HEYHAT MİNNA ZİLLƏH!
N 196
Rəcəb ayı, 1426 (19 avqust 2005-ci il)
MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!
Rəcəb ayının 13-ü - Əmirəlmöminin Həzrət Əlinin (ə) mübarək mövludu günüdür. Bu əziz bayram münasibətilə İçəri-şəhər "Cümə" məscidinin dini icması bütün inanclı bacı və qardaşları təbrik edir!
HƏZRƏT ƏLİNİN (Ə) İMANININ DƏRƏCƏSİ BARƏDƏ
Həzrət Əli (ə) belə münacat edirmiş: "İlahi! Mən aqibətimin, sonumun qorxusundan deyil və ya mükafatına qarşı rəğbətdən deyil, həqiqətdə mən yalnız Səni ibadət üçün layiq tapdığım üçün Sənə ibadət etdim".
HƏZRƏT ƏLİ (ə) HAQQINDA
Həzrət Rəsulullahdan (s) nəql edirlər: "Gördüm ki, behiştin qapısına yazılmışdır: "Allahdan başqa mə'bud yoxdur, Mühəmməd (s) Onun elçisidir, Əli (ə) - onun (Peyğəmbərin) qardaşıdır"".
Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Əli ibni Əbi Talib (ə) İslamı qəbul etməkdə ümmətin ən öncülüdür, onların ən elmlisidir, onların içində ən imanlısıdır...və o, məndən sonra İmam və xəlifədir".
Həzrət Rəsuli-Əkrəmdən (s) nəql edirlər: "Əli (ə) - insanların ən xoşəxlaqlısıdır".
Həzrət Rəsuli-Əkrəmdən (s) nəql edirlər: "Ey Əli can! İmanın sənin ətin və qanınla qarışması, mənim ətimə və qanıma qarışması qədərdir".
Həzrət Fatimeyi-Zəhradan (s) nəql edirlər: "Eşitdim ki, əziz İslam Peyğəmbəri (s) buyurdu: "Əli - ən layiqli kəsdir və onu sizin aranızda canişin qərar verirəm. Əli (ə) məndən sonra İmam və xəlifədir və iki övladın (Həsən (ə) və Hüseyn (ə)) atasıdır və Hüseynin nəslindən olan doqquz övlad - pak və gözəl rəhbər, İmamlardırlar. Əgər onlara itaət etsəniz, sizləri hidayət edəcəklər; lakin, əgər müxalifət etsəniz, Qiyamətədək aranızda təfriqə və ixtilaf bəlası üzərinizdə hakim olacaqdır".
Həzrət Zəhradan (s) soruşuldu ki, "Bəs nə üçün Əli (ə) sükut etdi və öz haqqını almadı?" Həzrət Zəhra (s) cavab verdi: "Allahın Elçisi (s) buyurmuşdur: "İmamın məsəli, Kə'bənin məsəli kimidir. İnsanlar gərək Kə'bənin ətrafında təvaf edə, nəinki Kə'bə insanların ətrafına təvaf edə".
Həzrət Fatimeyi-Zəhradan (s) nəql edirlər: "Unutdunuzmu ki, Allahın Elçisi (s) Qədir-Xum günü buyurdu: "Hər kimin mövla və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir!"".
Həzrət Fatimeyi-Zəhradan (s) nəql edirlər: "Unutdunuzmu ki, Allahın Elçisi (s) Əliyə (ə) dedi: "Ya Əli! Sənin mənə nisbətdə məqamın, Harunun Musaya olan məqamı kimidir"".
İnsanlar Həzrət Əlinin (ə) ardınca getməmələrinə görə müxtəlif bəhanələr gətirdikdə və Həzrət Əlini (ə) susmaqda günahlandırdıqda, Həzrət Zəhra buyurmuşdur: "Peyğəmbər (s) Qədir-Xumdan sonra heç bir bəhanə qoymamışdır" /yə'ni, Həzrət Peyğəmbər (s), müsəlmanların Həzrət Əliyə münasibətdə vəzifələrini dəqiq müəyyən etmişdir/.
Həzrət Fatimeyi-Zəhradan (s) nəql edirlər: "Əli - rəbbani və ilahi bir İmamdır və nuraniyyət abidəsidir. Bütün allahpərəstlərin, ariflərin qütbüdür, paklar sülaləsinin övladıdır; həqiqəti söyləyəndir, İmamətin əsası və mərkəzidir, Peyğəmbərin 2 gül dəstəsi və cənnət cavanlarının sərvərləri - Həsən və Hüseynin atasıdır".
İmam Cavaddan (ə) nəql edirlər: "Allahın Rəsulu (s) Əliyə (ə) 1000 kəlmə öyrətdi ki, hər kəlməsi 1000 kəlməni açıqlayır".
İmam Mehdi Sahib-əz-zəmanın (ə.f) etdiyi dualardan: "Allahummə ...və salli ələ əmirilmu'mininə, və vərisil-mursəlinə, və qaidil-ğurril-muhəccəlinə və səyyidil-vəsiyyinə".
(İlahi!...Əmirəlmö'mininə, Peyğəmbərin (s) varisinə, dəstəmazdan nurlananların rəhbərinə, vəsilərin sərvərinə salam göndər !).
HƏZRƏT ƏLİDƏN (ə) NƏQL EDİRLƏR:
Təfəkkür haqqında
Həzrət Əlidən (ə) nəql edirlər: "Təfəkkür etmək, düşünmək (Allahın xəlq etdikləri haqqında, xeyir işləri həyata keçirmək barədə) - ibadətdir. Fikir və düşüncə insanın ağlını nurani edir".
Tövbə haqqında
Həzrət Əlidən (ə) nəql edirlər: "Tövbə: qəlbdən gələn peşimançılıqdan, dillə bağışlanmaq diləməkdən, günahı əməldə tərk etməkdən və günahın təkrar olunmamasını qəti qərarlaşdırmaqdan ibarətdir".
Həzrət Əlidən (s) nəql edirlər: "Günah etməmək, tövbə etməkdən daha asandır".
Yaxşını pisdən seçmək haqqında
Həzrət Əlidən (ə) nəql edirlər: "O kəs ki, xeyri şərdən ayırmır və yaxşılığı pisdən seçmir - heyvan təkidir".
İctimai münasibətlər haqqında
Həzrət Əlidən (ə) nəql edirlər: "Bir kəs ki, qəlbilə, əlilə, dililə (cəmiyyətdə) günahların qarşısını almaya, dirilər arasında hərəkət edən bir ölüyə bənzər".
İnsanlararası münasibətlər haqqında
Həzrət Əlidən (ə) nəql edirlər: "Heç vaxt yaxşı insanla günahkar şəxsə eyni gözlə baxma. Çünki, onların hər ikisilə eyni münasibətdə olmaq, yaxşı adamı yaxşı işlərə qarşı meylsiz, pis adamı isə pis işlərə qarşı meylli edər. Bunların hər birilə əməllərinə müvafiq, (İslamın tələblərinə) uyğun rəftar et".
1426-cı hicri qəməri (2005-ci miladi) ili üçün
Rəcəb ayının azan vaxtlarının
CƏDVƏLİ