İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 193
Cəmaduyəs-sani-1426


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!

 

 HƏDİS. Həzrət Fatimeyi-Zəhra (s.ə.) haqqında 

     Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Fatimə - mənim bədənimin bir parçasıdır, gözümün işığıdır, qəlbimin meyvəsidir. O şey ki, onu qəzəbləndirir, məni qəzəbləndirmişdir; o şey ki, onu sevindirir, məni sevindirmişdir. O, Əhli-Beytdən mənə qovuşacaq ilk şəxsdir".
     Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Fatimə - dünya və axirət qadınlarının seyyidəsidir".
     Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Fatimə - mənim üçün insanların ən əzizidir".
     Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Fatimə - dünya qadınları arasında parlaq bir ulduzdur".
     İmam Mehdi Sahib-əz-zəman (ə.f.) demişdir: "Allah Rəsulunun (s) qızı mənim üçün gözəl bir nümunədir".


XANIM FATİMEYİ - ZƏHRADAN (s.ə.) HƏDİSLƏR.


 Mövqe haqqında 

     "Mən dünyapərəstlərin dünyasını sevmirəm".

 Ünsiyyət haqqında 

     "Sizlərdən ən fəzilətlisi o kəsdir ki, insanlarla ünsiyyətdə daha yumşaq və daha mehribandır. Və ən qiymətliniz o kəsdir ki, xanımına qarşı mehriban və güzəştlidir".


 Ananın məqamı haqqında 

     "Ananın xidmətində durunuz, çünki, behişt anaların ayaqlarının altındadır".

 İman və fəzilət haqqında 

     "Mö'minlə xoş üzlə görüşməyin mükafatı - behiştdir. Və zalım insanların düşmənləriylə xoş üzlə görüşməyin mükafatı - (cəhənnəm) odunun əzabından hifz olunmaqdır".
     "O kəs ki, xalis ibadətlərini Allah üçün yerinə yetirər, uca Allah da əvəzində ən gözəl durumu onun üçün əta edər".


 Əhli - Beyt (ə) haqqında 

     "Bizə (Əhli -Beytə) itaət etməyi və bizim ardımızca getməyi, Allah Təala, İslam ümmətində ictimai nəzmin bərqərar olmasının səbəbi qərar vermişdir və bizim İmamət və rəhbərliyimizi - vəhdətin və təfriqələrdən amanda qalmağın amili qərar vermişdir".


 Həzrət Əli (ə) haqqında 

     "Eşitdim ki, əziz İslam Peyğəmbəri (s) buyurdu: "Əli - ən layiqli kəsdir və onu sizin aranızda canişin qərar verirəm. Əli (ə) məndən sonra İmam və xəlifədir və iki övladın (Həsən (ə) və Hüseyn (ə)) atasıdır və Hüseynin nəslindən olan doqquz övlad - pak və gözəl rəhbər, İmamlardırlar. Əgər onlara itaət etsəniz, sizləri hidayət edəcəklər; lakin, əgər müxalifət etsəniz, aranızda təfriqə və ixtilaf bəlası Qiyamətədək üzərinizdə hakim olacaqdır".
     "Unutdunuzmu ki, Allahın Elçisi (s) Qədir - Xum günü buyurdu: "Hər kimin mövla və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir!"".
     "Unutdunuzmu ki, Allahın Elçisi (s) Əliyə (ə) dedi: "Ya Əli! Sənin mənə nisbətdə məqamın, Harunun Musaya olan məqamı kimidir"".
     "Əli - rəbbani və ilahi bir İmamdır və nuraniyyət abidəsidir. Bütün allahpərəstlərin, ariflərin qütbüdür, paklar sülaləsinin övladıdır; həqiqəti söyləyəndir, İmamətin əsası və mərkəzidir, Peyğəmbərin 2 gül dəstəsi və cənnət cavanlarının sərvərləri - Həsən və Hüseynin atasıdır".



 AKTUAL 

     "DƏYƏRLƏR" İNFORMASİYA - ANALİTİK PORTALININ MƏ'LUMATI

     (27070517 - 1) Xanım Fatimeyi-Zəhranın (s.ə.) ad gününə həsr olunmuş "İslamda kamil qadın obrazı" mövzusunda elmi konfrans haqqında.

     İyul ayının 27-dəİçərişəhər "Cümə"məscidi dini icmasının təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) qızı xanım Fatimeyi - Zəhranın (s.ə.) ad gününə həsr olunmuş "İslamda kamil qadın obrazı" mövzusunda elmi konfrans keçirilmişdir. Müsəlman dünyasında bu gün - Beynəlxalq Müsəlman Xanımlar Bayramı kimi qeyd edilir.
     Bu mübarək tarixlə əlaqədar, "Cümə"məscidinin dini icması tərəfindən, ölkənin ictimai həyatında fəal iştirak edən xanımlar aşağıdakı nominasiyalar üzrə fəxri fərmanlarla təltif edilmişlər:
     - "Demokratiyanın inkişafına verdiyi töhfəyə görə"- xanım Leyla Yunus;
     - "Qadın hüquqlarının qorunmasına verdiyi töhfəyə görə"- xanım Novella Cəfəroğlu;
     - "Vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfəyə görə"- xanım Səidə Qocamanlı;
     - "Fəal vətəndaş mövqeyinə görə"- xanım Gülnarə Ş. Qurbanova;
     - "Tolerantlığın inkişafına verdiyi töhfəyə görə"- xanım Arzu Abdullayeva;
     - "Milli-mənəvi dəyərlərin inkişafı və müdafiəsinə verdiyi töhfəyə görə"- xanım Mehriban Vəzir;
     - "Vətəndaş qəhrəmanlığı aktına görə"- xanım Şeyda Nəsibli;
     - "Vicdan azadlığının müdafiəsinə verdiyi töhfəyə görə"- xanım Humay Hacıyeva;
     - 2005-ci il üzrə baş nominasiya - "Dönməzlik və fədakarlığa görə"- xanım Ruşanə Hüseynova.

     Konfransın mövzusunu şərh edərək, İçərişəhər "Cümə"məscidinin imam-camaatı İlqar İbrahimoğlu qeyd etmişdir: "Müxtəlif xurafatçıların və cahillərin rəyindən fərqli olaraq, İslam dini qadın üçün çox yüksək status müəyyən etmiş və qadına kifayət qədər geniş hüquqlar təqdim etmişdir. Bu kontekstdə, əsl müsəlman qadınının rəmzi olaraq xanım Fatiməni (s.ə.) göstərmək olar. Hələ 1400 il bundan öncə, ümmətin taleyi üçün ümdə əhəmiyyət kəsb edən məsələlərdə, o, fəal həyat mövqeyi tutmuşdu. Müasir neyrolinqvistik kateqoriyalarla fikrimizi izhar etsək, mahiyyət etibarilə, xanım Fatimə (s.ə.) misilsiz qadın isəmti ilə çox güclü vətəndaşlıq passionarlığını özündə harmonik surətdə təcəssüm etdirən bir insan idi. Bu gün, bizim icma öz qarşısına həqiqi İslami ənənələrin dirçəlişinə yardım etmək məqsədini qoymuşdur və bu rakursda, qadının statusu kimi institusional tərkib hissələrinin bərpası prosesi çox önəmli yer tutur. Ümid edirik ki, hazırki konfrans məhz bu istiqamətdə atılan əhəmiyyətli addımlardan olacaqdır".
     Həmin gün Beynəlxalq Mətbuat Mərkəzində "Əsma-ül-Hüsna"proqramı çərçivəsində xanım Fatimənin (s.ə.) əziz xatirəsinə həsr edilmiş qanvermə mərasimi keçirilmişdir. İçərişəhər "Cümə"məscidi dini icmasının onlarla üzvünün iştirak etdiyi bu mərasimdə yığılan qanlar talassemiyalı xəstə uşaqlara hədiyyə edilmişdir.
     Xanım Fatimənin (s.ə.) mübarək mövludu münasibətilə keçirilən tədbirlər, ölkənin 20-yə yaxın aparıcı KİV-i tərəfindən işıqlandırılmışdır.

     "Deyerler" informasiya-analitik portalı
     e-mail: deyerler.org@gmail.com



 1426-cı hicri qəməri (2005-ci miladi) ili üçün Cəmaduyəs-Sani ayının azan vaxtlarının CƏDVƏLİ  

Cəmaduyəs-Sani ayı
İyul - Avqust
Sübh azanı
Günəş çıxır
Zöhr azanı
Şam azanı
Gecə yarısı
22
29
04-59
06-35
13-47
21-17
01-08
23
30
05-00
06-36
13-47
21-16
01-09
24
31
05-01
06-37
13-47
21-15
01-09
25
1
05-03
06-38
13-47
21-14
01-09
26
2
05-04
06-39
13-47
21-13
01-09
27
3
05-05
06-40
13-47
21-11
01-09
28
4
05-09
06-41
13-47
21-10
01-09
 


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi