
Proqram 2002-ci ilin sentyabrında başlanmışdır. Proqram kimsəsiz uşaqlarla bağlı vəziyyətin əsaslı sürətdə dəyişilməsi və onların ictimaiyyətin artırılmış diqqəti sferasına cəlb edilməsi üçün nəzərdə tutulub. “Yetimsiz Vətən” proqramı çərçivəsində uşaq evlərində, ixtisaslaşdırılmış internatlarda xeyriyyə süfrələri açılır, uşaq bayramları, müxtəlif müsabiqələr və yarışlar təşkil olunur, sistematik dərslərə xüsusi əhəmiyyət verilir. Onlar bir neçə istiqamətdə: xarici dillər, coğrafiya, riyaziyyat, tarix istiqamətlərində keçirilir. Proqramda həmçinin, sistematik olaraq uşaqlarla ünsiyyət saxlayan və onların psixoloji reabilitasiyası ilə məsğul olan konüllülər qrupu da iştirak edir.