 |
|
 |
 |
HƏZRƏT PEYĞƏMBƏRİN (s)
MÜBARƏK RİSALƏTİ
Biz, böyük İslam
Peyğəmbəri, yaranmışların
əşrəfi – Həzrət Muhəmmədin
(s) mübarək mövludu günlərini yaşayırıq.
Məkanından, millətindən, irqindən,
savadından asılı olmayaraq, Rəsulullahın
(s) mübarək mövludu bütün müsəlmanlar
üçün ən böyük bayramdır.
Lakin, bəşəriyyət
tərəfindən yaşanan dərin vücudi
böhran, insanların robotlaşması prosesi,
yaranan eqzist problemlərdən düzgün
çıxış yolları tapa bilməməsi
bu əziz bayramdan tam bəhrələnməyə
imkan vermir. Əfsuslar olsun ki, bizim kiçicik
planetimiz dözümsüzlüklə, özgə
mədəniyyətinə hörmətin azlığı
ilə, mehribanlıq və səmimilik atmosferində
yaşamaq istəyinin olmaması halları ilə
doludur.
Bəs bu ağır
durumdan necə çıxış yolu tapmaq
olar, məhvolmanın qarşısını
nə ilə almaq olar?
Bəlkə elə Həzrət
Rəsulullahın (s) əziz mövludu günləri
ilə əlaqədar əlverişli bir məqam
yaranıb ki, nəzər salaq, görək
onun mübarək gəlişi ilə dünyada
nələr dəyişmişdir? Bir təhlil
edək, anlamağa çalışaq ki, onun
GƏLİŞİNİN ümumbəşəri,
taleyüklü əhəmiyyəti nədən
ibarətdir? Uca Allahın Qur'ani-Kərimdə
“peyğəmbərlərin möhürü”
adlandırdığı bu misilsiz şəxsiyyətin
gəlişi nəticəsində nələr
baş vermişdir?
Bu İlahi elçilərdən
sonuncusunun gəlişi ilə yeni eranın
– Qiyamət Günündən qabaq axırıncı
eranın başlanğıcı qoyulmuşdur.
Bu eranın başlanğıcı ilə də
kamil insan yetişdirmək risaləti aşkar
edilmişdir. Kamilliyin cəhaləti bilmərrə
üstələməsi düzümü erası
başlanmışdır. Bu bir eradır ki,
burada “Lə İləhə İlləllah”
fəlsəfəsi – bütlərə, ədalətsizliyə,
ətalətə, vicdansızlığa, xurafata,
qaragüruhçuluğa, cəhalətə
qətiyyətli “yox!” deyən bir fəlsəfə
bəşəriyyətə çatdırılır.
Bu bir eradır ki, burada “Muhəmmədun Rəsulullah”
hikməti – Həzrət Muhəmmədin (s)
Allah Elçisi, nəbilərin sonuncusu, peyğəmbərlərin
möhürü olması, bəşəriyyətin
vicdanı, iman gətirənlərin örnəyi
və ilk növbədə Əbdullah fenomeni
– Allahın həqiqi bəndəsi olması
hikməti insanlara aşkar edilir.
Həzrət Muhəmmədin
(s) mübarək varlığı, yalnız
və yalnız gözəlliklər əxz
etmək istəyən insan üçün həqiqi
bir xəzinədir. Əziz Rəsulullahın
(s) kəlamlarında bütün vücudi suallarımıza
cavab tapa bilirik. Burada insanlara məhəbbət
də var: “İmandan sonra ən yaxşı
əməl insanlara qarşı sevgidir”. Burada
İlahi müdriklik də var: “Müdriklik ona
bənzəyir ki, mö’min sanki itirdiyi bir şeyini
tapır – belə ki, kimdən eşitdiyinə
və haradan gəldiyinə əhəmiyyət
verməyərək, götürər”. Burada
cəhalətin qınanması da var: “Ya alim
ol, ya tələbə, ya dinləyən ol,
ya elmi sevən – amma bu sırada beşinci (yə’ni,
cahil) olma – bu uçuruma aparan (bir yoldur)”. Burada
valideyn himayəsindən məhrum olmuş uşaqlara
qayğı da var: “Sizin evlərdən ən
yaxşısı odur ki, orada yetimin hüququ
qorunur”. Burada qadına xüsusi münasibət
tələbi də var: “Sizləri məxsusən
iki kateqoriyaya aid müdafiəsiz insanların:
yetimlərin və qadınların hüququnu
qorumaq barədə xəbərdar edirəm”.
Burada ailəyə xüsusi diqqət də
var: “O vaxt ki, ər xanımına, xanımı
da ərinə (nəvaziş ilə) baxar, uca
Allah da onlara xüsusi rəhmətlə nəzər
salar”. Burada uşaq tərbiyəsinə xüsusi
diqqət də var: “Allah Təala sevir ki, siz
uşaqlarınız arasında ədalətin
gözlənilməsinə xüsusi diqqət
yetirəsiniz – hətta onları öpdükdə
belə ədalətə riayət edin”. Burada
elmə və biliyə xüsusi münasibət
də var: “Beşikdən qəbrədək
elm öyrənin”. Burada həqiqi vətənpərvərlik
də var: “Vətənə sevgi – imandandır”.
Burada alimlərin böyük məs’uliyyəti
barədə xəbərdarlıq da var: “İnsanlardan
ən pisi – pis alimlərdir”, “Qiyamət günü
elmini tətbiq etməyən alimi insanlar arasında
ən ağır cəza gözləyir”. Burada
insan haqlarına hörmət tələbi və
vətəndaş mövqeyinə də’vət
də var: “Zəiflərin hüququnu qorumayan
milləti Allah Təala təqdir etməz”. İbrət
götürmək istəyən insan üçün
burada hər bir sualın cavabı var.
Düşünürük
ki, Əziz Rəsulullahın (s) İlahi missiyasının
intəhasızlığının əlavə
vurğulanmağa ehtiyacı yoxdur. Burada onun
müdriklik okeanından yalnız bir damcını
misal gətirdiyimizə baxmayaraq, əmin oluruq
ki, Peyğəmbərin (s) mübarək kəlamları
onun həyatverici missiyasını – kamil insan
yetişdirmək vəzifəsini çox gözəl
surətdə şərh edir. Elə bir kamil
insanı yetişdirmək ki, o, digərlərinə
məhəbbəti izhar etsin. Elə bir kamil
insanı ki, qurucu olsun, zülmün və dağıdıcılığın
əleyhdarı olsun. Elə bir insanı ki,
onda bütün müsbət xüsusiyyətlər
təmsil edilsin, bir insanı ki, bütün
mənfiliklər ona yad olsun. Elə bir insanı
ki, ləyaqət və özünəhörmət
hissi ona xas olsun, digər insanların haqlarına
hörmət edən olsun. Elə bir insanı
ki, özü ilə, toplumla, Rəbbi ilə
vücudi harmoniya durumunda olsun.
Belə isə, gəlin
tənəzzülə və vücudi deqradasiyaya
qətiyyətli “yox!” deyək! Bir gəlin anlamağa
çalışaq ki, biz kimik, haradan gəlmişik,
haraya gedirik və nə etməliyik…
Gəlin Həzrət
Peyğəmbərin (s) mübarək mövluduna
bir hədiyyə edək – bir-birini mə’nasız
surətdə əvəzləyən günlərin
növbələşməsini dayandıraq
və düşünək… Öz yüksək
missiyamız, vəzifəmiz barədə düşünək.
Özümüz, öz vicdanımız, övladlarımız,
gələcək nəsillər qarşısında
borcumuz barədə düşünək. Biz
onlara nəyi qoyub gedirik? Qarşılıqlı
nifrət və özü kimisini məhv etmək
istəyi ilə dolu olan bir dünyanı, yaxud
tərəqqiyə, harmoniyaya can atan bir dünyanı?
Gəlin tənəzzülə
və məhvə doğru yuvarlanmanı dayandıraq!
Gəlin, Həzrət Peyğəmbərin
(s) mübarək tə’limində vücudi bir
xilas tapaq!
Ey, Rəhim və Rəhman
Allah! İnsanlara tövhidin, Qur’anın İlahi
məntiqinin anlanması səadətini, Peyğəmbər
(s) və mübarək Əhli-Beyti (ə) tərəfindən
çatdırılmış Sənin mübarək
tə’liminin qəbul edilməsi xoşbəxtliyini
nəsib et!
Allahım! Həzrət
Peyğəmbərin (s) canişini – İmam
Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühurunu
tezləşdir! Onun zühuru ilə insanlar
qarşısında kamillik və harmoniyanın
qapılarını taybatay aç! Bizləri
o Həzrətin zühurunu tezləşdirənlərdən
qərar ver! AMİN!
|
|
 |
Mayın 9-da İçərişəhər
Cümə məscidində, Həzrət Peyğəmbərin
(s) və İmam Cəfər Sadiqin (ə) mübarək
mövludlarına həsr edilmiş uşaq bayramı
keçirilmişdir.
ardi...
|
Mayın 8-də İçərişəhər
Cümə məscidində Şuşanın işğalının
12-ci ildönümünə həsr edilmiş
tədbirlər keçirilmişdir.
ardi...
|
Mayın
7-də İçərişəhər Cümə
məscidində Həzrət Muhəmməd Peyğəmbərin
(s) və 6-cı imam - İmam Cəfər Sadiqin
(ə) mübarək mövludları (ad günləri)
münasibətilə bayram mərasimləri keçirilmişdir.
ardi...
|
Mayın
9-da İçərişəhər Cümə
məscidində, Həzrət Peyğəmbərin
(s) və İmam Cə fər Sadiqin (ə) mübarək
mövludlarına həsr edilmiş uşaq bayramı
keçirilmişdir.
ardi...
|
ƏZİZ MÜSƏLMAN BACI VƏ QARDAŞLAR!
BÖYÜK İSLAM PEYĞƏMBƏRİNİN (s) VƏ 6-cı imamımız - İMAM CƏFƏR SADİQİN (ə) MÜBARƏK MÖVLUDLARI MÜNASİBƏTİLƏ SİZİ SƏMİMİ QƏLBDƏN TƏBRİK EDİRİK. UCA RƏBBİMİZDƏN DƏRİN İMAN, DÜNYA VƏ AXİRƏT SƏADƏTİ, BÖYÜK RƏSULULLAHIN (s) VƏ PAK ƏHLİ-BEYTİNİN (ə) LAYİQLİ ARDICILLARINDAN OLMAĞI ARZULAYIRIQ! MÜTƏAL ALLAH SİZƏ DÜNYA VƏ AXİRƏT SƏADƏTİNİ NƏSİB ETSİN!
|
“QAN BACI VƏ QARDAŞLARI”NIN NƏZƏRİNƏ
Bu gün, mayın 7-də
İçərişəhər “Cümə”
məscidində, Əziz İslam Peyğəmbərinin
(s) və İmam Cəfər Sadiqin (ə) mübarək
mövludları münasibətilə “Əsma-ül-hüsna”
proqramı çərçivəsində qanvermə
mərasimi keçirilir.
ardi...
|
HƏZRƏT PEYĞƏMBƏRİN (s)
MÜBARƏK RİSALƏTİ
Biz, böyük İslam
Peyğəmbəri, yaranmışların
əşrəfi – Həzrət Muhəmmədin
(s) mübarək mövludu günlərini yaşayırıq.
ardi...
|
MÖ’MİNLƏRƏ HƏDİYYƏ.
Həzrət Peyğəmbərin
(s) mübarək mövlud günü üçün
“Cümə” məscidinin saytının eksperimental
variantı hazırlanmışdır.
ardi...
|
UŞAQ BAYRAMI.
May ayının 9-da, saat 14.30-da İçərişəhər “Cümə” məscidində İslam Peyğəmbərinin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları münasibətilə uşaq bayramı keçiriləcəkdir.
ardi...
|
May ayının 4-də Qazaxıstanın ən nüfuzlu informasiya vasitələrindən olan Xəbər telekanalını təmsil edən jurnalist hey əti, DEVAMM-ın aparıcı koordinatoru, İRLA Azərbaycan bölməsinin baş katibi İlqar İbrahimoğlu ilə görüşmüşdür. Görüş zamanı qonaqlar İ.İbrahimoğludan müsahibə almışlar.
ardi...
|
|
 |