İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
pxl
Home Mail
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl
pxl


İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İslamda ailə
Azeri Version İçəri Şəhər 'Cümə' məscidi Russian Version İçəri Şəhər 'Cümə' məscidi English Version

     İSLAMDA AİLƏ
     Mövzu: AİLƏDƏ SALAM VERMƏK HAQQINDA(2).
     Tarix: 02 may 2004-cü il.
     İmam-camaat: Hacı İlqar İbrahimoğlu Allahverdi
     Bismilləhir-Rahmənir-Rahim.
     Vəs-salətu vəs-sələmu alə rasulilləhil-əmin, Muhəmmədin salləl-lahu ələyhi və alihi və səlləm və alihi tayyibinət - tahirin və lənətul-lahi alə ə-dəihim əcməin minəl-ən ilə qiyəmi yəvmid-din.


     Bəhsin əvvəlində mən, bu cəmi, mübarək “Vəhdət həftəsi” münasibəti ilə təbrik edirəm. Bu həftə haqqında bir neçə kəlmə danışaq və bəhsə keçək. Bu gün “İslamda ailə” bəhsinin ikinci hissəsidir.
     “Vəhdət həftəsi” öz-özlüyündə çox mübarək bir həftədir. Yaranmasının əsl mahiyyəti isə bundan ibarət olub. Əziz Peyğəmbərimizin (s) mövludu ilə bağlı təəssüflər olsun ki, müsəlman aləmində iki fərqli tarix mövcuddur. Əsl tarix ki, rəbbiyəl-əvvəl ayının 17-də (bu il may ayının 7-də) Peyğəmbərin (s) anadanolma günüdür. Lakin, bə’zi mənbələrə görə rəbbiyəl-əvvəl ayının 12-nə (bu il may ayının 2-nə) də təsadüf edilir. Bu baxımdan, bu ixtilafı, bu fərqi, müsəlmanlar arasında parçalayıcı amilləri kənara qoymaq məqsədilə builki tarixlə may ayının 2-dən 7-nə kimi “Vəhdət həftəsi” qeyd edilir və Allahın köməkliyi ilə may ayının 7-si əziz Peyğəmbərimizin (s) anadan olma günüdür ki, inşəallah, çox geniş formada, hamı hər yerdə bacardığı qədər keçirtsin, Allahın köməkliyi ilə.
     Bəhsimiz bundan ibarət idi ki, İslamda ailə ən mühüm bəhslərdən, günümüzün və zəmanəmizin ən mühüm məsələlərindən biridir. Çünki, məktəb ki, pis vəziyyətdədir, mühit pis vəziyyətdədir, bunlar göz qabağındadır. Əvvəllər heç olmasa məktəbdə uşağa nəsə tərbiyə verirdilər, nəsə mühit var idi, dərnəklər var idi və s. Mühit o yerə gəlib çatıb ki, bu gün ailə həmişəkindən daha çox və həmişəkindən daha aktual duruma gəlib çıxıb. Yaxın dövrlərdə əsasən insan tərbiyə etmək funksiyası yerinə yetirən ailəni əvəz edə biləcək heç bir şey görünmür. Bu baxımdan, İslam, insanın fitrəti ilə tam uyğunlaşan bir din olduğu üçün, elə öncədən də ailəni toplumda ən müqəddəs özək, hissə kimi qiymətləndirir və ailə ilə bağlı kifayət qədər mövzular var ki, İslam bu mövzulara həddən artıq diqqət yetirir.
     Bizim keçən həftədəki bəhsimiz bundan ibarət idi ki, İslamda ailə bəhsi “nə etməli?” hissəsinə aiddir. İnsan bilir Allah var, Peyğəmbər (s) var, İmam (ə) var, Qiyamət günü var, sorğu-sual var və s. Amma nə etməli? İnsan özü ilə Allah arasında münasibəti necə qurmalı? – bu bir. İnsan başqa insanlarla münasibətini necə qurmalı – bu iki. Və digər insanlarla necə münasibəti qurmalının içində bir mövzu xüsusiləşir ki, insan özünə yaxın insanlarla, daha çox özünə yaxın və ünsiyyətdə olduğu insanlarla ünsiyyətini necə qurmalı? Ailə də buna aid olan məsələdir ki, ailədə ata və övlad münasibətləri, övlad və ata münasibətləri, ailədə həyat yoldaşları arasında olan münasibət, ana və övlad münasibəti, övladlar arasındakı münasibət – bunlar hamısı çox mühüm mövzulardır.
     Bu baxımdan biz keçən həftə bir mövzuya toxunduq ki, adicə, sadə, gözə çarpan bir məsələdir. Səsləmək, çağırmaq və ünvanlamaq. Misal üçün, ailədə insanlar bir-birlərini necə çağırmalıdır. İslamın bununla bağlı ümumi resepti, ümumi düsturu bundan ibarətdir ki, zaman, məkan, şərait bunların hamısını əhatə edir. Ümumiyyətlə, toplum üçün hazır düsturu var və bu da ondan ibarətdir ki, tərəf müqabilini, onun ən bəyəndiyi tərzdə çağır.
     Yə’ni, bu bütün topluma da aiddir, o cümlədən də ailənin içi münasibətlərinə də aiddir. Övladı çağırsan axmağın biri, övladı çağırsan avaranın biri, övladı çağırsan vələduzzina bu təbii ki, uşaq böyüdükcə o xüsusiyyətləri özündə daşımaq istəyəcək.
     O cümlədən də əksinə. Fikir versək, görərik ki, insanı necə çağırmağın onun şəxsiyyəti ilə birbaşa aidiyyatı var. Bir neçə tərəfdən həm şəxsiyyəti təhqir məsələsi durur, üstəlik də necə çağırmaqdan asılı olaraq onu tərbiyələndirmək də mümükündür.
     İnsanı çağırarkən əslində onun şəxsiyyətinə qiymət verirsən və ondan gözlədiyin hərəkətlərin ondan umduğun hərəkətlərin qiymətini verirsən. Keçən dəfə bəhsimiz bundan ibarət oldu ki, burada ümumi formul bundan ibarətdir ki, necə çağırır çağırsın, tərəf müqabilinin xoşuna gəlsin və tərəf müqabili bunu bəyənsin. Yə’ni, burada zaman, məkan, şəraitə görə dəyişə bilər. Bu bizim keçən dəfəki bəhsimiz idi, Allahın köməkliyi ilə, bu gün biz keçək yeni bəhsimizə, salam vermək bəhsinə.
     Salam vermək, ən mühüm bəhslərdən biridir. Salam və salamın ailədə əhəmiyyəti. Yenə də qayıdaq bu bəhsə ki, ailə elə bir yerdir ki, insan ən çox təmasda olmalı bir şəraitdə olur. Ailədəki ab-hava, ailədəki mühitdən çox şey asılıdır. Ailələr normal olanda, toplum da normallaşır. Ailələr normal olmayanda, toplumun evi yıxılır.
     Bu gün Azərbaycan cəmiyyətində ailələrin vəziyyətində çox böyük ağrılıq yaranıb, çox böyük deqradasiya baş verir. Səbəbinin də əsas kökü bundan ibarətdir ki, hər xalqın özünün ailədə illərdən, əsrlərdən, yüz illərdən keçib gəlmiş və ona çatmış mental dəyərlər sistemi var. Bu dəyərlər sistemi dağılır və bu dəyərlər sistemində nəsə əvəzləyici bir nəsə ortalığa çıxmır və aləm qarışır bir birinə. Artıq elə bir vəziyyət yaranır ki, ailələr dağılandan sonra, ailələr aradan gedəndən sonra, ailələrdə dəyərlər yaşanmayandan sonra o millətin ümumiyyətlə, gələcəyindən söhbət gedə bilməz. Ona görə də bu bəhs çox əhəmiyyətlidir.
     Bugünkü salam ilə bağlı bəhsimiz onun tərkib hissəsidir. Salam vermək çox zəruri bir məsələdir. Ailədə salamlaşmağın özünün əhəmiyyətli bir yeri var ki, inşaallah, ona da toxunacağıq. Salam verməyin özünün ən böyük mahiyyətlərindən biri bundan ibarətdir ki, salam – insanlar arasında ünsiyyət yaratmaq, insanlar arasında ülfət, məhəbbət, sevgi yaratmaq üçün ən böyük amillərdən biridir. Salam verilən toplumlarda tam başqa bir durum olur, tam başqa bir ab-hava olur. Salam – kini aradan aparır, salam – küdurəti aradan aparır. Salam bir çox mənfilikləri və bir çox eybəcərlikləri aradan aparır.
     Ailəyə gəldikdə də görürük ki, bu çox mühüm məsələdir. Valideynlə övlad ən çox rastlaşan insanlardır. Bunların bir-birləri ilə görüşən zaman verdikləri salamların nə qədər əhəmiyyəti var. İslam dininin bununla bağlı baxışı, nəzəri bundan ibarətdir ki, salam mütləq verilməlidir. “Bura evdir”, “burada yad adam yoxdur”, “burada salamlaşmağın əhəmiyyəti yoxdur” kimi fikirlər çox səhv və yanlış təsəvvürlərdir. Hansını ki, İslam qəbul etmir.
     Kişi evə daxil olanda salam verməlidir. Evdə ailə üzvləri bir-birlərini görən zaman salam verməlidirlər. Övladlar bir-birlərinə salam verməlidirlər. Bu çox ciddi və mühüm məsələdir.
     Salamın da xüsusiyyətləri var. Salam uca səslə və açıq-aydın verilməlidir. Burun altında, ötəri deyilməli deyil ki, kənardan başa düşülməsin ki, bu salam idi, ya nə idi - aydın olmasın. Bu məsələnin bir tərəfi.
     Bir balaca burada yerinə düşər alimlərin qeyd etdiyi bir mövzuya toxunaq. Çox klassik bir mövzudur. Bir nəfər alimlərdən birinə şikayət edir ki, mən kifayət qədər imkanlıyam, kifayət qədər hər bir şəraitim yaxşıdır, övladlarım var, amma ailədə sanki bir ruhiyyə yoxdur. Ailədə sanki bir sevinc yoxdur. Ailədə sanki bir canlanma yoxdur. Səbəb bilmirəm nədir. Mən bilmirəm nə edim.
     Bunun cavabında alim nəql edir ki, qısa məsləhət verir ona. Deyir siz evdə salamlaşırsınızmı bir-birinizlə. Deyir necə yə’ni. Deyir yə’ni evdən gedəndə, evə gələndə salamlaşırsınızmı? Bu məsələlər nə yerdədir? Ev üzvləri bir-biriləri ilə münasibətdə salama, adi bir salama nə dərəcədə əhəmiyyət verir? Deyir, yox, salamlaşmırıq.
     Deyir, çox böyük bir iradla baxır mənə ki, məndən nə istəyir, mən buna dərdimi demişəm, bu məndən salam haqqında soruşur. Elə bil birinə deyirsən ki, “mən xərcəngəm”, o da deyir ki, “get aspirin iç” vəziyyətinə oxşayır. Nəsə deyir söhbət o yerdə qalır. Üstündən bir neçə həftə keçir. Həmən o insanla görüşən zaman deyir o salam mö’cüzə etdi. Mö’cüzə etdi və bir salam ailədə şadlanma, ailədə ruhiyyə və ailəyə sevinc gətirdi. Belə ki, bu ailə tam surətdə hərənin başı özünə qarışmışdır. Salam verməyə başlayaraq hərənin başı bir-birinə yüngülvari də olsa qarışmağa başladı. Evə girən salam verir, salam verəndə də adamın üzü gülür. Yaxşı salam verəndə. Salam alan gülümsəməlidir, yaxşı qəbul etməlidir. Bir dəfə, iki dəfə, sonra belə bir vəziyyət yaranır ki, soruşursan nə var, nə yox, necədir, necə deyil. Yavaş-yavaş bir ruhiyyə yaranır, bir ab-hava yaranır və s. Bu bir sadə məsələdir. Ən azı qısa bir məsələdir. Ola bilər, çoxları üçün, İslam mədəniyyətindən kənarda olanlar üçün çox mə’nasız və əhəmiyyətsiz görünən bir şey kimi görünər. Lakin, İslam inancında olan bir insan üçün bu əslində İslamın bir tövsiyyəsidir və buna əməl etmək kifayət qədər zəruridir və bəhrəsi də elə insanın özünə qayıdır. Bu salamla bağlı olan məsələ.
     Salam verməyin özünə gəldikdə isə yarışmaq lazımdır salam verməkdə. Gözləmək lazım deyil kim birinci salam verdi. Ay qoy o versin, sonra mən verərəm, deyərlər ki, belədir, elədir. Ümumiyyətlə, salam verməkdə insanlar bir-biri ilə yarışmalıdır. İkinci də, əgər salam vermək müstəhəbdirsə, salamın cavabı vacibdir və ümumiyyətlə, hədislərimizdə gəlib ki, salamın yetmiş savabı varsa, bunun altmış doqquzu salam verənə aiddir və biri cavab verənə aiddir. Baxmayaraq ki, salam vermək müstəhəbdir və cavabı da vacibdir. Təbərrük üçün salamla bağlı bir neçə hədisə toxunaq:
     İmam Baqirdən (ə) nəql edirlər ki, buyurur: “Allah-Təala sevir təamın it’amını, salamın ifşasını”.
     Yə’ni, İmam Baqir (ə) buyurur ki, Allah-Təala təamın it’amını sevir. Yə’ni sevir yeməyi ehsan edəndə. Yeməyi, təamı it’am edəndə. İkinci məsələ Allah-Təala sevir salamın ifşasını. Yə’ni salamın faş olunmasını, yə’ni salamın açıq-aşkar halda deyilişini.
     Bir başqa hədisdə Əziz Peyğəmbərdən (s) nəql olunur ki, “Salamın ifşası budur ki, müsəlman heç bir müsəlmana salam verməkdə simiclik etməyə”.
     İnsanın salam verməkdə gərək simicliyi olmaya. Simiclik etdisə, salamı ifşa etmir. Salamı yaşatmır. Salamın ifşası gəlir bu termin baxımdan, yə’ni müsəlman heç bir müsəlmana salam verməkdə gərək heç bir simiclik etməyə.
     Bir başqa hədisdə imam Baqir (ə) buyurur ki, “Hər vaxt bir kişi ki, evə daxil olur, evdə adam olsa, gərək onları salamlasın, əgər olmasa, gərəkdir ki, deyə “Əssələmun-ələynə min indi Rabbinə””.
     Evdə adam yoxdursa, yenə də salam verməlisən. İslam dini tövsiyyə edir ki, salam ver. Mə’nası da budur ki, salam olsun bizlərə Rəbbin dərgahından. Yə’ni girmisən evə, evdə insan var, salam verirsən. Əgər adam yoxdursa da, yenə də salam verirsən.
     Həzrət Peyğəmbərdən (s) başqa bir mübarək hədis var: “Ən aciz insan odur ki, dua etməkdə aciz ola”. Ondan aciz insan yoxdur. Yə’ni dua etməkdə bu aciz ola. Bundan böyük aciz yoxdur. “İkinci ən simic insan odur ki, salam verməyi əsirgəyə”. Canı çıxa-çıxa salam verə. Oncan çox simic adam yoxdur.
     İmam Sadiqdən (ə) olan bir mübərək hədisə də toxunaq. Burada buyrulur ki: “O vaxt ki, ər evinə daxil olur, gərək salamlaya ailəsini və öncə ayaqqabısını yerə vura və öskürə ki, ailə gəlişindən xəbər tuta”.
     Nəbadə bir şey görə ki, onu narahat edə. Çox maraqlı hədisdir. İslam evə kəşfiyyatçı kimi girməyi məsləhət görmür. Hədisin sadə mə’nası budur. Deyir, evinizə kəşfiyyata girməyin. Evinizə gizli gəlməyin. Evinizə elə gəlməyin ki, elə bil oğurluğa gəlmisiniz, elə bil kəşfiyyata gəlmisiniz.
     Bir vəziyyət görərsiniz ki, xoşunuza gəlməz. Bəlkə evdə uşaqların bir-biri ilə söz-söhbətləri düşüb, ola bilər uşaq atanın yanına etmədiyi əxlaqi nadincliklə anası ilə danışır, ola bilər ana uşağı ilə bir halda danışır ki, evin böyüyü olanda onu etməz.
     Çox maraqlı hədisdir. Yə’ni deyir ki, evə elə girin ki, ev əhli sizin girməyinizə hazır olsun. Evə daxil olanda şəxsiyyət və ləyaqətinizə fikir verin. Həm özünüzün, həm də ev əhlinin. Bu çox ciddi məsələdir. Ən sadə məsələ, bəlkə evə daxil olar ki, heç bu uşaq adi vaxtda atasının yanında, misal üçün, bu geyimdə olmur, indi ata evə girəndə uşaq həmən halda ola bilər. Yə’ni bu çox ciddi bir məsələdir.
     O vaxt ki, ər evinə daxil olur, gərək ailəsinə salam verə və öncə ayaqqabısını yerə vura və öskürə. Əlbəttə təbii ki, burada məqsəd budur ki, xəbər edə ki, gəlir. Yə’ni bizdə də bunu, əlhəmdulillah, mühitlə, zamanla uyğunlaşdırmaq olar. Əsas məsələ budur ki, ailə əhli xəbər tuta ki, evə gələn var və Allahın köməkliyi ilə salam bəhsi yekunlaşır.
     Deməli, salam vermək toplum üçün zəruri bir məsələdir. Toplumda məhəbbət, ünsiyyət, sevgini artırar, kin-küdurəti aradan aparar. İnsanların üzünü güldürər, insanların üzünün qırışığını açar. Salamın belə bir mö’cüzəvi xüsusiyyətləri var. İkinci məsələ ki, ailədə bu xüsusilə əhəmiyyətlidir. Çünki, bu ailədə gözəl ab-hava, ailədə harmoniya olsa, toplumda da olacaq. Olmasa, vəziyyət çox pisdir.
     Üçüncü bəhs ki, inşəallah danışacağıq, bu evə gələndə qarşılama və evdən gedəndə yola salmaq məsələsidir. İslam belə xırda məsələyə qədər hər şeyə fikir verir. Evə gələndə qarşılamaq və evdən gedəndə yola salmaq məsələsinə. Bu çox ciddi məsələdir ki, bunu biz gələn bazar günü bəhs edərik, inşaallah!

     Allahım! Bizləri Sənin bəyəndiyin əxlaqa malik olanlardan qərar ver! AMİN!
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Site By Flexible Solutions İçəri Şəhər 'Cümə' məscidi
İçəri Şəhər 'Cümə' məscidi Copyright 2004 İçəri Şəhər "Cümə" məscidi
İçəri Şəhər 'Cümə' məscidi