İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 180
Rabbiyəl-Əvvəl-2 - 1426


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!

 

 HƏDİS. Ən böyük düşmən haqqında 

     Həzrət Peyğəmbərdən (s) nəql edirlər:
     "Düşmənlərinin ən pisi - sənin nəfsindir".

     HAŞİYƏ.
     Əziz Peyğəmbərimiz (s) mübarək hədisdə bizə həqiqi düşmənimizi tanıtdırır. Düşmənini tanımaq isə insan üçün son dərəcə zəruridir: insan bilməlidir ki, məhz kim onu tərəqqidən saxlayır, zərərinə çalışır, mənfi xislətlərini üzə çıxarır, daxili istedadlarını açılmağa qoymur, nəticədə onu məhvə sürükləyir. Çox qəribədir: azacıq təhlükə kəsb edən bir şeydən insan özünü çox gözləyir, çox həssasdır belə şeylərə, amma daxilində olan böyük düşməndən, böyük təhlükə mənbəyindən özünü qorümaq barədə düşünmür və yaxud əksər hallarda unudur. Unudur ki, tərbiyə olunmamış, cilovlanmamış nəfsi onu haralara apara bilər. Unudur ki, başlı-başına qalan nəfs insanı hər an ifrata, təfritə vardırır, vəs-vəsələrə mə'ruz qoyur. Nəticədə nəfs insanı öz quluna çevirərək, istədiyi yerə çapdırır. İnsan öz dilinə, əlinə, baxışına, ümumilikdə, bütün vücuduna nəzarəti itirir. Kiçicik xislətlərin əsirinə çevrilərək, böyük günahlara mürtəkib olur. Cəhalət çirkabına qərq olaraq, İlahi kamillik missiyasını qurban verir.
     Nəfsinə tabe olduqda, hərtərəfli tənəzzülə uğrayır insan. Fərdi həyatında qəzəbinin, şəhvətinin, laqeydliyinin, nihilizminin əsarətinə düşüb, deqradasiyaya uğrayır insan. Ailəsində valideyninə, həyat yoldaşına, övladlarına layiqli qiymət vermir insan. Toplumda fəsad mənbəyinə çevrilir insan. Nəfsin nökərinə çevrilir yaranmışların əşrəfi.
     Belə isə, nə gözəl olar ki, mübarək Rəsulullah (s) tövhəsindən faydalanaraq, öz ən böyük düşmənini tanısın insan. Xatırlasın ki, nəfsini ram edən, nəfsinə qalib gələn insan, həqiqi bir mə'nəvi yüksəlişə qovuşmuş olur.
     Allahım! Bizləri nəfsinə qalib gəlmişlərdən qərar ver!
     Allahım! Bizləri Zəmanə Sahibinin (ə) zühurunu tezləşdirənlərdən qərar ver! AMİN!


 ŞƏHADƏT 

     260-cı hicri il Rabbiyəl-Əvvəl ayının 8-i (bu il üçün - aprel ayının 17-nə uyğun gəlir), onbirinci imam - İmam Həsən Əsgərinin (ə) şəhadəti günüdür.


 1426-cı hicri qəməri (2005-ci miladi) ili üçün Rabbiyəl-Əvvəl ayının azan vaxtlarının CƏDVƏLİ  

Rabbiyəl-Əvvəl ayı
Aprel
Sübh azanı
Günəş çıxır
Zöhr azanı
Şam azanı
Gecə yarısı
6
15
5-37
7-02
13-41
20-37
01-06
7
16
5-35
7-01
13-40
20-38
01-05
8
17
5-33
6-59
13-40
20-39
01-05
9
18
5-31
6-58
13-40
20-40
01-05
10
19
5-29
6-56
13-40
20-41
01-04
11
20
5-28
6-55
13-39
20-42
01-04
12
21
5-26
6-53
13-39
20-43
01-04


 ÖTƏN HƏFTƏ 

     ## Nüfuzlu beynəlxalq hüquq müdafiəsi təşkilatı olan İnsan Haqları üzrə Beynəlxalq Liqa, İlqar İbrahimoğlunun BMT-nin 61-ci sessiyasına getməsinə törədilmiş qeyri-qanuni maneçiliklə əlaqədar xüsusi press-reliz buraxmışdır. Press-relizdə bildirilir ki, İnsan Haqları üzrə Beynəlxalq Liqanın icraçı direktoru Luiz Kantrou, İ.İbrahimoğlunun ölkədən çıxmasına törədilmiş maneçiliklə əlaqədar dərin narahatlıq hissini təzahür edən məktubla Azərbaycan rəhbərliyinə müraciət etmişdir. Məktubda, o cümlədən, bildirilir ki, "BMT - ECOSOC yanında xüsusi məşvərətçi statuslu beynəlxalq qeyri-hökumət təşkilatı olan İnsan Haqları üzrə Beynəlxalq Liqa, İRLA Azərbaycan bölməsinin rəhbəri İlqar İbrahimoğlunun ölkədən çıxmağının qarşısının alınması barədə Azərbaycan hökumətinin mövcud olan qərarından dərin narahatlıq hissi keçirir.
     Liqa, hakimiyyət dairələrini İbrahimoğlunun Konstitusiyada təsbit edilmiş sərbəst yerdəyişmə azadlığının pozulmasından daşınmağa çağırır. Bundan əlavə, Liqa, İbrahimoğlunun və "Cümə" məscidi dini icmasının normal fəaliyyəti üçün zəruri şəraiti yaratmağa çağırır".

     ## Frans-Press Agentliyi İlqar İbrahimoğlunun ölkədən çıxmasına qadağa ilə bağlı bəyanat yaymışdır. Bəyanatda deyilir: "Hakimiyyət dairələri BMT-nin İnsan Haqları üzrə Komissiyasında din azadlığının pozulması ilə bağlı məruzə ilə çıxış etməli olan tanınmış hüquq müdafiəçisini bu postsovet dövlətindən çıxmasının qarşısını almışlar. İbrahimoğlunun Konstitusiyada təsbit edilmiş sərbəst yerdəyişmə azadlığı pozulmuşdur və beynəlxalq səviyyədə hüquq müdafiə fəaliyyətinə maneələr yaradılır. İbrahimoğlu BMT-nin hüquq müdafiəsi Komissiyasında məruzə ilə çıxış etməli idi. Hakimiyyət nümayəndələri tərəfindən baş vermiş olay barədə heç bir şərh verilməmişdir.
     Keçən il İbrahimoğlu və onun təmsil etdiyi icma, Bakı şəhərinin "Cümə" məscidindən zorla çıxarılmışlar".

     ## Zorakılığa Qarşı Mübarizə üzrə Ümumdünya Təşkilatının (OMCT) və İnsan Haqları üzrə Beynəlxalq Federasiyanın (FİDH) birgə proqramı olan Hüquq müdafiəçilərinin hüquqlarının müdafiə Observatoriyası İlqar brahimoğlunun yerdəyişmə azadlığının məhdudlaşdırılması ilə bağlı bəyanatla çıxış etmişdir. Bəyanatda, o cümlədən, deyilir: "Hakimiyyət, Cenevrədə, BMT-nin İnsan Haqları Komissiyasında dini azadlıqlarla bağlı öhdəliklərin yerinə yetirilməsi haqqında mə'ruzə ilə çıxış etməli olan DEVAMM-ın aparıcı koordinatoru, İRLA Azərbaycan bölməsinin baş katibi, İnsan Haqları və Vətəndaş Mövqeyi İnstitutunun (İHRCS) direktoru İlqar İbrahimoğlunun ölkədən çıxmasının qarşısını almışlar.
     Observatoriya bildirir ki, İ.İbrahimoğlunun yerdəyişmə azadlığının məhdudlaşdırılması, BMT Baş Assambleyasının 8 dekabr 1998-cü il tarixdə qəbul edilmiş Hüquq Müdafiəçiləri haqqında Bəyannaməsinin müddəalarının pozulması deməkdir. Observatoriya, BMT-nin İnsan Haqları Bəyannaməsinə və Azərbaycan tərəfindən təsbit edilmiş digər beynəlxalq sənədlərə uyğun olaraq, insan haqlarına və əsas azadlıqlarına hörmətlə yanaşmaya zəmanət verilməsini tələb edir".

     ## "Veteranların həyat şəraitinin yaxşılaşdırılması - bilavasitə həqiqi dəyərlərə qiymət verilən vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır" - İlqar İbrahimoğlu Beynəlxalq Mətbuat Mərkəzində keçirilən dəyirmi masada öz fikrini səsləndirmişdir. Tədbir, Qarabağ müharibəsi veteranlarının qarşılırında duran problemlərə həsr edilmişdir.

     ## Ölkənin aparıcı KİV-lərinə verdiyi müsahibədə, həqiqi İslamın öyrənilməsi məsələsinə toxunarkən, Hacı İlqar qeyd etmişdir ki, "İlahi dəyərlər - qiymətli və bölünməzdirlər. İslam nə Qərbindir, nə də Şərqin. İslam - insanlıq, ləyaqət və şəxsiyyət təcəssümü olan bir təlim, bir Allah dinidir. Və bu gün qarşımızda duran ən ümdə vəzifə - həqiqi dəyərləri yaya bilən, intellektual inanclı insanların yeni formasiyasını yetişdirməkdir".

     ## İRLA Azərbaycan bölməsinin baş katibi İlqar İbrahimoğlu, İşlək İcmaların Tədqiqatı üzrə Beynəlxalq İnstitutun direktoru Stefani Rustla görüşmüşdür. Görüşün mövzusu sivilizasiyaların dialoqu, tolerantlıq, fərqli dünyagörüşünə dözümlük məsələlərinə həsr edilmişdir.
 
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi