İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 184
Rabbiyas-Sani ayı - 1426


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!

 

 HƏDİS. İbadi durum haqqında 

     İmam Əlidən (ə) nəql edirlər: "Ey Allah bəndələri! Biliniz! Mö'min bəndə itaətdə qüsur və çatışmamazlığa görə öz-özlüyündə nəfsini ittiham etməmiş gecəyə daxil olmaz və sübhə də yetişməz. (Yəni, bu barədə öz durumuna görə bədbindir və özünü yetərincə ibadət edən bəndə hesab etmir). Bəs həmişə o mömin öz nəfsində eyb axtaran, öz günahlarını danlayandır. Və nəfsindən itaət və ibadətdə artmanı tələb edəndir. Xoş olsun o insanın halına ki, onu insanların eybindən çox öz eybi məşğul edə!".

     HAŞİYƏ.
     İnsan, gündəlik həyatında həyata keçirdiyi fəaliyyət istiqamətlərində müxtəlif müsbət və mənfi mövzularda rastlaşır. Və əgər insan gündəlik həyatını öz axarına buraxarsa, bu halda onun daxili və xarici resursları məqsədyönlü deyil, kortəbii surətdə istismar olunur. Bu da öz növbəsində insanı yaranma missiyasından, nə üçün, hansı amallar uğrunda yaşama və bu kimi fundamental suallardan yayındırır.
     Mübarək hədisdə insanı bu kimi mə'nasız və məqsədsiz yaşamadan çəkindirən mövzulara işarə edilir və insanı daxili axtarışa, daxili tənqidə, təftişə də'vət olunur. Digərlərinin eybini aramaqdansa, öz eybi ilə məşğul olmağa çağırılır insan. Belə olan təqdirdə insan, özündə eyb axtararaq, öz günahlarını danlayaraq, Allaha ibadətdə özünü yetərincə ibadət etməməkdə müqəssir bilərək, vücudunu bəndəçiliyinin artmasına doğru yönəldir.
     Belə isə nə yaxşı olar ki, insan, gününü daxili təftişsiz başa vurmasın. Eyb və xətaların üstündən ötəri keçməsin, itaət və ibadətlərinin mövcud səviyyəsilə kifayətlənməsin. İnsanların eyblərini axtarmasın, öz eybləri ilə məşğul olsun.
     Allahım! İnanc əhlinə daxili tənqid və təftiş qabiliyyətini nəsib et!
     Allahım! Bizləri mövcud itaət və ibadətlərlə kifayətlənməyənlərdən qərar ver, onların artması üçün ləyaqət nəsib et! AMİN!


 HƏDİS. Pisgümanlıq haqqında 

     İmam Əlidən (ə) nəql edirlər: "Pisgümanlıq sahibini məhv edər və ondan uzaq olanı fəlaha (qurtuluşa) yetişdirər!".

     HAŞİYƏ.
     Mübarək dinimiz insanın ruhi durumuna kompleks surətdə yanaşmanı təqdir edir. Bu konteksdə insanın niyyətləri, gümanları, ehtimalları, zənnləri əsas yerlərdən birini tutur. Bu kateqoriyalara heç də əməlin və rəftarların özündən az əhəmiyyət verilməmişdir. Zira, bu və ya digər əməlin, rəftarın, davranışın kökündə insanın çox vaxt əhəmiyyət vermədiyi, üzərindən ötəri keçdiyi niyyətləri, gümanları və s. durur.
     Ələlxüsus, sözügedən mövzuda insanın ehtimal və güman üzərində qurulmuş zənnləri böyük əhəmiyyət daşıyır. Məhz bu zənnlərin müsbət və ya mənfi olmasından asılı olaraq, insanın hadisələrə, eləcə də digər şəxslərə münasibətdə əməlinin və rəftarının əxlaqi, psixoloji müstəvisi formalaşır.
     Mübarək hədisdə insan pisgümanlıqdan, neqativ zənndən çəkindirilir. Əslində gerçəkliyə söykənən dinimiz bizi hər növ əsassız xülyaların, təxəyyüllərin məhsulu olan hər bir şeydən çəkindirir. Çünki, nəticə e'tibarilə bu növ əxlaqi-psixoloji durum insanı məhvə aparır. Və müvafiq olaraq, mübarək dinimiz, insanı mənfi ruhi duruma yuvarlanmaqdan sığortalayır.
     Eyni zamanda, hər şeyə gerçək yanaşma tərzini aşılayan dinimiz fəlahın, qurtuluşun da yönünü pisgümanlıqdan çəkinməkdə görür. Belə ki, göstərilən mənfiliklərdən çəkinmə insanda sağlam mə'nəvi-psixoloji ovqatın aşılanmasına gətirib çıxarır. Bu da mübarək dinimiz tərəfindən qurtuluşa aparan bir yol kimi təqdim edilir.
     Allahım! Bizləri hər hansı bir gerçəkliyə söykənməyən bədgümanlıqdan, sui-zənndən özün hifz et! AMİN!



 HƏDİS. İnsanlarla davranış haqqında 

     Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Bir kəs ki, dövlətli adama rast gələndə, ona dövlətinə görə ya dili ilə, ya cismi ilə ehtiram nümayiş etdirsə, o kəsin dininin üçdə ikisini Allah Təala aradan aparar".

     HAŞİYƏ.
     Mübarək İslam dini insanlararası münasibətləri onlərın dəyərlərə söykənən imtiyazlar üzərində qurmağı tövsiyə etmişdir. Belə ki, insanın iradəvi durumuna aidiyyəti olmayan cəhətlərə (dərinin rəngi, cins, irq və s.) deyil, dəyər yükü olan kateqoriyalardan qaynaqlanan fərqləndirici xüsusiyyətlərə önəm verməyə də'vət edir. Bu sıraya heç zaman köhnəlməyən və təravətini qoruyub saxlayan əxlaq, mə'nəviyyat, mərdlik, fədakarlıq, elm və bu kimi ümumbəşəri İlahi dəyərlər aiddir.
     Günümüz üçün də hədisdə göstərilən mövzular böyük əhəmiyyət kəsb edir. Təəssüflər olsun ki, yaşadığımız dövrdə də bir çox hallarda insanların mə'nəviyyatına, intellektinə, fəzilətlərinə görə deyil, var-dövlətinə, mənsəbinə, vəzifəsinə görə ehtiram təzahür edənlər mövcuddur. Əslində, bununla öz dininə və dəyərlərinə xəyanət etmiş olur insan.
     Belə ki, təkallahlılıq məntiqi ilə, Peyğəmbər (s) və onun pak Əhli-beyti (ə) nümunəsində yüksək əxlaqi keyfiyyətlərlə tanış olan şəxs, insanlarla münasibətini qurduğu zaman müvafiq dəyərlərə istinad etməlidir. Belə şəxs üçün insanların təqvası, elmi, əxlaqi-mə'nəvi keyfiyyətlərə sadiqliyi - ehtiram təzahürünün səbəbi olmalıdır.
     Allahım! Bizləri həqiqi dəyərlərə sadiq olanlardan qərar ver!
     Allahım! İmanımızı kamil et, insanlarla münasibətdə İlahi tövsiyələrə əməl etməyi bizlərə nəsib et!
     Allahım! Yer üzünü ədalətlə dolduracaq mübarək vücudun - Mehdi Sahib-əz-Zamanın (ə.f.) əziz zühurunu tezləşdir və bizləri onun zühurunu tezləşdirənlərdən qərar ver! AMİN!


 MÖVLUD 

     Hicri-qəməri tarixilə 232-ci il Rabbiyəs-Sani ayının 8-i (bu il üçün - may ayının 17-nə uyğun gəlir), on birinci imam - İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür.


 TARİX 

     Hicri 201-ci il Rabbiyəs-Sani ayının 10-da (bu il üçün - may ayının 19-na uyğun gəlir) İmam Museyi Kazimin (ə) qızı, İmam Rzanın (ə) bacısı, "Əhli-Beytin hərəmi" adlandırılan "Mə'sumə" ləqəbli Həzrət Fatimə (r) vəfat etmişdir.


 1426-cı hicri qəməri (2005-ci miladi) ili üçün Rabbiyəs-Sani ayının azan vaxtlarının CƏDVƏLİ  

Rabbiyəs-Sani ayı
May
Sübh azanı
Günəş çıxır
Zöhr azanı
Şam azanı
Gecə yarısı
4
13
5-01
6-34
13-37
20-59
00-59
5
14
4-59
6-33
13-37
21-00
00-59
6
15
4-57
6-32
13-37
21-02
00-59
7
16
4-56
6-30
13-37
21-03
00-59
8
17
4-54
6-29
13-37
21-04
00-58
9
18
4-53
6-28
13-37
21-05
00-58
10
19
4-51
6-27
13-37
21-06
00-58


 
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi