İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 181
Rabbiyəl-Əvvəl-3 - 1426


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!

 


ƏZİZ MÜSƏLMAN BACI VƏ QARDAŞLAR!
BÖYÜK İSLAM PEYĞƏMBƏRİNİN (s) VƏ 6-cı İMAMIMIZ - İMAM CƏFƏR SADİQİN (ə) MÜBARƏK MÖVLUDLARI MÜNASİBƏTİLƏ SİZİ SƏMİMİ QƏLBDƏN TƏBRİK EDİRİK. UCA RƏBBİMİZDƏN DƏRİN İMAN, DÜNYA VƏ AXİRƏT SƏADƏTİ, BÖYÜK RƏSULULLAHIN (s) VƏ PAK ƏHLİ-BEYTİNİN (ə) LAYİQLİ ARDICILLARINDAN OLMAĞI ARZULAYIRIQ! MÜTƏAL ALLAH SİZƏ DÜNYA VƏ AXİRƏT SƏADƏTİNİ NƏSİB ETSİN!



 MÖVLUD 

     Hicrətdən 53 il öncə, (miladi tarixi ilə 570-ci il) Rabbiyəl-Əvvəl ayının 17-də (bu il üçün - aprel ayının 26-na uyğun gəlir) Böyük İslam Peyğəmbəri, Xatəmul-ənbiya - Həzrət Muhəmməd (s) dünyaya gəlmişdir.
     Hicri 83-cü il, Rabbiyəl-Əvvəl ayının 17-də (bu il üçün - aprel ayının 26-na uyğun gəlir), altıncı imam - İmam Cəfər Sadiqin (ə) mübarək mövludu günüdür.


 VƏHDƏT HƏFTƏSİ 

     İçərişəhər "Cümə məscidi" dini icması Rabbiyəl-Əvvəl ayının 12-dən - 17-dək (bu il üçün aprel ayının 21-dən 26-dək) davam edən "Vəhdət həftəsi" münasibətilə bütün mö'min və mö'minələri təbrik edir.


 HƏDİS. Vəhdət haqqında 


     İslam Peyğəmbərindən (s) nəql edirlər: "Vəhdət İlahi rəhmətin mayası, təfriqə isə əzabın mayasıdır".
     İslam Peyğəmbərindən (s) nəql edirlər: "Allahın nəzəri vəhdətdə olanların üzərindədir, (lə'nətlənmiş) şeytan isə vəhdətə qarşı çıxanladır".
     Həzrət Peyğəmbərdən (s) soruşdular: "Ümmətin əl-cəmaəti kimdir?". Buyurdu: "O kəslər ki, həqqin mövqeyindədirlər, hətta 10 nəfər olsalar da belə".

     HAŞİYƏ.
     Mübarək İslam dininin məntiqində, vəhdət və birlik - ən qiymətli kateqoriyalardan biridir. İslam, vəhdəti və haqq mövqedə durmağı - İlahi rəhməti əldə etmək üçün bir vasitə kimi müəyyən edir və təfriqəni isə, İlahi əzaba, bütün eybəcərlikləri özündə simvolizə edən şeytanla birgə həşr olunmağa gətirib çıxaran bir amil kimi təqdim edir. Lakin, mübarək İslam dini vəhdət dedikdə, hansısa amorf anlayışı, ritorika üçün deyilmiş bir məfhumu nəzərdə tutmur. Vəhdət - toplumda həqiqi quruculuğun, tərəqqinin zəruri bir amili kimi anlanılır. Bu səbəbdən, haqq mövqedə duranlar, hətta 10 nəfər kimi az kəmiyyətli olsalar da belə, onların durumu "vəhdət" və "ümmətin əl-cəmaəti" kimi dəyərləndirilir.
     Allahım! Bizləri həqiqəti ananlardan qərar ver!
     Allahım! Bizləri həqiqi vəhdətdə olanlardan qərar ver!
     Allahım! Bizləri vəhdəti yaşadanlardan qərar ver! Allahım! Bizləri dünyanı haqq və ədalətlə dolduracaq əziz Mövlamızın (ə.f.) zühurunu tezləşdirənlərdən qərar ver! AMİN!


 1426-cı hicri qəməri (2005-ci miladi) ili üçün Rabbiyəl-Əvvəl ayının azan vaxtlarının CƏDVƏLİ  

Rabbiyəl-Əvvəl ayı
Aprel
Sübh azanı
Günəş çıxır
Zöhr azanı
Şam azanı
Gecə yarısı
13
22
5-24
6-52
13-39
20-44
01-03
14
23
5-22
6-51
13-39
20-45
01-03
15
24
5-21
6-49
13-39
20-46
01-03
16
25
5-19
6-48
13-39
20-48
01-02
17
26
5-17
6-46
13-38
20-49
01-02
18
27
5-15
6-45
13-38
20-50
01-02
19
28
5-14
6-44
13-38
20-51
01-01


 ÖTƏN HƏFTƏ 

     ## İHRCS - İnsan Haqları və Vətəndaş Mövqeyi İnstitutunun direktoru İlqar İbrahimoğlu İnsan Haqları üzrə Beynəlxalq Helsinki Federasiyasının prezidenti cənab Ulrix Fişerlə və Norveç Helsinki Komitəsinin baş katibi cənab Byorn İnqeslendlə görüşmüşdür.
     Görüşün mövzusu Azərbaycanda insan haqlarının, dini e'tiqad azadlığı sahəsində problemlərin, vətəndaş cəmiyyəti quruculuğuna dair məsələlərin müzakirəsinə həsr edilmişdir. Bununla yanaşı, "Cümə" məscidinin ətrafında yaranmış vəziyyətə, çoxminlik dini icmanın cəmlə dini ayinləri yerinə yetirməsi hüququndan məhrum edilməsi probleminə də toxunulmuşdur. Tərəflər, eləcə də İlqar İbrahimoğlunun beynəlxalq forumlarda, BMT İnsan Haqları Komissiyasının Cenevrədə keçirilən 61-ci sessiyasında iştirak üçün getməsinə qoyulan qeyri-qanuni maneələri də müzakirə etmişlər.

     ## "Hüquq müdafiəçilərinin hüquqlarının müdafiə Observatoriyası"nın nümayəndəsi, BMT-nin 61-ci sessiyasında çıxış edərək (gündəliyin 17-ci bəndi: insan haqlarının müdafiəsi və inkişafı), DEVAMM-ın aparıcı koordinatoru, İRLA-nın Azərbaycan bölməsinin baş katibi İlqar İbrahimoğlunun tə'qib olunması faktları, o cümlədən, BMT-nin Cenevrədə keçirilən sessiyasına buraxılmaması ilə əlaqədar dərin narahatlığını bildirmişdir.

     ## Din azadlığı üzrə nüfuzlu "Forum-18" təşkilatı İlqar İbrahimoğlunun ölkədən çıxmasına qeyri-qanuni şəkildə qadağa qoyulmasına dair xüsusi press-reliz yaymışdır. Press-relizdə, o cümlədən deyilir ki, "hakimiyyət dairələri din azadlığı üzrə hüquq müdafiəçisi İlqar İbrahimoğlunun Cenevrədə keçirilən BMT-nin İnsan Haqları Komissiyasının 61-ci sessiyasına getməsinə maneçilik törətmişlər. Bu, hakimiyyət dairələrinin İbrahimoğlunun beynəlxalq forumlarda iştirakına maneçilik törədilməsi yönündə artıq 5-ci haldır".
     Buna baxmayaraq, din azadlığı üzrə beynəlxalq Beket institutunun təmsilçisi Emili Kao sessiyada İlqar İbrahimoğlunun mə'ruzəsini oxumuşdur. Mə'ruzədə, həmçinin belə sözlər də vardır: "Vicdan azadlığı - ən ümdə azadlıqdır, çünki o, bütün başqa azadlıqların bünövrəsidir. Mən əminəm ki, axır-əvvəl bu azadlıqlar Azərbaycana gələcdəkdir, buna aparan yol uzun və məşəqqətli olsa da belə. Və vicdan azadlığı Azərbaycan xalqı üçün gerçək bir təntənə olacaqdır. Çünki, Yer üzündə yaşayan digər xalqlar kimi, Azərbaycan xalqı da azad yaradılıb. İlahi rəhmət hamımızın üzərində olsun".
     Avropa Şurasının Azərbaycandakı xüsusi nümayəndəsi Mats Lindberq "Forum-18"ə bildirmişdir ki, "Mən İbrahimoğlunun ölkədən çıxmasına qoyulan qadağa üçün heç bir əsas görmürəm" - "Biz hesab edirik ki, ona Cenevreyə, BMT İnsan Haqları üzrə Komissiyaya getməyə icazə verməlidirlər".
     "Forum-18"ə həmçinin, o da məlum olmuşdur ki, İ.İbrahimoğlu yaxın günlərdə, 5 il şərti azadlıqdan məhrum etmək hökmünü qüvvədə saxlamış Ali Məhkəmənin qərarından Avropa insan haqları Məhkəməsinə şikayət etmək niyyətindədir. "Əfsuslar olsun ki, bizim məhkəmələr Avropa Məhkəməsinin hansısa formal bir müqəddiməsi olmaq statusunda israrlıdırlar. Onlar heç cür ədalət mühakiməsi orqanına çevrilmək istəmirlər" - deyə İbrahimoğlu bildirmişdir. "Cümə" məscidinin bağlanması barədə iş, artıq Avropa Məhkəməsinin icraatındadır.

     ## Beynəlxalq Mətbuat Mərkəzində "Avropa Şurası qarşısındakı öhdəliklərlə əlaqədar Azərbaycanda insan haqlarının vəziyyəti" mövzusunda dəyirmi masa keçirilmişdir. İnsan Haqları və Vətəndaş Mövqeyi İnstitutunun (IHRCS) direktoru İlqar İbrahimoğlu keçirilmiş tədbirdə iştirak etmişdir. Dəyirmi masada Avropa Parlamentinin digər deputatları ilə yanaşı Cənubi Qafqazla əməkdaşlıq deputat qrupunun sədri Mari Ann İsler Beqe də iştirak etmişdir.

     ## İnsan Haqları və Vətəndaş Mövqeyi İnstitutunun (İHRCS) direktoru İlqar İbrahimoğlu Human Rights Watch (HRW) beynəlxalq təşkilatının nümayəndəsi xanım Matilda Boqner ilə görüşmüşdür. Tərəflər dini e'tiqad azadlığı sahəsində problemləri, o cümlədən, "Cümə" məscidinin ətrafında yaranmış vəziyyəti müzakirə etmişlər. Qeyd olunmuşdur ki, artıq uzun müddətdir, çoxminlik dini icma cəmlə dini ayinlərin yerinə yetirilməsi kimi Konstitusiyada təsbit edilmiş bir hüquqdan məhrum edilmişdir. Bundan əlavə, ölkədə vvətəndaş cəmiyyəti quruculuğu problemi də müzakirə edilmişdir.
 
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi