
Proqram 2003-cü ilin mayında başlanmışdır. Proqramın əsasını qoyanlar – “İslam-İttihad” cəmiyyəti və “Cümə” məscidinin dini icmasıdır. Bu təşkilatlar, artıq uzun müddətdir ki, (artıq uzun müddət ərzində) insanlara mənəvi, fizioloji, psixoloji, sosial qəbildən ağır zərər yetirən (ziyan vuran) narkomaniya və alkoqalizim kimi ümumbəsər bəlalara qarşı barışmaz mübarizə aparırlar. Daha sistemli mübarizənin təşkili zərurətini nəzərə alaraq, ayrıca proqram təşkil etmək nəzərə alınmışdı. Proqram çərçivəsində elmi-praktiki, profilaktik və digər tədbirlər həyata keçirilir, istər bilvasitə, istərsə də bilavasitə KİV vasitəsi ilə güclü təbliğat işi aparılır, disput və konfranslar keçirilir.