HEYHAT MİNNA ZİLLƏH!
N 195
Rəcəb ayı, 1426 (12 avqust 2005-ci il)
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!
BU GÜN RƏCƏB AYININ ARTIQ 6-CI GÜNÜDÜR. RƏCƏB - AYLARIN TACI OLAN ŞƏRAFƏTLİ RAMAZAN AYININ MÜQƏDDİMƏSİ OLAN MÜBARƏK AYLARDAN BİRİNCİSİDİR. RƏCƏB - TÖVBƏ ETMƏ, BAĞIŞLAMA İSTƏMƏ, LƏYAQƏT VƏ ŞƏRAFƏT, İNSANLARA MƏHƏBBƏT ƏLDƏ ETMƏK ÜÇÜN BÖYÜK FÜRSƏTLƏRİN OLDUĞU BİR AYDIR. ELƏ İSƏ UCA ALLAHA DUA EDƏK Kİ, RƏCƏB AYININ ƏMƏLLƏRİNİ VÜCUDİ DƏRK ETMƏK VƏ ONLARA ƏMƏL ETMƏK SƏADƏTİNİ BİZLƏRƏ NƏSİB ETSİN!
RƏCƏB AYININ FƏZİLƏTİ
Rəcəb - qəməri təqvimilə 7-ci aydır. Orucun vacib olduğu Ramazan ayından fərqli olaraq, bu ayda oruc tutmaq vacib deyil, amma çox bəyənilmişdir, müstəhəbdir. Müqəddəs mənbələrimizdə Rəcəb ayının fəzilətləri xeyli vurğulanmışdır. 6-cı imamımız - İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: "Qiyamət günü carçı ərşin bətnindən bir fəryad çəkər: "Eynər-racəbiyyun? /haradadır rəcəb ayının əhli?/" Və insanlardan bir qrup ayağa qalxır və onların simasının nuru topluma işıqlıq və nuraniyyət verir. Bu insanların başlarının üzərinə dürr və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular. Onların hər birinin sağ tərəfində min mələk və sol tərəfində min mələk olar. Və (mələklər) söyləyərlər: "Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun!" Bu zaman Allah cəllə-cəlaluh tərəfindən nida gələr: "Ey mənim qadın və kişi bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə behiştdə saraylar verəcəyəm ki, orada çaylar axır. Və orada əbədi qalacaqsınız. Və nə gözəl mükafatdır o kəslər üçün ki, çalışmışdırlar. Siz könüllü surətdə - Mənim xatirimə, bir ayda ki, onun hörmətini uca tutdum və haqqınin riayət olunmasını vacib bildim - oruc tutdunuz. Ey mənim mələklərim! Bu kişi və qadın bəndələrimi behiştə aparınız!". Bu mükafat o kəs üçündür ki, bu ayın bir miqdarında oruc tuta. Və hətta 1 gün olsa da belə: əvvəlində, ortasında və ya axırında".
RƏCƏB AYININ ƏMƏLLƏRİNDƏN
Rəcəbdə bütün ay boyu oruc tutmaq böyük nemətlərdəndir. Amma, imkan daxilində, ay ərzində heç olmasa 3 gün oruc tutmaq məsləhtdir. Rəcəb ayında oruc tuta bilməyən şəxslər sədəqə verə bilərlər. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə verə bilərlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.
Oruc və dualardan əlavə, Rəcəb ayının əvvəlində, ortasında və axırında qüsl etmək müstəhəb əməllərdəndir. Bu əməl, inşəallah, günahların bağışlanmasına səbəb olar.
Rəcəb ayında Mə'sumların (ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır.
Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (lə iləhə illəllah) deməyin böyük fəziləti vardır.
Rəcəbin 15-nin gecəsində (14-dən 15-nə keçən gecə) 12 rük'ət namaz ricaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq məsləhət bilinmişdir.
Rəcəb ayının 15-də qüsl etmək, oruc tutmaq, İmam Hüseynin (ə) ziyarətini oxumaq müstəhəbdir.
Bir qədər Rəcəb ayında baş vermiş tarixi hadisələr haqqında
Hicri 57-ci ildə rəcəb ayının 1-də 5-ci imam - İmam Muhəmməd Baqirin (ə) mübarək mövludu günüdür.
Hicri 254-cü il rəcəb ayının 3-də 10-cu imam - İmam Hadi (ə) Allah yolunda şəhadətə yetişmişdir.
Hicri 195-ci il Rəcəb ayının 10-u, 9-cu imam - İmam Muhəmməd Təqinin (ə) (müsəlmanlar bu mübarək şəxsi, İmam Cavad (ə) adı ilə də tanıyırlar) mübarək mövludu günüdür.
Hicrətdən - Həzrət Peyğəmbərin (s) öz səhabələri-mühacirlər ilə birlikdə Məkkədən Mədinəyə köçməsindən 23 il öncə, Rəcəb ayının 13-də, Məkkə şəhərində, Kə'bə evində Əmirəlmö'minin Həzrət Əli (ə) dünyaya gəlmişdir.
Hicri 62-ci il Rəcəb ayının 15-i Həzrət Zeynəbin (s.ə.) vəfatı günüdür. Kərbəla faciəsinin iştirakçısı olan bu qəhrəman xanım, bu faciə barədə, habelə, İmam Hüseynin (ə) zalım Yezid istibdadına qarşı qiyam etməyə vadar edən səbəblər haqqında həqiqətləri insanlara çatdırmışdır.
Rəcəb ayının 19-u, 9-cu hicri ilində, Təbuk qəzvəsi baş vermişdir. Gənc İslam qoşunu, Rum imperiyasının təcavüzünün qarşısını almaq üçün, Rəsuli-Əkrəmin (s) başçılığı altında, Mədinə şəhərindən Ərəbistan yarımadasının şimalınadək yürüş etmiş, İslamın qüdrət və əzəmətini bütün ərəb tayfalarına nümayiş etmişdir.
Rəcəb ayının 20-si, 13-cü hicri ilində müsəlman mücahidlərilə Rum imperiyası arasında Yərmuk döyüşü baş vermişdir.
Rəcəb ayının 24-ü, 7-ci hicri ilində, mühüm strateci əhəmiyyətə malik olan Xeybər qalası müsəlmanlar tərəfindən fəth edilmişdir.
Rəcəb ayının 25-i, hicri 183-cü ildə, müsəlmanların 7-ci İmamı - İmam Museyi Kazım (ə), dövrün xəlifəsi qəsbkar Harun-ər-Rəşid tərfindən zəhərlənərək, şəhadətə yetişmişdir. Mübarək hərəmi Kazimeyn şəhərindədir. İmamı (ə) ziyarət etməyə əli çatmayanlar, onun qızlarının Vətənimizdə - Nardaranda (xanım Rəhimənin) və Bibi-heybətdə (xanım Həkimənin) olan məqbərələrini ziyarət edə bilərlər.
Rəcəb ayının 24-ü, 7-ci hicri ilində, mühüm strateci əhəmiyyətə malik olan Xeybər qalası müsəlmanlar tərəfindən fəth edilmişdir.
Rəcəb ayının 25-i, hicri 183-cü ildə, müsəlmanların 7-ci İmamı - İmam Museyi Kazım (ə), dövrün xəlifəsi qəsbkar Harun-ər-Rəşid tərəfindən zəhərlənərək, şəhadətə yetişmişdir. Mübarək hərəmi Kazimeyn (İrak) şəhərindədir. İmamı (ə) ziyarət etməyə əli çatmayanlar, onun qızlarının Vətənimizdə - Nardaranda və Bibi-heybətdə olan məqbərələrini ziyarət edə bilərlər.
Rəcəb ayının 27-də, hicrətdən 13 il öncə - Allahın Elçisi Həzrət Muhəmməd ibn Abdullaha (s) peyğəmbərliyin verilməsi günü - Məb'əs günüdür. Bu gündə oruc tutmaq çox müstəhəbdir.
Rəcəb ayının 28-i, hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hərəkət etmişdir. Bu - Aşura salnaməsi ilə sonlanan, xilafəti qəsb etmiş zalım Yezid istibdadına qarşı mübarizə hərəkatının başlanğıcı idi. Azsaylı tərəfdarları ilə İslamı yaşadan, zülmə, rəzilliyə "Yox!" deyən İmam Hüseyn (ə), bu yenilməz mübarizəsilə misilsiz qəhrəmanlıq məktəbinin əsasını qoymuşdur.
Rəcəb ayında oxunan gündəlik dua
Ya mən ərcuhu li kulli xəyr, və amənu səxatəhu ində kulli şərr.
Ya mən yu'til kəsira bil qalil.
Ya mən yu' ti mən sə-ələhu.
Ya mən yu' ti mən ləm yəc' əlhu və mən ləm yə' rifhu təhənnunən minhu və rahməh.
Ə' tini biməs' ələti, iyyakə cəmi' ə xəyriddunyə və cəmi' ə xəyril axirah.
Vəsrif ənni biməs 'ələti, iyyəkə cəmi'ə şərrid-dunyə və şərril axirah.
Fə innəhu ğayru mənqusin mə ə' təytə, və zidni min fəzlikə ya kərim,
Duanın bu yerində sol əlinlə başını və ya saqqalını tut və sağ əlinin şəhadət barmağını qibləyə tərəf yönəldərək, xuzu və xuşu halında de:
Ya zəl cəlali vəl ikram. Ya zənnə ma' i vəl cud.
Ya zəl mənni vəttəvl, hərrim şəybəti ələnnər, hərrim şə' ri ələnnər,
Hərrim cəsədi ələnnər.
Qeyd. Altından xətt çəkilmiş hərflər oxunarkən, səs 2 dəfə uzadılmalıdır.
1426-cı hicri qəməri (2005-ci miladi) ili üçün
Rəcəb ayının azan vaxtlarının
CƏDVƏLİ