İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 197
Rəcəb ayı, 1426 (26 avqust 2005-ci il)


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!

 
  

 HƏDİS. İctimai proseslərin qanunauyğunluqları haqqında 

     Həzrət Əlidən (ə) nəql edirlər: "O zaman ki, qəddarlıq, yalan, fəsad topluma hakim kəsilər, bu halda, etibarlıq, əminlik, sülh, səmimilik və mehribanlıq həmin toplumu tərk etmiş olar. Və bunları riyakarlıq, parçalanma və hərc-mərclik əvəz edər. Bunların gəlişi ilə isə zülmkarların hökmranlığı bərqərar olar və bununla da cəmiyyət öz əzəmətini itirər".
     "O zaman ki, cinayətlər cəmiyyətdə özünə yer alar, onda nemətlər bu toplumu tərk edər".
     "O cəmiyyət ki, orada nizam və dəqiq proqram mövcud deyil, daima çaşqın və köməksiz durumda qalacaqdır. Və nəticə etibarilə belə cəmiyyət zalım recim tərəfindən rəzilliyə düçar ediləcəkdir".
     "Əgər hərcmərclik, riyakarlıq və ikiüzlülük cəmiyyəti idarə edərsə, onlar (cəmiyyətin üzvləri) heç zaman qələbəyə çatmazlar və həqiqi azadlığın dadını dadmazlar".
     "And olsun Allaha ki, heç bir toplum İlahi rəhmətdən məhrum olmaz, yalnız o haldan savayı ki, öz günahları ucbatından özünü bu rəhmətdən məhrum edə".
     "Əgər insanlar tənbəl və bərkdən-boşdan çıxmamış bir durumda olsalar və öz daxili istedadlarını basaraq, zülmə, ədalətsizliyə qarşı müqavimət, mübarizə əvəzinə laqeydliyə və rahatlığa meylliyə üstünlük versələr, bu halda onlar heç zaman öz həqiqi vəzifələrinə yetişməzlər. Və həyatlarında heç zaman zəfər görməzlər. Əksinə, (belə insanlar) həmişə alçaldılmış, köməksiz, çaşqın vəziyyətdə qalıb, nəticədə daima məğlubiyyətə düçar olacaqlar".

 HƏDİS. Nəcib vəzifə haqqında 

     Həzrət Əlidən (ə) nəql edirlər: "Sizlərdən hər kəsin ki, imkanı və vaxtı var, ölüm onu haqlamamışdan öncə, qoy savab işlər görsün. Hələ ki, vaxt var, xeyirxah işlər görmək imkanı mövcuddur. Və buna görə də, hazırki həyatımızdan sonrakı (dövrə) hazırlaşmaq zəruridir. Bu dünya yalnızca əbədiyyət öncəsi müvəqqəti yaşayış məkanıdır. O əbədiyyətdən öncə ki, ona hazırlaşmaq zəruridir".


 HƏDİS. Tövbə haqqında 

     Həzrət Əlidən (ə) nəql edirlər: "Əgər bəlaların nazil olduğu və İlahi rəhmətdən məhrum olduqları zaman insanlar düzgün niyyətlərlə İlahi dərgaha əl açsalar və qəlbləri məhəbbətlə dolu bir vəziyyətdə Allahdan məğfirət diləsələr, bu halda bütün itirdikləri onlara qaytarılar və bütün fəsadlar dəf olar".

 BAYRAM TƏDBİRİ 

     Ötən həftə İçərişəhər "Cümə" məscidi dini icmasının təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində Həzrət Əlinin (ə) mübarək mövluduna həsr edilmiş "İslamda kamil insan obrazı" mövzusunda elmi konfrans keçirilmişdir. Tədbirdə ölkənin yaradıcı ziyalılarının görkəmli nümayəndələri, hüquq müdafiəçiləri, ictimai xadimlər, curnalistlər iştirak etmişlər.
     Həmin günün axşamı "Cümə" məscidinin dini icması tərəfindən bayram tədbiri keçirilmişdir. Burada "Əhli-Beyt aşiqləri" qrupu Böyük İslam Peyğəmbərini (s), İmam Əlini (ə), İlahi dəyərləri tərənnüm edən ilahilər ifa etmişlər.



     "DƏYƏRLƏR" İNFORMASİYA - ANALİTİK PORTALININ MƏLUMATI

     (22080521 - 1) Apellyasiya Məhkəməsi hakim Qafil Baxışovun inanclı xanımın işə bərpa edilməsi barədə qətnaməsini qüvvədə saxladı.

     "Dəyərlər" informasiya-analitik portalı artıq xəbər vermişdir ki, (məlumat 1-010605) Sumqayıt şəhəri "İstedad" litseyinin biologiya müəlliməsi Əliyeva Şəhla İsmayıl qızı martın 30-da işdən çıxarılmışdır. İşdən çıxarılmanın səbəbi o olmuşdur ki, dini etiqadına əsasən, Ş.Əliyeva başını yaylıqla bağlayırdı. Litseyin müdriyyəti bildirmişdir ki, müəllimə şagirdlərə Darvinin təkamül nəzəriyyəsini tədris etməli olduğuna görə, başörtüyünü açmalıdr. Əliyeva Şəhla bildirmişdir ki, başını dini etiqadına əsasən örtür və irəli sürülən tələbləri qeyri-qanuni, onun Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirir. Lakin, bu etiraz heç bir nəticə verməmişdir. "Bundan əlavə, istər Darvinin, istərsə də hər hansı digər nəzəriyyənin tədris edilməsi mənim üçün heç bir problem deyildir və hesab edirəm ki, elmdə müxtəlif nəzəri baxışların plüralizmi mövcuddur" - deyə Əliyeva Şəhla bildirmişdir.
     Lakin, "İstedad" litseyinin müdriyyəti başörtüyünün çıxarılması barədə tələbində israrlı idi. Əliyeva Şəhla buna etiraz etdikdə, onu işdən çıxardılar. Belə olduqda, Əliyeva Şəhla hüququ yardım etmək xahişi ilə DEVAMM-a müraciət etdi. Aprelin 28-də Əliyeva Şəhlanın adından məhkəməyə iddia ərizəsi verildi. Mayın 30-da başlamış məhkəmə iclası, iyun ayının 8-də, Əliyeva Şəhlanın işə bərpa olunması və buraxılmış aylara görə ona kompensasiyanın ödənilməsi barədə hakim Qafil Baxışovun çıxarıdığı qərarla nəticələndi. Bundan sonra, litseyin müdriyyəti Apellyasiya Məhkəməsinə şikayət ilə müraciət etdi.
     Məhkəmə baxışı nəticəsində, litseyin vəkilləri öz mövqelərinin müdafiəsi üçün yeni heç bir şey təqdim etmədi, müdriyyəti özü isə, ümumiyyətlə məhkəmə iclaslarına gəlmədi. Hakim Asif Allahverdiyevin sədrliyi ilə Apellyasiya Məhkəməsinin Məhkəmə Kollegiyası hüquqları pozulmuş tərəfin müdafiəsinin dəlillərini dinlədikdən sonra, litsey müdriyyətinin şikayətinin təmin edilməməsi və Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanması barədə qərar qəbul etdi.
     Apellyasiya Məhkəməsinin qərarını şərh edərək, DEVAMM-ın sədri, İRLA - Beynəlxalq Din Azadlığı Assosiasiyası Azərbaycan bölməsinin baş katibi İlqar İbrahimoğlu qeyd etdi ki, baş verənləri ölkədə insan haqları və ədalətin kiçik qələbəsinin davamı kimi xarakterizə etdi. "Lakin buna baxmayaraq, insan haqları, həmçinin din azadlıqları ilə bağlı ölkədəki ümumi vəziyyətsevindirici deyil və hələ çoxlu görüləsi işlər var" - deyə İ.İbrahimoğlu bildirmişdir.

     "Dəyərlər" informasiya-analitik portalı
     e-mail: deyerler.org@gmail.com




 1426-cı hicri qəməri (2005-ci miladi) ili üçün Rəcəb ayının azan vaxtlarının CƏDVƏLİ  

Rəcəb ayı
Avqust - Sentyabr
Sübh azanı
Günəş çıxır
Zöhr azanı
Şam azanı
Gecə yarısı
20
26
05-36
07-02
13-42
20-39
01-08
21
27
05-37
07-03
13-42
20-38
01-08
22
28
05-39
07-04
13-42
20-36
01-09
23
29
05-40
07-05
13-41
20-34
01-08
24
30
05-41
07-06
13-41
20-33
01-08
25
31
05-42
07-07
13-41
20-31
01-07
26
1
05-43
07-08
13-41
20-30
01-07
 


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi