CÜMƏ GÜNÜNÜN SİLSİLƏVİ
BƏHSLƏRİNDƏN
İmam-camaat: Hacı İlqar İbrahimoğlu Allahverdi
Mövzu: Qiyamət günü və onun adları(4).
Tarix: 07.05.04
Bismilləhir-Rahmənir-Rahim.
Vəs-salətu vəs-sələmu alə rasulilləhil-əmin, Muhəmmədin salləl-lahu ələyhi və alihi və səlləm və alihi tayyibinət - tahirin və lənətul-lahi alə ə-dəihim əcməin minəl-ən ilə qiyəmi yəvmid-din.
Əziz mömin və möminələri mübarək Peyğəmbərin(s) və əziz 6-cı imamımız İmam Cəfər Sadiqin (ə) mövludu – ad günü münasibəti ilə təbrik edirik, uca Allahdan istəyimiz odur ki, bizlərə əziz Peyğəmbəri (s), onun Əhli-Beytini tanımağı və sevməyi, onların göstərdiyi yolu inşəallah getməyi nəsib etsin!
Allahın lütfü ilə, Cümə günlərində Qiyamət günü ilə bağlı silsilə bəhsimizi davam etdiririk. Düşünürəm Peyğəmbərin (s) ad gününə elə ən böyük hədiyyə, ümmətin və insanların çox vaxt unutduğu – Qiyamət gününü yada salmaq olardı. Bir günü ki, əvəz günüdür - “yəvməd-din”, bir günü ki, hesab günüdür - “yəvməl -hisab”, bir günü ki, haqq günüdür - “yəvməl- həqq”.Yəni bir günü ki,olmasında şəkk-şübhə yoxdur və o gün baş verəcək.Bir günü ki,o gün hər şey haqq əsasında, ədalət əsasında baş verəcək. Bu bir gündür ki, “yəvməl-fəsldir”, yəni pisin yaxşıdan, murdarın pakdan, münafiqin mömindən, cahilin ağıllıdan, şərəfsizin şərəflidən, vicdansızın vicdanlıdan, haramla yaşayan insanın halal zəhməti ilə yaşayan insandan ayrıldığı gündür. Bir gün ki, insan onu adət üzrə unudur. Hətta mübarək Allah kitabının 76-cı surəsinin 27-ci ayəsində buyrulur ki, “bunlar bu hələlik (müvəqqəti) dünyaya ürək bağlayıblar (sevirlər); ağır və çətin günü (yəni Qiyamət gününü) qulaq ardına vurublar”.
Burada çox təəsüfedici bir cəhət açılır ki, insan unudur qiyamət gününü, insan aldanır və bağlanır müvəqqəti və hələlik və ötəri olan bu dünyaya! Unudur o günü ki, gizli və örtülü hər şey aşkar olacaq “yəvmə tubləs-sərair”. Bu qiyamət gününün bir başqa adıdır ki, bu gün, Allah qoysa, bəhsimiz o haqda olacaq. Biz əgər istəyiriksə ki, Qiyamət günü ilə bağlı bilgimiz, məlumatımız ola, gərək baxaq görək Rəbbimiz, gərək baxaq görək İlahi təlim bu gün haqqında nə deyir?
Bu gün, Qiyamət günü bir gündür ki, həmən günü gizli və örtülü hər şey aşkar olacaq. “Məcməül-bəyan” təfsirinin 10-cu cildində bu haqda bildirilir. Deyilir “sərair” - xeyir və şərə, iman və küfrə deyilir ki, insan bunları gizləyir. Qiyamət günü o gündür ki, “sərair” aşkar olacaq, o gündür ki, insanın xeyir və şər, iman və küfrlə bağlı gizlətdiyi məsələlər aşkar olacaq. Nəql olunur, Allah Təala Qiyamət günü bütün sirrləri aşkar edəcək və bu aşkar olmuş sirrlər, pak insanların çöhrəsində, üzündə zinət və camal halında təzahür edəcək və murdarların və qeyri-pakların üzündə isə çirkinlik və abırsızlıq, ar və başıaşağılıq halında təzahür edəcək!
Möminlər, möminələr! O günə hazırıqmı ki, o gün “yəvmə tubləs-sərair” adlanır. O gün insanın bu dünyada gizlətdiyi hər bir şeyin aşkar olası bir gündür. Bu gün haqda nəql olunur ki, orada pakların üzündə, o aşkar olunmuşların təzahürü zinət və camal halında onlara gözəllik verəcək və xoş olsun o insanların halına. O gün, murdarların və qeyri-pakların üzündə onların nalayiq əməlləri, onların gizzlətdikləri çirkinlik, murdarlıq, abırsızlıq ar gətirən, başıaşağılıq gətirən bir durumla təzahür ediləcək. O gün üzü ağlar və üzü qaraların seçilən bir günüdür
. Qur’ani-Kərimin 3-cü surə, 106-cı ayəsində bu haqda, Qiyamət günündə insanların üzləri ilə, çöhrələri ilə bağlı bildirilir ki, Qiyamət günü bir gündür ki, onda üzlər ağarar və qaralar. Adamın bu dünyada üzünün ağ və ya qara, üzünün daha çox ağ və ya daha çox qara olması mühüm deyil. Mühüm odur ki, insan Qiyamət günü üzü ağ halda və ya üzü qara halda məşhur olacaq. Qur’an bizi xəbərdarlıq edir və deyir: “(Qiyamət) bir gündür ki, onda üzlər ağarar və qaralar; amma üzü qaralara deyiləcək: “iman gətirəndən sonra niyə küfr etdiniz? İndi küfrünüzün əzabını dadınız”.
Möminlər, möminələr! İnsan unudur, insan adət üzrə unudur bir günü ki, o gün üzü ağ insanlar üzü qara insanlardan fərqlənəcək. O gün insanın üzünün ağlığı və üzünün qaralığı onun fiziki durumu ilə bağlı olmayacaq. O gün insan üzünün ağlığını və ya qaralığını necəsə ört-basdır edə bilməyəcək. Bu o gündür ki, insanın üzü ağlığı onun gözəl əməllərinin təzahürü olacaq və insanın üzü qaralığı onun çirkin və murdar əməllərinin təzahürü olacaq.
“Safi” təvsirində bu haqda belə deyilir ki, Əli(ə) buyurur” “İslam ümmətindən bir qrup İslamı qəbul etdikdən sonra kafir oldular. Onlar o kəslərdir ki, bidətlərin, həvayi-nəfslərin, batil fikirlərin ardınca getdilər”.
Onlar o kəslərdir ki, Peyğəmbər(s) və onun Əhli-Beytinin(ə) yolunu getmədilər. Onlar o kəslərdir ki, həvayi-nəfslərinin qulu oldular, onlar o kəslərdir ki, Peyğəmbər və onun pak Əhli-Beytinin təqdim etdiyi açıqlamaları yox, batil fikirlərin, öz nəfslərinin istədiklərinin, öz daxili durumlarının təzahürlərinin arxası ilə getdilər.
Qurani-Kərimin 39-cu surəsinin 60-cı ayəsində buyrulur: “Qiyamətdə müşahidə edəcəksən bir kəsləri ki, Allaha yalan qoşublar (Allahın dini haqqında olmayan sözləri deyiblər). Zülmətli və qara üzləri var onların” .
Vay olsun o kəslərin halına ki, Allaha yalan qoşalar və Allahın dini haqqında olmayan sözləri deyələr! Onlar Qiyamət günü bir durumda müşahidə olunarlar ki, üzləri zülmətli və qara haldadır.
Mübarək Quran 3-cü surədə 107-ci ayədə üzü ağ kəslər haqda belə deyir: “Amma o kəslər ki, üzləri nurlu və ağdır, Allahın hüdudsuz rəhməti və feyzi onlara aiddir və daimi halda o geniş rəhmətdən bəhrələnəcəklər”.
Quran bizə öyrədir, Quran bizə məlumat verir, Quran bizi hidayət edir, Quran bizə xəbərdarlıq edir bir gün haqqında ki, insanlar adət üzrə o günü unudurlar. İnsanlar adət üzrə o gün haqqında söz olaraq dildə yada salırlar. Quran bizə xəbərdarlıq edir bir gün haqqında ki, o gün bizlərin gizli hər şeyimiz aşkar olacaq. O gün pənah aparılmalı yer Allah özüdür və o gün Allah dediyi tərzdən başqa çıxış yolu yoxdur. O gün nə malımızın, nə pulumuzun, nə var-dövlətimizin, nə tayfamızın, nə qohum-əqrabamızın, nə dostumuzun, nə tanışımızın, nə gücümüzün – heç nəyin bizə köməyi olmayacaq. O gün rənglərimiz, üzlərimiz ağ və qara halında olacaq, amma bu ağ və qaralıq bizim öz vücudu durumumuzun ağ və qaralığı olacaq. Orada bizim ağ dərili və qara dərili olmağımızın heç bir aidiyyatı olmayacaq. Ora bizim dədə-babalarımızın müsəlman, hacı, kərbəlayi, olmasının heç bir aidiyyatı olmayacaq. Orada “qəlbimizin bizim nəzərimizdə təmiz olmasının” heç bir aidiyyatı olmayacaq. Oranın ağlığına namaz qılmağımızın aidiyyatı olacaq, oranın qaralığına binamaz olmağımızın aidiyyatı olacaq. Orada ağlığımıza səbəb Allahı, Peyğəmbəri (s), Əlini (ə) tanıyıb, xanım Zəhranı (sə), on iki imamı tanımağımız olacaq. Orada qara üzlülük, Əhli-Beytlə düşmənçiliyin təzahürü olacaq. Əhli-Beytlə düşmənçiliyin nəticəsi insanın qara üzlü halda ora gedib çıxmasına gətirib çıxaracaq. İnsan Zəhranı (sə) sevər, Hüseyni (ə) sevər, Əbazəri (rə) sevər, Səlmanı (rə) sevərliyinə görə ora üzü ağ halda gedib çıxacaq. İnsanı lənətlik Yezidlərin (l) və onun kimi tör-töküntülərinin nökəri, qulu olmağının nəticəsində insan ora qara üzlü halda gedib çıxacaq.
İnsan o günə hazırdırmı? Elə bil bir az kənardayıq, elə bilirik üçüncü şəxsdən söhbət gedir. Hər birimiz özümüz-özümüzə bu sualı verək: mən, mən olaraq o günə hazırammı? Mən, mən olaraq Qiyamət günü bütün gizlilərin aşkar olacaq bir duruma hazırammı? Mən, mən olaraq indidən üzü ağ və ya üzü qara məşhur olmağa nə dərəcədə hazıram? Yoxsa öz başımı qatmışam müvəqqəti bir dünyaya?
Özümüzə sual edək: hazırlığım varmı bir günə ki, o gün Rəbbin dərgahında üzü ağ halda və ya üzü qara halda məşhur olacağam?
Bu gün əziz Peyğəmbərin (s) mövlud günüdür.
Bu gün bir kəsin mövlud günüdür ki, hər nə mövcuddur, ona görə xəlq olunub
. Bu gün bir kəsin dünyaya gəlişi günüdür ki, bütün yer və göy onun qarşısında təzim edir
. Bu gün bir kəsin mövlud günüdür ki, o sonuncu rəsul olaraq, sonuncu peyğəmbər olaraq, sonuncu nəbi olaraq, sonuncu elçi olaraq, insanların xilas olması üçün Rəbbimiz tərəfindən göndərilib.
Bu gün Muhəmməd Mustəfanın
(s) mövlud günüdür. Bu gün Zəhralar (ə), Əlilər
(ə), Həsənlər(ə), Hüseynlər(ə), Səccadlar(ə),
Baqirlər (ə), Sadiqlər (ə), Kazimlər (ə), Rzalar
(ə), Təqilər (ə), Nəqilər (ə), Əsgərilər
(ə) və Zəmanə Sahibi (ə.f.) kimi bir nurani şəxsiyyətlər
yetişdirən bir kəsin mövlud günüdür.
Bu gün
bir kəsin mövlud günüdür ki, bəşəri zülmətdən
çıxartdı. Bəşərə son olaraq çıxış
yolunu təqdim etdi!
Bu gün Quranı insanlar üçün
Rəbbi tərəfindən əmanət gətirib və insanlara
təqdim edən bir böyük insanın ad günüdür.
Bu gün bir insanın ad günüdür ki, bir insanın mövlududur
ki, tayfası ilə, nəsli ilə, varı ilə, dövləti
ilə, elmi dərcəsi ilə, milliyyəti ilə, rəngi
ilə və başqa-başqa dəyərləri ilə özünü
meydana çıxarmadı, Əbdullah olaraq - Allahın bəndəsi
kimi Rəbbi tərəfindən təqdim edildi! Latın, Uzzanın
(büt adlarıdır - red), şəxsiyyətsizlərin, murdarların,
ləyaqətsizlərin qulu və bəndəsi yox, Allahın
bəndəsidir Muhəmməd Mustəfa (s)!. O kəsin bu gün
mövlududur ki, bizə bir çox şeylər anlatdı. Bizə
xurafatdan çıxmağı, cahillikdən çıxmağı,
elmə tərəf, nura tərəf getməyi öyrətdi.
Bizə elə kəsləri tərbiyə edib verdi ki, onların
ətəyindən yapışsaq, hidayət olacağıq.
Bizə Əliyyən Mürtəzanı(ə) təqdim etdi.
Bizə Zəhranı (sə), Həsəni (ə), Hüseyni
(ə) təqdim etdi! Bizə Baqiri (ə), Sadiqi (ə) təqdim
etdi! Bu gün İmam Sadiqin (ə) də mövlududur. Bu gün
bir kəsin mövlududur ki, bu günkü elmi sıçrayışına
görə dünya gəlib onun qarşısında təzim
etməlidir.
Bu günkü Oksfordlar, Kembriclər yox idi, Sadiq(ə)
elmi akademiyası, Sadiq(ə) hövzələri, Sadiq(ə) elmi
mərkəzləri olanda. Dünya elm nədir, bilmirdi. Dünya
hələ elmi inkişafı mənfi bir şey kimi qiymətləndirirdi.
O zaman atası Baqirin (ə) elmi yarıb, bəşərə
təqdim edib qoyduğu məktəbi zirvəyə çatdırdı.
Dünya məktəb nədir, parta nədir, akademiya nədir,
dini mərkəz nədir bilmədiyi halda, dünyaya elm nədir,
elm öyrətmək nədir və müəllim kimdir, tələbə
kimdir dərsini təqdim etdi. O çeşmədən sonralar
çoxları çıxdı.
Bu gün müsəlmanlar çox
məsuliyyətli dövrdə yaşayırlır. Xoş sözlər
müsəlmanlar üçün çox deyilib. Amma təəsüflər
olsun yalnız o xoş sözlərlə çox irəli getmək
mümkün deyil. Təəsüflər olsun müsəlmanlar
bu gün Peyğəmbərlərinə (s), imamlarına (ə)
layiq olan bir ümmət deyillər. Çox az bir qisim insanı
istisna etsək, təəsüflər olsun ki, müsəlmanların
əksəriyyəti o cür böyük bir insanların ətəyindən
yapışmayıb, müsəlmanların bir çoxunun yalnız
adları müsəlman olaraq qalıb! Təəssüflər
olsun ki, müsəlman adlanan insanların bir çoxu zəlillik,
qaraguruhçuluq, tərki-dünyalıq, və başqa-başqa
mənfiliklər girdabındadılar və yaxud da dinindən
utanırlar! Bu gün müsəlmanlar dünyada o İslama olan
böyük gəlişin, böyük sıçrayışın
qarşısını özləri tormozlayır. Bu gün müsəlmanların
durumuna baxıb, digər insanlar, şüurlu insanlar bir az düşünür
və İslama gəlməkdə ləngiyir. Bizim toplumumuzda
da belədir.
Möminlər! Möminələr! Böyük
bir məsuliyyətimiz var. Hər danışdığımızın,
hər sözümüzün, hər oturuşumuzun, hər duruşumuzun,
hər müvəffəqiyyətimizin, hər məğlubiyyətimizin
mübarək İslam dininin təbliğinə təsiri var.
Bu baxımdan çox düşünməli, çox diqqət
yetirilməli və məsuliyyətimizi dərk etməliyik!
Allah
etməsin bizlər insanların İslamdan uzaq düşməsinə
səbəb olaq!
Allah etməsin əxlaqımızla, Allah etməsin
xurafatımızla, Allah etməsin qaraguruhçuluğumuzla, Allah
etməsin dünyaya bağlılığımızla insanların
dindən uzaqlaşmasına səbəb olaq.
Bu gün Rəsulallahın
(s) mövlud günüdür!
Gözəl bir fürsətdir.
Daxilimizə yenidən bir nəzər salaq
. Bu gün Cümə
günüdür, Rəsul (s) mövlududur, imam Sadiq (ə) mövlududur!
Bu gün özümüzə bir nəzər salaq. Necə ki,
vaxtaşırı fiziki, cismani yönümümüzə diqqət
edib nəzarətdə saxlayırıq, bu gün, gözəl
mənəvi bir bayram günündə öz vücudumuza bir
nəzər salaq! Yenidən baxaq. Bildiyimizə nə qədər
əməl edirik? Allah evinə keçən il çox gedirdik,
ya bu il çox gedirik? Keçən il çox ziyarətlərə
gedirdik, ya bu il çox gedirik? Əgər Allah eləməsin,
geriləmişiksə, deməli nəsə baş verir. Məşğul
olaq özümüzlə.
Bu gün gözəl bir gündür.
Amma böyük Peyğəmbərə (s) ən böyük
hədiyyə, elə özümüzə bir nəzər salmaq
olardı.
Bəhsin sonunda bir kiçik, lakin
ibrətamiz hadisədən danışım. Srağagün
bir nəfər Tayisa Vasilyevna adlı qadın məsçiddə
mübarək İslam dinini qəbul etdi və özü üçün
Fatimə adını seçdi. O, çox maraqlı bir söz
söylədi. Yaşlı adam idi, təqribən 60-a yaxın
yaşı var idi. Deyir:" mən 19 yaşımdan bir pravoslav inanclısı
idim, gündə kilsəyə gedirdim, gündə ibadətdə
idim, gündə Allahımla münasibətdə idim. Üç
gündür ki, böhrandayam"
. Mənə çatıb ki, mən
lazımi kimi ibadət etmirəm. Mənə çatıb ki,
mənim tapındığım və ibadət etdiyim din və
əqidə nöqsanlıdır.
Mənə çatıb ki,
mən təkallahlıqda diqqət etmirəm, mənə çatıb
İsa (ə) yalnız bir peyğəmbərdir.
Mənə
çatıb ikonalara deyil, Allaha tapınmaq lazımdır.
Mənə
çatıb qadın Allahın nəzərində şər
mənbəyi deyil! İslamın dediyi kimi, ana o qədər
ucadır ki, cənnət anaların ayağı altındadır!
Mən bu böhrandan çıxmaq istəyirəm və mən
İslama üz tuturam və “əşhədu ənlə iləhə
ilallah və əşhədü ənnə Muhəmmədən
rəsulallah” deyirəm və “əşhədu ənnə əmirəl-mumininə
Əliyyən vəliyullah” deyirəm.
Mən Fatiməni (sə)
sevmək istəyirəm!
Mən Həsəni (ə) və Hüseyni
(ə) sevmək istəyirəm!
Mən peyğəmbərləri
də sevirəm, mən Musanı (ə), İsanı (ə)
sevirəm, lakin həzrət Mühəmmədi (s) sonuncu rəsul,
sonuncu İlahi peyğəmbər kimi qəbul edirəm!
Həmd
olsun Allaha, şükürlər olsun Allaha!
Dualarınızda
yada salın bu insanı.
Allah adamı belə hidayət edir.
Allah adama belə nəzər salır, Allah adamı bu cür
hidayət edir.
Allah bizi bu cür hidayətlərdən ayrı
salmasın!
Allah Cümə əhlini həmişə başı
uca və ləyaqətli etsin!
Allah bu Cümə əhlini heç
vaxt Əhli-Beytdən (ə) ayrı salmasın!
Allahım! Bütün
dünya müsəlmanlarını və bu cəmi dünya
və axirətdə Peyğəmbər (s) və Əhli-Beytindən
(ə) ayrı salma!
Allahım! Müsəlman torpaqlarının,
xüsusən də Qarabağın və Qüdsün tezliklə
azadlığını nəsib et!
Allahım! Xalqımızı
elmli, mənəviyyatlı, vicdanlı bir durumda qərar ver!
Allahım! Zəmanə Sahibinin (ə.f.) tezliklə zühur
etməsini nəsib et! Bizləri o mübarək şəxsin
zühurunu tezləşdirənlərdən qərar ver!
AMİN!