmaq imkanından məhrum edirlər və mənim Konstitusiyada təsbit edilmiş sərbəst yerdəyişmə hüququmu pozurlar".
     "Mə'murların əməlləri bir də ona görə absurd xarakter daşıyır ki, həbsdən azad olunduğumdan sonra, beynəlxalq forumların işində iştirak etmək üçün mən xaricə getmişdim. Lakin, nə üçünsə, axır 10 ayda artıq beşinci dəfədir ki, qeyri-qanuni olaraq mənim sərbəst yerdəyişmə azadlığımı pozurlar və mənim hüquq müdafiə fəaliyyətimi məhdudlaşdırırlar", - deyə İbrahimoğlu bildirmişdir.

     ## Aprel ayının 5-də hakim Müzəffər Ağazadənin sədrliyi ilə, Ali Məhkəmənin Kollegiyasının iclası keçirilmişdir. Məhkəmə iclasında DEVAMM-ın aparıcı koordinatoru, İRLA Azərbaycan bölməsinin baş katibi İlqar İbrahimoğlunun kassasiya şikayətinə baxılmışdır. Tez bir surətdə keçirilən Kollegiya iclası, birinci instansiya və Apellyasiya məhkəmələrinin, şərti olaraq 5 il azadlıqdan məhrum etmək barədə əsassız və qeyri-qanuni hökməlrini qüvvədə saxlamışdır.
     Məhkəmə kolleqiyasının qərarını şərh edərək, İ.İbrahimoğlu bildirmişdir: "Mən 16 oktyabr hadisələrində bir hüquq müdafiəçisi kimi öz vəzifəmi yerinə yetirmişəm. Mənə qarşı sürülən bütün ittihamlar əsassız, qərəzli və qeyri-qanunidir. Lakin, Ali Məhkəmə kollegiyasının iclası, buraya mənim 3 dəqiqəlik çıxışım da daxil olmaqla, cəmi 6 dəqiqə 18 saniyə çəkdi. Və hökm də, təəssüflər olsun ki, tam gözlənilən oldu.
     Yaxın zamanlarda vəkillərimz bu işlə bağlı Avropa Məhkəməsinə müraciət edəcəklər. Təəssüf ki, bizim məhkəmələr, ədalət mühakiməsi orqanı deyil, Avropa Məhkəməsinə müraciət etmək üçün formal bir müqəddimə rolunu oynamaqda israrlıdırlar".

     ## Aprel ayının 5-də İnsan Haqları və Vətəndaş Mövqeyi İnstitutunun ofisində, İlqar İbrahimoglu media mənsubları üçün mətbuat konfransı keçirmişdir. Ölkənin aparıcı mətbu orqanlarının iştirak etdiyi bu konfransda İ.İbrahimoğlunun Cenevrədə keçirilən BMT-nin İnsan Haqları üzrə Komissiyasında iştirak etmək üçün ölkə hüdudlarından kənara buraxılmaması və Ali Məhkəmənin Kollegiyasının birinci instansiya və Apellyasiya məhkəmələrinin, şərti olaraq 5 il azadlıqdan məhrum etmək barədə əsassız və qeyri-qanuni hökməlrini qüvvədə saxlaması məsələləri müzakirə edilmişdir.

     ## Beynəlxalq Beket İnstitutunun yaydığı press-relizdə bildirildiyinə görə, aprel ayının 6-da, bu İnstitutun təmsilçiləri hüquq müdafiəçisi, "Cümə" məscidinin imam-camaatı İlqar İbrahimoğlunun mə'ruzəsini BMT İnsan Haqları üzrə Komissiyasında oxumuşlar.
     Pres-relizdə, o cümlədən, bildirilir: "Hakimiyyət tərəfindən maneələrə baxmayaraq, İlqar İbrahimoğlunun mə'ruzəsi BMT-də səsləndirilmişdir.
     Azərbaycanın dövlət qurumları İlqar İbrahimoğlunun BMT-nin İnsan Haqları üzrə Komissiyasında mə'ruzə oxumaq üçün Cenevreyə getməsinin qarşısını almışlar. Lakin, buna baxmayaraq, onun mə'ruzəsi orada oxunmuşdur.
     İlqar İbrahimoğlunun əvəzinə, mə'ruzəni Beket İnstitutunun nümayəndəsi Emilio Kao oxumuşdur.
     Mə'ruzədə "Cümə" məscidinin dini icmasının qarşılaşdığı problemlər - məscidddən qeyri-qanuni çıxarılma, icma üzvlərinə qarşı tə'qiblər, həbslər xüsusi yer tutmuşdur..."
 
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi