HEYHAT MİNNA ZİLLƏH!
N 186
Rabbiyas-Sani ayı - 1426
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!
HƏDİS. Həqiqi bəndəlik haqqında
İmam Əlidən (ə) nəql edirlər: "Allahım! Mənim izzətim üçün bu bəsdir ki, Sənin bəndən olum. Mənim üçün bu iftixar bəsdir ki, Sən Rəbbimsən! Sən o cür varsan ki, mən sevirəm! Bəs məni o cür qərar ver ki, necəsini Sən bəyənirsən, sevirsən!".
VİCDAN AZADLIĞI
23 may 2005-ci il tarixində İçərişəhər "Cümə" məscidi dini icmasının və İHRCS - İnsan haqları və Vətəndaş Mövqeyi İnstitutunun təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində "Newsweek" curnalında Qur'ana hörmətsizliklə bağlı gedən məlumat - vicdan azadlığı prizmasından" mövzusunda dəyirmi masa keçirilmişdir. Ölkənin tanınmış ziyalılarının, ictimai-siyasi xadimlərinin, insan haqları müdafiəçilərinin, hüquqşünasların və aparıcı media mənsublarının iştirak etdiyi bu tədbirin nəticəsi olaraq, ümumi müraciət qəbul edilmişdir. Müraciətdə, o cümlədən, bildirilir:
"... .. baş vermiş olay öz eybəcərliyi, vandallığı, vəhşiliyi ilə bir milyarddan çox insanın və ümumiyyətlə, özünə hörmət edən hər bir bəşər övladının müqəddəs hisslərini təhqir etmiş olur. Belə ki, bu hadisənin gerçəkdə olub - olmamasından asılı olmayaraq ictimai rəydə artıq özünə yer alması, dəfələrlə təkrarlanması, müzakirəsi - artıq özü inanclı insanların ən müqəddəs hisslərinin təhqiridir və ümumbəşəri dəyərlər sistemində qəbul olunmuş qırmızı xətlərin pozulmasıdır.
Bu olay əxlaqa, mə'nəviyyata, dəyərlərə, vicdan azadlığına, insan haqlarına, insanın şəxsiyyəti və ləyaqəti anlamına, çoxmədəniyyətli dünyaya, demokratiyaya və vətəndaş cəmiyyətinə misli görünməmiş xəyanət və arxadan vurulmuş bir zərbədir. Bunun dünyanın qütbləşməsi, mədəniyyətlərin qarşılıqlı anlaşmaya ehtiyaclı olduğu durumla səciyyələnən mürəkkəb və məsuliyyətli bir məqamda baş verməsi vəziyyəti daha da ağırlaşdırır.
Tam məs'uliyyəti ilə bəyan edirik ki, əgər belə bir hal digər dinlərin də müqəddəs kitablarına münasibətdə baş versə idi, biz bunu pisləyən və qəzəblə qarşılayanların ön cərgəsində olardıq.
Yekun olaraq, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq dünyanın bütün vicdanlı və ədalət hissini itirməmiş insanlarını bu vandallıq aktını mühakimə etməyə və olayın yaranmasında həqiqi müqəssir olanların adekvat cəzalandırılmasına nail olmağa çağırırıq!
Uca Allahdan bəşər övladına, bu yaranmış böhranlı vəziyyətdən çıxması üçün müdriklik və anlam nəsib etməsini diləyirik!".
AKTUAL
## İnanclı müsəlman qız öz dünyagörüşünə uyğyn olan geyimdə məktəbə getmək hüququnu qoruyub saxlaya bildi. "Herald Sun" qəzetinin verdiyi xəbərə görə, əslən iraqlı olan və hal-hazırda Sidney şəhərində (Avstraliya) yaşayan 17 yaşlı Yasimin Ət-tahir, oxuduğu qızlar üçün ali məktəbin müdiriyyəti ilə öz dünyagörüşünə uyğun şəkildə paltar geyinmə hüququ uğrunda olan mübarizədə qalib gəlmişdir. Bu gənc xanımın öz inancına uyğun şəkildə geyim geyinmək əzmi o qədər böyük idi ki, müdiriyyətin belə geyimdə olmağa qadağa qoymağı davam edəcəyi təqdirdə, o, hətta məktəbdən çıxmağa söz vermişdi. Sidney şəhərinin təhsil departamenti, gənc xanımın öz dini baxışlarına uyğun geyinmə hüququnu təsdiq etmişdir.
## Strasburqda hicab geyinmək hüququnun müdafiəsi üçün aksiya keçirilmişdir. "Islam News"-un verdiyi xəbərə görə, keçən həftə Strasburqda yerləşən Avropa Parlamentinin binası qarşısına müsəlman xanımlar toplaşmışlar. Onlar Avropa Parlamentinin deputatlarını dövlət idarələrində hicabın və başqa dini simvolikaların geyilməsinə Fransa hökumətinin qoyduğu qadağalardan imtina etməsi üçün ona tə'sir göstərmələrinə çağırmışlar. Aksiyanın təşkilatçısı "Hicabın müdafiəsi uğrunda" London Assambleyası və Avropa Parlamentinin iki deputatı olmuşdur. Tədbirdə Avropa ölkələrindən olan, xüsusən də, böyük əksəriyyəti Fransa, Almaniya və Böyük Britaniyanın vətəndaşları olan çoxlu sayda qadın iştirak etmişdir. Keçirilmiş aksiyanın nəticəsi kimi müraciət qəbul edilmişdir. Bu müraciət 22 avropa dilinə tərcümə edilmiş və yayılmışdırdir.
IslamNews-un verdiyi mə'lumata görə Türkiyənin paytaxtı Ankarada da hicab geyilməsi hüququnun müdafiəsi üçün çoxminli nümayişlər keçirilmişdir. Nümayişçilər təhsil ocaqlarında və dövlət idarələrində qadınlara başlarını bağlamağı qadağan edən və bununla da insan ləyaqətini alçaldan qanunun ləğv edilməsini tələb etmişlər. Nümayiş edənlərə həmçinin, hicab geyməyən, lakin öz iştirakları ilə inanclı müsəlman qadınlarla həmrəyliklərini və insanlar arasında ayrı-seçkilik salan qanunla bağlı öz narazılıqlırını bildirən qadınlar da qoşulmuşlar.
Vəziyyəti şərh edərək, İlqar İbrahimoğlu bildirmişdir ki, Türkiyədə və Fransada hicaba qarşı təzahür edilən münasibət, tolerantlılığın və vicdan azadlıqlarına hörmətin olmamasının əlamətidir. "Bu, insan haqlarına münasibətdə nə dünyada, nə də Avropada qəbul edilmiş standartlara uyğun gəlmir. Türkiyədə baş verənlər totalitar düşüncə tərzinin atavistik qalıqlarının, Fransada gedən proseslər isə sekulyarizm anlayışının özünəməxsus tərzdə qavranılmasının nəticəsidir. Lakin dünya, çoxdandır ki, fərqli dünyagörüşlərinin bu cür formada qəbul edilməsindən imtina etmişdir. Ona görə də, bu ölkələrin tədris və dövlət müəssisələrində mövcud olan belə problemlərin öz həllini tapması yaxın bir zamanın məsələsidir. Bizim ölkədəki vəziyyət isə öz təkrarsızlığı ilə "unikaldır", bəlkə ancaq Mərkəzi Asiyanın Türkmənistan və Özbəkistandakı kimi qəddar, islamofob recimlərinin yaratdığı durumla ilə müqayisə edilə bilər. İnsan haqlarına hörmət edən heç bir ölkədə başörtülü fotoşəkilli sənədlər almağa qadağa yoxdur" - deyə İ.İbrahimoğlu bildirmişdir.
1426-cı hicri qəməri (2005-ci miladi) ili üçün
Rabbiyəs-Sani ayının azan vaxtlarının
CƏDVƏLİ