İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 190
Cəmaduyəl-Əvvəl-1426


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!

 

 HƏDİS. İman haqqında 

     Həzrət Fatimeyi-Zəhradan (s.ə.) nəql edirlər: "O kəs ki, xalis ibadətlərini Allah üçün yerinə yetirər, uca Allah da əvəzində ən gözəl durumu onun üçün əta edər".




     İÇƏRİŞƏHƏR "CÜMƏ" MƏSCİDİ DİNİ İCMASININ 30 İYUN - MƏSCİDİN QƏSB OLUNMASI GÜNÜ İLƏ ƏLAQƏDAR BƏYANATI

     İyunun 30-da "Cümə" məscidində baş vermiş faciəli olayların 1 ili tamam olur. Həmin gün məsciddə ibadət edən inanclı insanlara qarşı misli görünməmiş polis zorakılığı tətbiq edilmişdi.
     İnanclı insanların bütün "günahı" ondan ibarət idi ki, onlar, əqidələrinə uyğun olaraq, seçdikləri imam-camaatın rəhbərliyi ilə cəmlə ibadət etmək istəyirdilər. Lakin, hakimiyyət dairələri istəmirdi ki, hakimiyyətə deyil, Allaha ibadət edən insanlar toplumu mövcud olsun. Məhz buna görə də, inanclı insanları zorla məsciddən çıxarmaq qərarına gəlindi.
     İnanclı insanları zorla məsciddən çıxardılar... . Məscidi bağlayıb dəmir hasara aldılar. Amma ötən 1 il onu göstərdi ki, inanclı insanları divarlar deyil, ümumi ideallar birləşdirir. İnanclı insanlar sübut etdi ki, onlardan divarları almaq mümkündür, amma "Cümə"nin ruhunu - heç zaman...
     İcma zaman sınağını və çətinlik imtahanlarını verdi. Misilsiz çətinliklərə baxmayaraq, "Cümə"nin inanclı insanları, açıq səma altında olsa da belə, dini mərasimləri birlikdə keçirmək üçün yığışırdı.
     "Cümə"nin inanclı insanlarının keçirdiyi bütün aksiyalar hər zaman sırf qeyri-zorakılıqları ilə fərqlənirdi. "Cümə əhli" reallıqda sübut etdi ki, qeyri-zorakılıq, sülh, xeyirxahlıq, humanizm və insanlara məhəbbət ideallarına sadiq olan bir icmadır.
     Əfsuslar olsun ki, bütün bəyanat, müraciət, etiraz, dəstək imzaları və digərlərə baxmayaraq, "Cümə" məscidi bağlı olmaqda qalır və inanclı insanlar cəmlə ibadət etmək imkanından məhrumdurlar. Yalnız Uca Yaradana ibadət etmək istəyən adi inanclı insanlara nifrətin dərəcəsi nə qədər böyük olmalıdır ki, heç bir əsas, hətta bəhanə belə gətirmədən məscidi bağlı saxlasınlar.
     Ötən 1 il məscidin təmirə bağlanması haqqında bütün söz-söhbətin də tam əsassızlığını göstərdi. Burada 1 gün də olsun (!) təmir aparılmamışdır.
     Bu gün iyunun 30-dur. Biz qərara gəldik ki, bu günü Vicdan azadlığı Günü elan edək və ölkə və dünya ictimaiyyətinin diqqətini problemimizə yönəltmək məqsədilə çiçəklərlə və dualarla bağlı bir sıra aksiyalar keçirək.
     Biz hüquqlarımızın pozulması ilə əlaqədar öz qəti etirazımızı bildirir və bizim vicdan azadlığına olan konstitusion hüquqlarımızı təmin etməyi tələb edirik.
     Biz bəyan edirik ki, aksiyalarımız sırf dinc, qeyri-zorakı xarakter daşıyır və ictimaiyyəti mümkün təxribat və böhtan kampaniyası barədə xəbərdar edirik. Əminik ki, ictimaiyyət bizim haqlı tələblərimizə dəstək verəcəkdir.

     "Cümə" məscidi dini icmasının
     mətbuat xidməti
     e-mail: jumamosque@gmail.com



 AKTUAL 

     "DƏYƏRLƏR" İNFORMASİYA - ANALİTİK PORTALININ MƏ'LUMATI

     (3006055-1) "Cümə" məscidinin qeyri-qanuni qəsb edilməsinin ildönümü barədə.

     İyun ayının 30-da "Cümə" məscidinin polis tərəfindən qəsb edilməsinin bir ili tamam oldu. O zaman, məsciddə ibadətlə məşğul olan inanclı insanlara qarşı zorakılıq tətbiq edilmiş və onlar qeyri-qanuni şəkildə məsciddən çıxarılmışlar.
     Bu acınacaqlı tarixlə əlaqədar dini icma bu gün (30/06/05) bəyanat yaymışdır. Bu bəyanatda bildirilirdi ki, ictimaiyyətin diqqətini "Cümə" faciəsinə cəlb etmək üçün bu gün bir sıra dincməramlı aksiyalar keçiriləcəkdir.
     Günorta saat 12 radələrində dini icmanın nümayəndələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qarşısına yığışdı. Burada, məscidin zorakı şəkildə qəsb edilməsinə, inanclı insanların haqlarının hələ də davamlı şəkildə pozulmasına qarşı kəskin etiraz və məscidin tezliklə dini icmaya qaytarılması kimi tələblərin əks olunduğu qətnamə oxundu. Sonra, iyunun 30-nu Vicdan Azadlığı Günü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri R.Əliyevi isə "vicdan azadlığının qeyri-dostu" elan olunması bəyan edildi. Daha sonra, inanclı insanlar cəmlə dua oxudular, Dövlət Komitəsinin binası qarşısına güllər düzdülər və qətnaməni Komitənin sədrinə təqdim etdilər.
     Aksiyanı şərh edərək, İçərişəhər "Cümə" məscidinin imam-camaatı, hüquq müdafiəçisi İlqar İbrahimoğlu bildirmişdir: "2004-cü il iyun ayının 30-da İçərişəhər "Cümə" məscidinin polis tərəfindən qəsb edilməsi - Azərbaycanın ən yeni tarixinin son dərəcədə kədərli səhifələrdən biridir. Düşünürəm ki, tarixə də nəzər salsaq, görərik ki, Allaha ibadət halında olan inanclı insanlara qarşı zorakılıq nümunələrinə bir o qədər də çox rast gəlmərik. "Cümə" məscidinin inanclı insanlarının bütün "günahı" ondan ibarət idi ki, onlar, öz inanclarına uyğun olaraq, yalnız Allaha tapınmaq istəyirdilər. Bugünki aksiyalarla icma haqlarının tapdanmasının bütün ağrı və acısını cəmiyyətin nəzərinə çatdırmaq istəyirdi. İyunun 30-nu Vicdan Azadlığı Günü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri R.Əliyevi isə "vicdan azadlığının qeyri-dostu" elan etməklə icma israr edir ki, problem qlobal xarakter daşıyır və minlərlə inanclı insanın konstitusion hüquqlarını pozur".
     Günorta saat 14 radələrində inanclı insanlar "Cümə" məscidinin yanında toplaşdılar. Burada onlar məscidin girişinə və məscidin dövrəsinə çəkilmiş metal hasarın üzərinə yüzlərlə gül düzdülər. Sonra inanclı insanlar cəmlə dua oxumağa başladılar. Aksiyanı həm ölkənin aparıcı KİV-lərinin təmsilçiləri, həm də Azərbaycanda akkreditə olunmuş xarici media nümayəndələri müşahidə edirdilər. Azan vaxtı məscidin qapıları açıldı və inanclı insanlar məscidə daxil olub burada cəmlə namaz qılmağa başladılar. Lakin, qəflətən, məscidin içinə böyük bir qrup polis işçisi (təqribən 40-50 nəfər) soxuldu və ibadətlə məşğul olan inanclı insanları zorakılıqla Allah evindən çıxarmağa başladılar. Çoxlu sayda polis nəfəri məscidin imam-camaatı İlqar İbrahimoğluna ibadət zamanı hücum edərək, onu həbs etdi. Bir müddət sonra, inanclı insanların səyi, hüquq müdafiəçilərinin, curnalistlərin, ictimai-siyasi xadimlərin işə müdaxiləsi nəticəsində, İ.İbrahimoğlu azadlığa çıxmışdır. Bundan sonra, İ.İbrahimoğlu Beynəlxalq Mətbuat Mərkəzində mətbuat nümayəndələri ilə görüş keçirmişdir. Burada o, o cümlədən, bildirmişdir: "Əfsuslar olsun ki, insan haqlarını pozan polis obrazı artıq adi bir şey olmuşdur. Bu - dəhşətli bir haldır. Vətəndaş cəmiyyəti inkişaf etdikcə, hüququn və qanunun gücü polis özbaşınalığı üzərindən xətt çəkməlidir".
     "Cümə" məscidi dini icmasının nümayəndələri vəziyyəti belə şərh edirlər.
     Ramin Tahirli: "Artıq bir ildir ki, biz seçdiyimiz imam-camaatın arxasında cəmlə ibadət etmək imkanından məhrumuq. Vəziyyətin dramatikliyini sözlə ifadə etmək çox çətindir. Və bu gün, "Cümə" məscidinin qapıları açılanda və biz ibadət etmək üçün məscidə daxil olanda, çoxları o qədər mütəəssir oldu ki, hətta göz yaşlarını saxlaya bilmədi. Lakin, biz gözləmirdik ki, bir il əvvəl olduğu kimi, bu gün də bizim dinc ibadətimiz polislər tərəfindən yarımçıq kəsiləcəkdir. Bu, problemin çox dərin olmasından bir daha xəbər verir".
     Pərviz Hacıyev: "Bugünki aksiyalar bizim icmaya xas ruhiyyə ilə - yəni dinc formada, tamamilə qeyri-zorakı surətdə və tələblərin konkret qoyulması ilə həyata keçirilmişdir. Biz bir daha sübut etdik ki, vicdan azadlığı ilə bağlı tələblərimizdən bir addım da geri çəkilməyəcəyik və öz prinsipimizə - hüquqlarımızı ancaq qeyri-zorakı yollarla müdafiə etmək prinsipinə sadiq qalacağıq".
     Baqir Həsən-zadə: "Dini icmanın "Cümə" məscidində cəmlə dini ayinləri həyata keçirmək hüququ təkzibedilməzdir. Bütün mütərrəqqi ictimaiyyət heyrətə gəlmişdir ki, axı nə səbəbə dinc bir icmanı qanuni hüquqlarından məhrum edirlər? Bir məsələ də Gün kimi aydındır - Allahın köməyi ilə, gec-tez biz öz haqlarımızın təmin olunmasını əldə edəcəyik, inşəallah".

     "Deyerler" informasiya-analitik portalı
     e-mail: deyerler.org@gmail.com


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi