İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
Bülleten
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version
HEYHAT MİNNA ZİLLƏH!

N 198
Rəcəb ayı - Şəban ayı, 1426 (2 sentyabr 2005-ci il)


MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ!


 BAYRAM 

     Rəcəb ayının 27-də, hicrətdən 13 il öncə - Allahın elçisi Həzrət Muhəmməd ibn Abdullaha (s) peyğəmbərliyin verilməsi günü - Məb'əs günüdür.
     Bu gündə oruc tutmaq çox müstəhəbdir.

 HƏDİS. Risalətin fəlsəfəsi barədə 

     Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Mən kamil əxlaqı tamamlamaq üçün məbus oldum".

 HƏDİS. Şəban ayının fəziləti haqqında 

     Həzrət Peyğəmbərə (s) sual etmişlər ki, "Hansı günlərin orucu daha əfzəldir?" Cavabında buyurdu ki, "Ramazan ayına hörmət və tə'zim nümayiş etməyə görə - Şəban ayının orucu".

 Şəban ayının əməllərindən 

      - Şəban ayında sədəqə verməyin böyük savabı vardır;
      - Şəban ayında çoxlu tövbə etmək tövsiyə edilmişdir;
     - Şəban ayında hər gün 70 dəfə bu duanı oxumaq məsləhət görülür:
     "ƏSTƏĞFİRULLAHƏ VƏ ƏS-ƏLUHUT-TƏVBƏ".


 MÖVLUD 

     Şəban ayının 3-də, hicri 3-cü ildə - İmam Hüseynin (ə) mübarək mövludu günüdür.
     Şəban ayının 4-də, hicri 24-cü ildə - Aşura qəhrəmanı, Həzrət Əli (ə) yadigarı, rəşadətli ələmdar Həzrət Əbülfəzl Abbasın (ə) mübarək mövludu günüdür.
     Şəban ayının 5-də, hicri 38-cü ildə - Aşura həqiqətlərini dünyaya çatdıran, öz şücaətilə hətta zalım müstəbidləri də çaşqınlığa salan İmam Səccadın (ə) mübarək mövludu günüdür.
     Şəban ayının 11-də hicri 33-cü ildə - Kərbəla qəhrəmanı, öz şücaətilə düşməni lərzəyə gətirən, İmam Hüseynin (ə) böyük oğlu - Həzrət Əli Əkbərin mübarək mövludu günüdür.
     Şəban ayının 15-də hicri 255-ci ildə - İmam Mehdi Sahib-əz-Zəmanın (ə.f.) mübarək mövludu günüdür.


 HƏDİS. İmam Hüseynə (ə) məhəbbət haqqında 

     İslam Peyğəmbərindən (s) nəql edirlər:
     "Əhəbbəllahu mən əhəbbə Hüseynə"
     (Allah təala, hər bir İmam Hüseyn (a) aşiqinin aşiqidir).



 TARİX 

     Rəcəb ayının 28-i, hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Məkkədən Mədinəyə doğru hərəkət etmişdir. Bu - Aşura salnaməsi ilə sonlanan, xilafəti qəsb etmiş zalım Yezid istibdadına qarşı mübarizə hərəkatının başlanğıcı idi. Azsaylı tərəfdarları ilə İslamı yaşadan, rəzilliyə "Yox!" deyən İmam Hüseyn (ə), bu yenilməz mübarizəsilə misilsiz qəhrəmanlıq məktəbinin əsasını qoymuşdur.


 ƏLAMƏTDAR TARİX 

     3 sentyabr - Beynəlxalq hicabla həmrəylik Günü münasibətilə ölkə ictimaiyyətinə müraciət qəbul edilmişdir.

     Müraciətdə bildirilir:
     "Yaşadığımız 21-ci əsr insan haqlarına xüsusi bir diqqətlə səciyyələnir. Lakin, təəssüflər olsun ki, insan şəxsiyyət və ləyaqətinin qarantı olan insan haqlarının müxtəlif sahələrdə pozulması, günümüzün acı bir reallığındandır.
     Burada xüsusilə son dövrlərdə islamofobiya, mədəniyyətlərin toqquşması təki bəşərə qarşı yönəlmiş ideologiyaların nəticəsi olan hicab problemini diqqətinizə çəkmək istərdik.
     Hicab bir din və vicdan azadlığıdır. Məlum olduğu kimi, BMT Mülki və Siyasi Hüquqlar Haqqında Paktın 18-ci maddəsində, habelə, bu maddənin BMT İnsan Haqları Komitəsi tərəfindən verilən 22-ci əsas icmalında, eləcə də, İnsan Haqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının 9-cu maddəsində bu hüquq birmənalı olaraq bəyan edilmişdir.
     Əfsuslar olsun ki, bir neçə ölkədə inanclı xanımların başörtüyü geymək hüququnu dövlət məktəblərində məhdudlaşdırmaq istiqamətində tendensiyalar müşahidə edilməkdədir.
     Lakin, bu sırada ən müdhiş durum vətənimiz Azərbaycandadır. Belə ki, 1998-ci ildən bəri ümumvətəndaş pasportlarının, habelə 2002-ci ildən etibarən şəxsiyyət vəsiqələrinin alınması zamanı inanclı xanımlar əqidələrinə uyğun olaraq, başörtüklü fotoşəkilli pasportların verilməsinə mövcud olan qadağa nəticəsində, bir çox mülki və siyasi hüquqlardan məhrum olmuşlar.
     Amma sevindirici bir haldır ki, bir sıra ölkələrdə, o cümlədən, Böyük Britaniya, İran, Hollandiya, Belçika, Fransa, Türkiyə, ABŞ, Kanada, İordaniya, Misirdə mütərəqqi və vicdanlı insanlar inanclı müsəlman xanımların "hicab hüququ" uğrunda artıq bir müddətdir ki, geniş mübarizəyə başlamışlar. 2004-cü ilin 3 sentyabrında Londonda, bu mübarizənin simvolu kimi, 3 sentyabr - Beynəlxalq Hicabla Həmrəylik Günü elan olunmuşdur.
     Biz əminik ki, belə bir nəcib və insanpərvər təşəbbüs bütün mütərəqqi dünyanı özündə cəmləşdirəcək. Belə ki, hicabın azadlığına münasibət əslində bütövlükdə vicdan azadlığına və insan haqlarına olan münasibətin təzahürüdür.
     Ümid edirik ki, fundamental insan haqlarının müdafiəsinə Siz də, öz önəmli səsinizi qoşacaqsınız!".
     Müraciəti "Hicaba dəstək və müdafiə Assambleyası", İçərişəhər "Cümə" məscidinin dini icması, DEVAMM - Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi, İHRCS - İnsan Haqları və Vətəndaş Mövqeyi İnstitutu, İRLA - Beynəlxalq Din Azadlığı Assosiasiyasının Azərbaycan bölməsi, "Həzrət Fatimə(s.ə)" möminələr heyəti, "Həzrət Zeynəb(s.ə)" xanımlar məclisi, "Möminə tələbələr Birliyi", İnanclı xanımların hüquqlarının Müdafiə Komitəsi imzalamışdır.
     Beynəlxalq hicabla həmrəylik Günü ilə əlaqədar adıçəkilən təşkilatlar bir sıra tədbirlər keçirməyi nəzərdə tutmuşlar. Bu barədə, inşəallah, növbəti sayımızda məlumat veriləcəkdir.



 1426-cı hicri qəməri (2005-ci miladi) ili üçün Rəcəb və Şaban aylarının azan vaxtlarının CƏDVƏLİ  

Rəcəb ayı - Şaban ayı
Sentyabr
Sübh azanı
Günəş çıxır
Zöhr azanı
Şam azanı
Gecə yarısı
27
2
05-45
07-08
13-40
20-28
01-07
28
3
05-46
07-09
13-40
20-26
01-07
29
4
05-47
07-10
13-40
20-25
01-07
5
05-48
07-11
13-39
20-23
01-06
6
05-49
07-13
13-39
20-21
01-06
7
05-51
07-14
13-39
20-20
01-06
8
05-52
07-15
13-38
20-18
01-05
 


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi