İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 183
Rabbiyəl-Əvvəl - Rabbiyas-Sani ayı - 1426


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!

 

 HƏDİS. Pisdillilik haqqında 

     Həzrət Peyğəmbərdən (ə) nəql edirlər: "İnsanların ən pisi o kəsdir ki, adamlar onun pis dilindən qorxurlar və onunla həmməclis olmağa qarşı ikrah hissi duyurlar".
     İmam Sadiqdən (ə) nəql edirlər: "Hər kəs ki, insanlar onun dilindən qorxar - cəhənnəmə gedəcək".



 HƏDİS. Əxlaq haqqında 

     Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Allah-Təala ali əxlaqları sevir və pis xislətlərdən acığı gəlir".


 HƏDİS. Yaxşını pisdən seçmək haqqında 

     Həzrət Əlidən (ə) nəql edirlər: "O kəs ki, xeyri şərdən ayırmır və yaxşılığı pisdən seçmir - heyvan təkidir".


 HƏDİS. İnsanlarla davranma barədə 

     Həzrət Əlidən (ə) nəql edirlər: "İnsanlarla elə davranınız ki, əgər ölsəniz, sizin üçün ağlasınlar, əgər diri olsanız (siz olmadıqda) sizi görmək arzusunda olsunlar".

GÖSTƏRİLMİŞ HƏDİSLƏRƏ HAŞİYƏ

     Bəşəriyyət yeni minilliyin ilk illərini artıq arxada qoymuşdur. Günümüz elmi-texniki tərəqqinin görünməmiş artımı və sürətli inkişafı ilə səciyyələnir. Bəşər övladı kainatın sirlərini açmaqda davam edir, elmin müxtəlif sahələrində önəmli nəticələr əldə edir. Lakin, əlbəttə ki, heç bir şey mə'nəvi, əxlaqi dəyərləri əvəz etmir və edə də bilməz. Ulu Yaradana həmd və səna olsun ki, bu dəyərlər insanın mövcudiyyətinin ən mühüm elementlərindən biri kimi hələ də qəbul edilir, onların olub-olmaması ilə cəmiyyətin inkişaf səviyyəsi qiymətləndirilir.
     Mahiyyət e'tibarilə İlahi elçilər (ə) məhz bəşər övladına əxlaqi dəyərləri aşılamağa göndərilmişlər. Həzrət Rəsulullahın (s), gözəl əxlaqı tamamlamaq üçün gəlməsini bildirən mübarək kəlamı qəlbləri necə də riqqətə gətirir! İlahi eşqlə alışıb yanan qəlblər üçün bu həqiqətin anlamı necə də şirindir! Və bəşəriyyətin bütün tarixi boyu mə'nəvi deqradantlar isə bu həyatverici lutfə qarşı necə də kar və kor olmuşlar və bu gün də belədir!
     Nə yazıqlar olsun ki, əbu cəhllərin, əbu süfyanların mə'nəvi varisləri öz tənəzzülvari mövcudiyyətləri ilə, bəşəriyyətin artıq neçə yüzilliklərdir ki, süpürüb atmaq istədiyi mənfilikləri - cəhaləti, qaraguruhçuluğu, qeyri-əxlaqiliyi özlərində təcəssüm etməkdə israrlıdırlar!
     Xüsusən də bu tək rəzalətlərin yaşlı adamlarda müşahidə edilməsi necə də acıdır. Axı bu insanlar digərlərinə nisbətən sürdükləri ömür yolu barədə daha çox düşünməli, Hakimlərin ən Ədalətlisi qarşısında tezliklə cavab verməli olacaqlarının daha çox fərqində olmalıdırlar!
     Amma ki, düşünən insan üçün burada bir ibrət var. Düşünən insan gərək mə'nəviyyatsızlığa, əxlaqsızlığa qarşı sabit immunitetə malik olsun. İnsanın daxilində gərək günaha, yalana, böhtana, rəzilliyə qarşı bir ikrah hissi mövcud olsun. İnsan gərək Əhli-beyt (ə) çeşməsindən mə'nəviyyat nurunu qəlbinə hopduraraq, ali əxlaqlara can atsın və pis xislətlərə nifrət etsin. Ətrafına yaxşılıqlar yaysın və pislikləri dəf etsin. Xeyri şərdən ayırmağı bacarsın. İnsanlarla elə rəftar etsin ki, öləndən sonra ona ağlasınlar, nəinki lə'nətlə yad etsinlər! Elələrindən olmasın ki, insanlar bunların dilindən qorxurlar, zira belələrinin qisməti ələmli əzabla dolu cəhənnəm atəşidir!
     Allahım! Xalqımızı pisdillilərin şərindən hifz et!
     Allahım! Xalqımızı ali əxlaqlara can atanlardan və pis xislətlərdən uzaq olanlardan qərar ver!
     Allahım! Bizlərə xeyri şərdən, yaxşını pisdən ayırmağı öyrət!
     Allahım! Bizlərin insanlarla davranışını Sənin məhəbbətini qazanan bəndələrinin davranışına bənzər qərar ver! Allahım! Mövlamız Həzrət Mehdinin (ə.f.) mübarək zühurunu tezləşdir! Gözlərimizi o mübarək vücudun zühurunun intizarı ilə yanan gözlərdən, əməllərimizi bu mübarək zühuru tezləşdirənlərin əməllərindən qərar ver! AMİN!


 1426-cı hicri qəməri (2005-ci miladi) ili üçün Rabbiyəl-Əvvəl ayının azan vaxtlarının CƏDVƏLİ  

Rabbiyəl-Əvvəl - Rabbiyəs-Sani ayı
May
Sübh azanı
Günəş çıxır
Zöhr azanı
Şam azanı
Gecə yarısı
27
6
5-01
6-34
13-37
20-59
00-59
28
7
4-59
6-33
13-37
21-00
00-59
29
8
4-57
6-32
13-37
21-02
00-59
9
4-56
6-30
13-37
21-03
00-59
10
4-54
6-29
13-37
21-04
00-58
11
4-53
6-28
13-37
21-05
00-58
12
4-51
6-27
13-37
21-06
00-58


 
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi